Bakıda Özbəkistan Universitetlərinin II Təhsil Sərgisi keçirildi FOTO
GlobalInfo saytına istinadən Icma.az xəbər verir.
Bakıda Özbəkistan Universitetlərinin II Təhsil Sərgisi keçirilib.
Globalinfo.az bildirir ki, tədbir “İngla İnternational ETC”, Özbəkistan Ali Təhsil Nazirliyi, Özbəkistanın Azərbaycandakı səfirliyi ilə birgə AMEA-nın Mərkəzi Elmi Kitabxanasının dəstəyi ilə təşkil olunub.
Tədbir hər iki ölkənin dövlət himninin səsləndirilməsi ilə başlayıb.
Sərgidə Özbəkistanın Azərbaycandakı səfiri Baxram Aşrafxanov, Milli Məclisin Eım və Təhsil Komitəsinin sədri Anar İsgəndərov, Mədəniyyət Komitəsinin sədr müavini Günay Əfəndiyeva, həmçinin parlamentarilər Müşviq Cəfərov, Nigar Məmmədova, Azərbaycanın və Özbəkistanın Xalq artisti Gülyanaq Məmmədova və digər ictimai-siyasi şəxslər iştirak ediblər.
Sərgidə Özbəkistanın 10-a yaxın özəl və dövlət universitetinin və ümumilikdə 30-a yaxın rəsmi nümayəndəsi, həmçinin ik mindən çox gənc iştirak edib.
Qeyd edək ki, Özbəkistan Universitetlərinin I Təhsil Sərgisi Bakıda ötən il təşkil olunmuşdu.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 31 Yanvar 2026 17:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















