Icma.az
close
up
RU
Bakıda öz dövrünün canlı şahidi olan 130 yaşlı tarixi bina sökülüb: Heç kimin ruhu da incimədi Foto

Bakıda öz dövrünün canlı şahidi olan 130 yaşlı tarixi bina sökülüb: Heç kimin ruhu da incimədi Foto

Bizimyol portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakının müxtəlif yerlərində söküntü işləri gedir. Yeni layihələrdən, infrastrukturun yaxşılaşdırılmasından danışılır, amma proses həm də tarixi zədələməklə məşğul olur.

Bizimyol.info Bayırşəhərdə söküntü işlərindən, yaşı az qala bir əsr olan binaların sıradan çıxarılmasından yazmışdı. Paytaxtın Xətai rayonunda da bənzər addım atılır.

Ələddin Quliyev və 8-ci Zavod küçələrinin kəsişməsindəki ikimərtəbəli tarixi bina yerlə-yeksan edilib. 1895–1897-ci illərdə məşhur polyak memar Kazimir Skureviçin layihəsi əsasında tikilmiş memarlıq nümunəsi tarixin yaddaşına qovuşub. Memar Stasia Orlova-Stroqanova buna görə çox sarsıldığını yazıb: “Bu bina təkcə fiziki olaraq yox olmadı — o, həm də tarixi abidələr siyahısından silindi. Çox sakit, çox hiss olunmadan. Halbuki bu bina sadəcə daş və kərpic deyildi — bu, dövrünün canlı şahidi, memarlıq incisi idi.

Biz onu qorumağa çalışdıq — məktublar yazdıq, müraciət etdik, sosial şəbəkələrdə məsələ qaldırdıq — amma cavab demək olar ki, olmadı. Təəssüf ki, biganəlik öz sözünü dedi. İnsanlar sanki görmədilər, hiss etmədilər. Bu, çox ağır və incidici idi. İndi isə o yoxdur. Rəsmi səbəb — mətbuatda haqqında qısa qeyd olunan “hibrid yaşıl park-koridor”un yaradılmasıdır. Yaxşı niyyətdir? Bəlkə də. Amma hansı bədəl qarşılığında? Biz şəhərimizin simasını itiririk. Keçmişimizi silirik. Və sonra təəccüblənirik ki, niyə hər şey eyni, cansız və köksüz görünür”.

Ələddin Quliyev və 8-ci Zavod küçələrinin kəsişməsindəki ikimərtəbəli tarixi bina / Foto: Fəridə Ziyadova

Memar Kazimir Skureviç 1866-1950-ci illər yaşayıb. Bakıya da məhz bu bina tikilməyə başlayan il – 1895-ci ildə gəlib. Dostu İosif Qoslavskinin ölümündən sonra Baş şəhər memarı vəzifəsinə təyin olunub. Tezliklə Şirvanşahlar sarayı yaxınlığında, İçərişəhərdə öz yerli memarlıq xüsusiyyətləri ilə ümumi fona çox uğurla uyğunlaşmış bir sıra yaşayış evlərinin müəllifinə çevrilib. Bakıda Skureviçin imzası olan xeyli tarixi bina var. Nümunə kimi Respublika Prokurorluğunun binasını göstərmək olar.

Çox təəssüf, şəhərin tarixinə ard-arda ağır zərbələr endiririk. Bu yaralar heç vaxt sağalmayacaq.

Aytən, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 13 May 2025 15:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see358

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see239

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see227

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see191

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see177

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see172

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see162

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see161

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see156

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see155

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see154

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see150

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see139

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see139

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see136

Yeni ilin məşhur salatı ilə bağlı dietoloqdan xəbərdarlıq

29 Dekabr 2025 11:41see135

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see134

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see133

Kamavinqanın 2026 planı “Real” üçün əsas prioritetdir

29 Dekabr 2025 02:36see133

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri