Icma.az
close
up
RU
Bakıda Özbəkistan Universitetlərinin III Təhsil Sərgisi keçirilib

Bakıda Özbəkistan Universitetlərinin III Təhsil Sərgisi keçirilib

Icma.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.

Bakıda Özbəkistan Universitetlərinin III Təhsil Sərgisi keçirilib . Tədbir "İngla İnternational ETC", Özbəkistan Ali Təhsil Nazirliyi, Özbəkistanın Azərbaycandakı səfirliyi ilə birgə AMEA-nın Mərkəzi Elmi Kitabxanasının dəstəyi ilə təşkil olunub.

Tədbirin açılış mərasimində çıxış edən Milli Məclisin Eım və Təhsil komitəsinin sədri Anar İsgəndərov bildirib ki, Özbəkistan və Azərbaycan dost-qardaş dövlətlərdir:

"Amma uzun illər həm Çar Rusiyası dövründə, həm də Sovet dönəmində bu əlaqələrin inkişafına süni əngəllər var idi. Hər iki dövlət öz müstəqilliyini əldə etdikdən sonra bu münasibətlər sürətlə inkişaf edir. Bu münasibətlərin inkişafında Azərbaycan və Özbəkistan əhalisinin, o cümlədən jurnalistlərin də böyük xidməti var".

Milli Məclisin deputatı Ceyhun Məmmədov tədbiri bayram kimi səciyyələndirib: Bu gün həm də bayramdır. Türk dünyası arasında əlaqələr yüksək səviyyədədir. Bu əlaqələr son illər daha da inkişaf edib. Ümumiyyətlə, Azərbaycanla Orta Asiya və Türk dövlətləri arasında əlaqələr yeni mərhələyə daxil olub. Bu, təhsil sahəsində əlaqələrdə də özünü göstərir. Odur ki, İngla Scoolun təşkilatçılığı ilə keçirilən sərgilərin davamlı olmasını arzu edirik. Hər birimiz bu prosesə töhfə verməliyik".

Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT Platformasının Baş katibi, Milli Məclisin deputatı Azər Allahverənov xatırladıb ki, bizim ailəmiz Türk dünyasıdır: "Bunu gündəlik fəaliyyətimizlə də təsdiq edirik. Humanitar sahədə əməkdaşlıq davam edir. Ümid edirəm ki, bu sərgi əlaqələrin daha inkişafına təkan verəcək".

Milli Məclisin deputatı Müşviq Cəfərov bildirib ki, Özbəkistan Azərbaycan təhsil müəssisələrinə xüsusi maraq göstərir:

"Tələbə mübadilələri, qarşılıqlı layihələr də bunu təsdiq edir. Düşünürəm ki, əlaqələrimiz daha da inkişaf edəcək".

İngla İnternational ETC-nin direktoru Aytən Məmmədli bu sərgilərin təhsil sahəsində ikitərəfli əlaqələrin inkişafına töhfə verdiyini və artıq ənənə halını aldığını diqqətə çatdırıb.

Sərgidə Özbəkistanın 20-yə yaxın dövlət və özəl universitetinin, ümumilikdə 50-ə yaxın rəsmi nümayəndə iştirak edib. 

Qeyd edək ki, Özbəkistan Universitetlərinin I Təhsil Sərgisi Bakıda ötən il təşkil olunmuşdu. II sərgi isə bu ilin yanvar ayında keçirilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:144
embedMənbə:https://sherg.az
archiveBu xəbər 23 May 2026 15:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see327

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see309

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see298

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see285

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see279

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see275

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see265

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see247

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see245

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see239

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see238

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see237

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see236

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see231

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see225

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see224

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see217

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see193

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see186

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri