Bakıda peşə məktəblərində boş yer niyə yoxdur?
Gununsesi saytına istinadən Icma.az xəbər verir.
Bakıda peşə təhsili müəssisələrində boş yerin qalmaması bu sahəyə marağın yüksək olduğunu göstərir. Regionlarda isə az sayda boş yerin qalması peşə təhsilinə marağın artırılması və gənclərin bu sahəyə daha çox yönləndirilməsi üçün əlavə addımların atılmasının vacibliyini göstərir.
Gununsesi.info xəbər verir ki, 2026/2027-ci tədris ili üzrə peşə təhsili müəssisələrinə tələbə qəbulunun III mərhələsi keçirilir.
Peşə Təhsili üzrə Dövlət Agentliyinin məlumatına görə, sentyabrın 11-dən peşə təhsili müəssisələrinə qəbulun III – sonuncu mərhələsinə başlanılıb. Bu mərhələdə əvvəlki qəbul mərhələlərindən sonra boş qalan plan yerlərinə müraciətlər qəbul edilir.
Əldə etdiyimiz məlumata görə, Bakıda yerləşən peşə təhsili müəssisələrində boş plan yeri qalmayıb. Bu səbəbdən paytaxtda peşə təhsili almaq istəyən şəxslər üçün seçim imkanı yoxdur. Regionlarda yerləşən peşə təhsili müəssisələrində isə az sayda boş yer qalır.
Qeyd edək ki, ölkə üzrə III mərhələdə boş qalan plan yerlərinə qəbul davam edir. Namizədlər portal.edu.az platforması vasitəsilə elektron qaydada müraciət edə bilərlər.
Peşə təhsili müəssisələrinə qəbulun III mərhələsi sonuncu qəbul mərhələsidir.
Vüsal
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:55
Bu xəbər 14 Sentyabr 2026 10:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















