Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

ChatGPT də problem yarandı

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

Samiq Sadıxov vəzifəsindən azad edildi

Bakıda qadın müğənnini bıçaqlayıb xəstəxanalıq etdilər FOTO

Bakıda qadın müğənnini bıçaqlayıb xəstəxanalıq etdilər FOTO

Hurriyyet portalından verilən məlumata əsasən, Icma.az bildirir.

2021-ci il iyulun 16-da Bakının Nizami rayonunda 1988-ci il təvəllüdlü G.D-nın (ad şərtidir) kirayə yaşadığı mənzildə bıçaqlanır. Yaralı 3 saylı şəhər Kliniki Xəstəxanasına çatdırılır və həyatı xilas olunur. Daxil olan məlumatla bağlı polis və prokurorluq əməkdaşları hərəkətə keçir.

Faktla əlaqədar Nizami rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29,120.2.2.-ci (xuliqanlıq niyyəti ilə qəsdən dam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb.

3 gündən sonra 1997-ci il təvəllüdlü Əli Məmmədov 25-ci Polis Şöbəsinə gələrək, cinayəti törətdiyini etiraf edib. Anket məlumatlarına əsasən, o, Rusiyanın Tümen vilayətində anadan olub, əvvəllər məhkum olunmayıb.

Hurriyyet.Az xəbər verir ki, lent.az cinayət hadisəsinin istintaq materiallarını əldə edib.
İstintaqla müəyyən edilib ki, Əli Məmmədov "Telegram" sosial şəbəkəsində tanış olduğu G.D ilə cinsi əlaqədə olmaqdan ötrü iyulun 16-ı saat 17 radələrində qadının kirayədə yaşadığı evə gəlib.

Yataq otağında bir dəfə intim əlaqədə olub, öz istəyinə uyğun əlaqəni davam etdirmək istəyib. Lakin qadına buna etiraz edərək, Əlindən çıxıb getməsini tələb edib. Bunu bəhanə edən Əli Məmmədov qadını öldürmək qərarına gəlib. Bu məqsədlə məişət təyinatlı bıçaqla mənzilin dəhlizində G.D-nın bədəninin müxtəlif nahiyyələrinə 9 dəfə zərbə endirib. Sonra əlinə keçən mələfəni onun boğazına dolayaraq, sıxıb. Lakin qadın aktiv müqavimət göstərərək, onu itələyib və giriş qapısından bloka çıxaraq, qonşuları köməyə çağırıb. Buna görə Əli pəncərədən tullanaraq, hadisə yerindən qaça bilib. Təcili Tibbi Yardım briqadası tərəfindən vaxtında xəstəxanaya çatdırılan G.D-nın həyatı xilas olunub.

İş üzrə dindirilmiş Əli Məmmədov bildirib ki, 2021-ci ilin iyun ayınıda "Telegram" şəbəkəsində G.D ilə tanış olub. İyulun 16-da yaşadığı Montin qəsəbəsində, marketdən 3 ədəd "GO" adlı spirtli enerji içkisi alıb içib:

"Saat 15 radələrində qadınla danışarkən, evinə gəlmək istədiyimi bildirəndə, G.D buna etiraz etmədi. "WhatsApp" tətbiqində yaşadığı evin yerini mənə göndərdi. "Qara Qarayev" metrostansiyasının çıxışında marketdən 2 şüşə pivə alıb qadının Nizami rayonunda kirayədə qaldığı ünvana yollandım. İçəri daxil olandan sonra G.D ilə qucaqlaşıb, görüşdük. Yataq otağına keçib, bir dəfə cinsi əlaqədə olduq. Sonra o məndən aldığı 2000 manat puldan bir qismini qaytarmasını və banka borcu olduğumu bildirdim. Cavab olaraq qadın mənə "sənə o pulu verməyəcəyəm, çünki heç bir sübutun yoxdur" dedi. O zaman G.D-nın telefonuna zəng gəldi. Kiminləsə danışandan sonra, mənə başqa şəxsin yanına gələcəyini söylədi və məndən çıxıb getməyimi istədi. Daha sonra qadın hamamdan çıxıb mətbəxə keçdi və mənim getmədiyimi görüb üzərimə bıçaqla gəldi, evini tərk etməyimi tələb etdi. Bıçaq yüngül şəkildə sinəmə toxundu, onun qolunu buraraq bıçağı aldım. Sağ qoltuqaltı nahiyəsinə bir dəfə zərbə vurdum. Qadın dəhlizdə kürəyi üstə yerə yıxıldı. Həmin vaxt nə mənim, nə də qadının əynində paltar yox idi. Bıçağı tullayıb ona sakit olmasını dedim.

Qışqırmaq istədiyini gördüm. Hamamdan mələfəni boyununa keçirib sıxmağa başladım. Müqavimət göstərən qadın yerdən bıçağı götürüb sağa-sola hərəkət etdirdikdə qollarımdan və sinəmdən xəsarət aldım. Bıçağı əlindən alıb, onun bədəninin müxtəlif nahiyələrinə zərbələr endirdim. Onun üstündən qalxıb Təcili Tibbi Yardıma zəng etmək istəyərkən G.D ayağa qalxıb qapıya tərəf qaçdı. Bloka çıxaraq qışqırıb insanları köməyə çağırmağa başladı. Cəld şalvarımı geyinib qonaq otağından eyvana keçdim və yerə tullandım. Aşağı mərtəbədə yaşayanların istifadə etdiyi paltar iplərinə ilişdim, sonra isə yerə yıxıldım. Ayağa qalxıb ayaqyalın və köynəksiz vəziyyətdə "Neftçilər" metrostansiyası istiqamətində qaçdım".

Qarşısına çıxan mağazaya girib özünə köynək və bir cüt ayaqqabı alıb. Taksi ilə yaşadığı Nərimanov rayonuna gəlib:

"Heydər Əliyev prospektində "saatlı bina" kimi tanınan yerdə, mağazadan özümə şalvar aldım. Başqa taksi ilə "20 Yanvar" metrostansiyasının yanına, ordan da Lənkəran şəhərinə getdim. Saat 21 radələrində ora çatıb əmim oğlu Cəmil Məmmədova Bakıda ehtiyatsızlıqdan ayağımın burxulduğunu dedim və məni həkimə aparmasını xahiş etdim. Sonra dayımın rayonun Şilavar kəndində yerləşən evinə getdim. Ona pilləkəndən yıxılıb ayağımdan xəsarət aldığımı dedim. İyulun 17-də Bakıya qayıtdım. Ayın 19-da Maştağa qəsəbəsində yaşayan atamın yanına gedərək, ona törətdiyim hadisəni danışdım. Atam məni aparıb, 25-ci polis şöbəsinə təhvil verdi".

Zərərçəkmiş G.D ifadəsində göstərib ki, 2017-ci ildə Çingiz Hüseynovdan boşanıb, nikahdan qız övladları olub. Müxtəlif restoranlarda ofisiant və müğənni kimi çalışıb, pul qarşılığında kişilərlə intim əlaqədə olub, pul qazanıb:

""Telegram" tətbiqində açdığım qrupda 150 manat qarşılığında cinsi əlaqədə olurdum. Əli Məmmədovla 2021-ci ilin iyun ayında tanış olaraq, yazışmışıq. Həmin şəxs məndən çılpaq şəkillərimi göndərməyimi istəyəndə, bundan imtina edərək, onu qara siyahıya atdım. Buna baxmayarq, Əli Məmmədov iyulun 16-da başqa profildən yazaraq, yanıma gəlmək istədiyini bildirdi. İçəri girəndən sonra məni qucaqlayıb öpməyə başladı. Əlinin gətirdiyi pivəni içdim, mənə 100 manat pul verdi. Cinsi əlaqədə olandan sonra, ondan xoşum gəlmədiyi üçün çıxıb getməsini tələb etdim.

Bu zəmində aramızda mübahisə yarandı. Əli getmək istəmədiyini və yenə intim əlaqədə olmaq istədiyini dedi. Yerə yıxıb mənə bıçaqla zərbələr endirdi. Bir təhər əlindən çıxıb qapını açdım və qışqıraraq, 5-ci mərtəbəyə doğru qaçdım".

Qonşular ona kömək edərək, Təcili yardıma məlumat veriblər. 10 dəqiqədən sonra gələn tibbi yardım briqadası onu xəstəxanaya aparıb və orda həkimlər həyatını xilas ediblər.

Zərərçəkmiş əlavə edib ki, Əli Məmmədovdan hər hansı məbləğdə borc pul almayıb və ona bank hesabını göndərməyib.

Şahid Yusif Mahmudov bildirib ki, 8-ci kilometr qəsəbəsində yerləşən evində G.D 350 manat müqabilində kirayədə qalıb:

"İyulun 16-da polis əməkdaşı zəng edərək, mənə məxsus evdə G.D-nı bıçaqlandığını bildirdi. Həmin gün şəhərdə olmadığımdan hadisə yerinə növbəti gün gəldim. Qonşulardan öyrəndim ki, saat 18 radələrində qadının qışqırıq səsini eşidib bloka çıxanda onu çılpaq və qana bulaşmış vəziyyətdə görüblər. G.D onlara tanımadığı şəxs tərəfindən bıçaqlandığını bildirib. Qadını müğənni kimi tanıyırdım, onun pul qarşılığında intim xidmət göstərməsindən məlumatım yox idi".

Məhkəmə iclasında Əli Məmmədov ittihamü üzrə özünü qismən təqsirli bilib. Zərərçəkmiş məhkəmədən təqsirləndirilən şəxsin qanunla nəzərdə tutulmuş qaydada cəzalandırılmasını xahiş edib.

Məhkəmə hesab edib ki, Əli Məmmədovun əməli Cinayət Məcəlləsinin 29, 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməyə cəhd) maddəsindən 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsinə tövsif edilməlidir. O, həmin maddənin sanksiyası həddində təqsirli bilinərək, cəzalandırılmalıdır. 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Əli Məmmədov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 10 il müddətinə azadlıqdan məhrum olunub.
Məqaləyə dair fotomateriallar:

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:159
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 30 Yanvar 2025 22:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see240

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see216

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see210

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see195

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see192

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see175

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see173

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see156

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see148

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see139

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see128

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see126

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see126

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see125

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see124

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see122

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

01 Dekabr 2025 21:39see119

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see119

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see118

Samiq Sadıxov vəzifəsindən azad edildi

01 Dekabr 2025 14:54see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri