Bakıda Ukrayna universitetlərinin rəsmi təhsil sərgisi keçiriləcək
Azpolitika.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakıda Ukrayna ali təhsil müəssisələrinin iştirakı ilə rəsmi təhsil sərgisi təşkil olunacaq.
Beynəlxalq Hüquq və Beynəlxalq Əlaqələr Cəmiyyəti İB-nin sədr müavini, "Alijanov Group" MMC-nin direktoru, Jurnalistlər Birliyinin üzvü, hüquq üzrə fəlsəfə doktoru Fürqan Abdullazadə və "INGEK" beynəlxalq təhsil mərkəzin rəhbəri Rüfət Mirzəyev bu barədə məlumat veriblər.
Sərgi Ukrayna Təhsil və Elm Nazirliyi, Ukrayna Dövlət Beynəlxalq Təhsil Mərkəzi və Ukraynanın Azərbaycandakı Səfirliyinin birgə təşkilatçılığı ilə keçiriləcək.
Tədbirin əsas məqsədi Azərbaycan gənclərini, valideynləri və təhsil mütəxəssislərini Ukraynanın aparıcı ali təhsil müəssisələri və onların müasir tədris proqramları ilə yaxından tanış etməkdir.
Sərgi çərçivəsində iştirakçılara bakalavr, magistratura və doktorantura (PhD) proqramları, həmçinin beynəlxalq ikili diplom layihələri barədə ətraflı məlumat təqdim olunacaq. Ziyarətçilər Ukrayna və ingilis dillərində tədris olunan ixtisaslarla tanış ola, qəbul qaydaları, təhsil imkanları və viza prosedurları barədə universitet nümayəndələrindən birbaşa rəsmi məsləhətlər əldə edə biləcəklər.
Təhsil sərgisi 4 iyulda Bakı şəhərində yerləşən "Hyatt Regency" hotelində (İzmir küçəsi 6) saat 10:00-dan 18:00-dək keçiriləcək.
Tədbirdə iştirak ödənişsizdir və giriş bütün ziyarətçilər üçün sərbəstdir.
Qeyd edək ki, sərgi "Alijanov Group" və "IEC INGEK" şirkətlərinin rəsmi dəstəyi ilə təşkil olunu
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:144
Bu xəbər 02 İyul 2026 10:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















