Icma.az
close
up
RU
Bakıda qardaşı həbsdə olan kişiyə dələduzluq edildi

Bakıda qardaşı həbsdə olan kişiyə dələduzluq edildi

Demokrat.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakının Nizami rayonunda narkotik alverində təqsirləndirilərək həbs edilən şəxsin qardaşına qarşı dələduzluq edilib. 
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, Salyan rayon sakini, 1988-ci il təvəllüdlü Anar özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədi ilə Ramin Abışovun Cinayət Məcəlləsinin 237.2.3-cü (qanunsuz olaraq külli miqdarda tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmə) maddəsi ilə təqsirləndirilərək 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan qardaşı Amin Abışovun həbs qətimkan tədbiri müddətinin azaldacağına köməklik edəcəyi barədə yalan vəd verib. 
Anar bu adla Ramindən Qara Qarayev prospektində yerləşən “Sevinc” kinoteatrının qarşısında  1400 manat pulunu ələ keçirib. 
İstintaq orqanı tərəfindən Anarın barəsində Cinayət Məcəlləsinin 178.1-ci (dələduzluq) maddəsi ilə ittiham elan edilib. 
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Anar elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, zərərçəkmiş Ramin onun iş yoldaşı olmuş Gülağa adlı şəxsin vasitəsi ilə tanıyıb: “2023-cü ilin sentyabr ayında Gülağa mənimlə əlaqə saxladı və bildirdi ki, Raminin qardaşı Amin hazırda istintaq təcridxanasında  saxlanılır, onun həbs qətimkan tədbirinin müddətini azaltmağa köməklik edəcəyi ilə bağlı adam axtarır. Mən isə bu işi həll edəcəyim cavabını verdim. Həmin ilin sentyabrın 13-də Ramin mənimlə əlaqə saxladı və qardaşının həbs müddətini azaltmaq istəməsi barədə bildirdi. Mən isə bunun 1400 manat məbləğində xərcinin  olduğunu qeyd etdim. Ramin də bununla razılaşdı”.
Anar qeyd edib ki, sentyabrın 14-də tanışı Asif ilə birlikdə Qara Qarayev metrostansiyasının yaxınlığında yerləşən  “Sevinc” kinoteatrının qarşısında Ramin ilə görüşüblər: “Ramin həmin vaxt mənə 1500 manat verdi. Mən isə 100 manatı ona qaytardım və 1400 manatı götürərək bu işi  tezliklə həll edəcəyimə söz verdim. Lakin qeyd edilən məbləği şəxsi ehtiyaclarıma xərclədim. Həmçinin səhhətimdə problemlər yarandığından Raminin qardaşı ilə bağlı verdiyim sözə əməl edə bilmədim. Hazırda törətdiyim əməldən peşman olmuşam. Zərərçəkmiş şəxsə dəyən ziyanı tamamilə ödəmişəm”.
İş üzrə zərərçəkmiş qismində ifadə verən Raminin sözlərinə görə, təqsirləndirilən Anası Gülağa adlı şəxsin vasitəsi ilə tanıyıb: “Mən söhbət əsnasında Gülağa ilə 2023-cü ilin sentyabr ayında görüşdüm. Ona bildirdim ki, qardaşım Amin narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilərək istintaqa cəlb edilib, hazırda Şüvəlan Təcridxanasındadır, istəyirəm ki, onun barəsində verilmiş 4 ay  müddətinə həbs qətimkan tədbirinin müddətini azaldım, əgər belə bir tanışın varsa mənə bildir. Ondan bu işdə köməklik istədim. Gülağa isə “bir nəfər Anar adlı tanışım var, mən ona deyərəm” deyə cavab verdi. Mən də razılaşdım. Həmin gün Gülağa mənə Anar adlı şəxsin mobil telefon nömrəsini verdi”. 
Raminin ifadəsinə görə, sentyabrın 13-də Anarla əlaqə  saxlayıb və qardaşının həbs qətimkan tədbirinin azaldılmasını xahiş edib: “Anar bildirdi ki, onun dövlət qurumunda tanışları var, tanışlarına da lazım olan köməklik göstərir, sabah görüşək, lakin bu işin xərci olacaq. Mən nə qədər xərc olacağını soruşdum. Anar bildirdi ki, ibtidai istintaq müddətinin azaldılması üçün 1400 manat gətirərsən, daha sonra cəzasını üçdə bir  hissəsini çəkdikdən sonra onu azad etdirəcəm. Özüm də sentyabrın 14-də Qara Qarayev metrostasiyasınun  yaxınlığında yerləşən “Sevinc” kiotetarmın qarşısında görüş barədə razılaşdım. Onunla həmin tarixdə görüşdük. Gələndə Anarın yanında Asif adlı şəxs də olub. Anara  1400 manat və əlavə hörmət naminə 100 manat olmaqla 1500 manat verdim. Anar isə 100 manatı mənə qaytardı və 1400 manatı götürdü. Mənə işlə bağlı tezliklə xəbər edəcəyini, bu işdə də köməklik edəcəyini bildirdi. Lakin 10 gün sonra Anarla əlaqə saxladım. Lakin onun mobil telefonuna zəng çatmadı”. 
Bu cinayət işinə Nizami Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.1-ci maddəsi üzrə cinayət məsuliyyətindən azad edilib və barəsində olan cinayət təqibinə xitam verilib.
Buna səbəb təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışması. dəymiş ziyanı tamamilə ödəməsi olub. 
Fariz Məlikli
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:236
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 15 May 2025 21:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see401

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see388

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see311

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see299

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see266

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see260

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see258

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see253

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see250

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see242

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see237

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see223

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see212

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see209

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see205

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see202

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see201

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see197

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see195

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri