Bakıda qadın rəfiqəsini döyüb xəstəxanalıq etdi
Icma.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.
Bakının Nərimanov rayonunda rəfiqələr arasında yaranan mübahisə cinayətlə nəticələnib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, İmişli rayon sakini, 1983-cü il təvəllüdlü Əntiqə rəfiqəsi Gülnarə (adlar şərtidir – red.) ilə mübahisə edib.
İstintaq sənədlərinə görə, aralarında baş vermiş mübahisə zamanı Əntiqə bir dəfə yumruqla qəsdən Gülnarənin sol döş nahiyəsindən vuraraq, ona sol süd vəzisinin yumşaq toxumalarının şişkinliyi ilə nəticələnən xəsarət yetirib.
Gülnarə xəsarət alması ilə bağlı əvvəlcə həkimə, daha sonra isə hüquq-mühafizə orqanlarına şikayət edib. Onun şikayəti əsasında Əntiqənin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.
İş üzrə təqsirləndirilən şəxs qismində izahat verən Əntiqə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, zərərçəkmiş şəxslə barışdığını söyləyib.
Zərərçəkmiş şəxs də məhkəməyə ərizə təqdim edib və təqsirləndirilən şəxslə barışdığını təsdiq edib. Gülnarə hazırda Əntiqə ilə barışdığını, dəymiş zərərin ödənildiyini, ona qarşı şikayət və tələbinin olmadığını bildirib.
Nərimanov Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilib, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib və iş üzrə icraata xitam verilib.
Fariz Məlikli
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.

Bu mövzuda digər xəbərlər:Bakıda qadın keçmiş ərini döyüb
31 İyul 2026 13:27
Bakıda avtomobil qadını xəstəxanalıq etdi
14 Oktyabr 2025 15:40
Bakıda qadın müğənnini bıçaqlayıb xəstəxanalıq etdilər FOTO
30 Yanvar 2025 22:45
Bakıda maşın motosikletçini vurub xəstəxanalıq etdi
06 Dekabr 2024 07:04
Bakıda maşın piyadanı vurub xəstəxanalıq etdi
21 Dekabr 2024 22:33
Baxış sayı:121
Bu xəbər 21 Sentyabr 2026 21:03 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları