Icma.az
close
up
RU
Bakıda palçıqlı ayaqqabılarla dərs gedən uşaqlar, “qulaqcıqlı məmurlar”

Bakıda palçıqlı ayaqqabılarla dərs gedən uşaqlar, “qulaqcıqlı məmurlar”

Icma.az, Lent az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakıda hələ də elə yollar var ki, təcili yardım, yanğınsöndürən və hətta polis avtomobilləri bərbad infrastruktur səbəbindən hadisə yerinə çata bilmir. Son bir neçə gündür ki, yenidən gündəmə gələn bu sosial problemləri oxuduqca “mat” qalırıq. Axı bu necə ola bilir, hansı çağdayıq ki, belə sadə məsələlərin əlində girinc qalmışıq?

Yol pisdirsə, düzəldin də. Məsələnin çox sadə həlli yolu var. Buna məsuliyyətli olan vəzifəli şəxs hara baxır? Küçələr işıqsızdır, insanlar avtobusların belə girmədiyi yollarla palçıq tapdayaraq məktəbə uşaq göndərir. Həmin yolları əzabla keçən uşağa məktəbdə haqq-ədalətdən, qayda-qanundan nə öyrədə bilərik ki? Soruşmaz ki, indi nə olsun mən Əmircanda, Hövsanda, Zabratda və ya hansısa yolları bərbad bir qəsəbədə yaşayıram, niyə, Bakının mərkəzindəki uşaqlar “şüşə” kimi asfaltın üzərindən “süzərək” getdikləri yolu mən zülm ayaqlayaraq keçməliyəm? O uşağın günahı nədir ki, mərkəzdə yox, hansısa qəsəbədə doğulub?

Qəsəbə dediyimiz də, əslində mərkəzlə çiyin-çiyinə dayanıb. Burda möhkəm öskürsən orda eşidiləcək. Bəs bu məsələlərin qayğısına qalacaq insanlar niyə qulaqlarını belə bərk-bərk tutublar? Bəlkə qulaqcıqlarla gəzirlər bütün günü, dinlədikləri musiqi ətrafı onlara daha gözəl göstərir?

Demək jurnalistlərin hazırladıqları materiallardan, sosial şəbəkələrdə yayılan görüntülərdən məlum olur ki, Bakının bir çox qəsəbəsində – o cümlədən Əmircan, Binə, Hövsan, Sabunçu, Maştağa, Ramana, Balaxanı kimi yerlərdə əsas yollar yaxşıdır. Buna sözümüz yox. Amma elə ki, bu əsas yoldan döndün içəri, məhəllə arası küçələrə... Necə deyərlər “Kərəmi burda ağlamaq tutur”.

Gördüyümüz mənzərə, palçıq, dərin çalalar, dağılan asfalt, yağışda çökən yollardı. Hələ səki kimi problemin adını çəkmirik, çünki bu mənzərənin yanında o məsələ “lüks”ə daxil olur. Bizim isə bu sadə insanlar üçün istədiyimiz “lüks” həyat deyil. Sadəcə xahiş edirik, yollarını elə düzəldin ki, uşaqlar ordan keçəndə ayaqlarının palçığa batma dərdini çəkməsinlər, düşüncələri yalnız ölkəmizin gələcəyinin daha gözəl olması üçün hansısa ideyalar barəsində olsun. Palçıq ayaqlayan bir uşaqdan indi necə tələb edək ki, sən get atom parçala? Deməz ki, hələ gəlib bura yamaqlı da olsa bir yol çəkin, sonra bizdən nəsə istəyin?

Hələ bu uşaqları, onların gələcək ideya, planlarını qoyuram bir kənara. Deyəsən bu da artıq “lüks”ə daxil olur. Ay bu vəziyyətlərə görə məsuliyyət daşıyan məmur qardaşım və ya bacım, siz fərqindəsinizmi ki, əsas məsələ odur ki, təcili yardım, yanğınsöndürən və polis avtomobilləri belə bu yollarla vaxtında hadisə yerinə çata bilmir? Adını çəkdiyim qəsəbələrin sakinləri avtobus sürücüsünə yalvarırlar ki, bizi öz dayanacağımızda endir. Marşrut xətt oradan keçsə də sürücü getmir ki, maşının palçığını kim təmizləyəcək? Bunu özümdən demirəm, arada açın APA TV-nin Zabratdan, digər qəsəbələrdən hazırladığı reportajlara baxın. Şəxsən mən onlara baxıb sadəcə deməyə söz tapmıram.

Tutaq ki, medianı oxumursunuz, TV-ləri izləmirsiniz. Amma əminəm ki, gününüzün bir hissəsi Facebook, X (Twitter), TikTok və Instagram platformalarında keçir. Bu problemlə bağlı yüzlərlə paylaşım, video və şərh var. Onları da görmürsünüz? Təsəvvür edin ki, bir istifadəçi yazıb ki, hətta ərzaq maşınları belə bu yollara girmir, təcili yardım maşınları palçığa batdığı və ya çuxurlardan keçə bilmədiyi üçün xəstəyə vaxtında çata bilmir. Belə də dərd olar?

Jurnalist zəng edir məsul şəxslərə. Hazır bir-neçə cavabları var. Elə bil hamısı bu cavabları masalarının üstünə yazıb qoyublar ki, yadlarından çıxmasın. Cavablar bunlardan ibarətdir -  “təmir planına salınıb”, “layihə hazırlanır”.

Deməli belə, mən də əminəm ki, hər şey kağız üzərində yaxşı görünür. Ümid edirik ki, bir gün həmin layihələr kağız-kuğuz içindən çıxıb azadlığa çıxa biləcək. Azərbaycan diplomatik zəfərlər qazandığı bir zamanda imkan verin ayağımız palçıqda qalmasın.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:138
embedMənbə:https://lent.az
archiveBu xəbər 14 May 2025 11:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see236

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see210

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see206

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see206

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see192

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see175

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see163

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see159

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see152

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see150

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see149

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see148

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see148

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see147

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see142

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see141

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see140

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri