Icma.az
close
up
RU
Bakıda Qazaxıstan Azərbaycan münasibətləri müzakirə olunub

Bakıda Qazaxıstan Azərbaycan münasibətləri müzakirə olunub

525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Müstəqillik Günü ərəfəsində Qazaxıstanın Bakıdakı səfirliyində Qazaxıstan–Azərbaycan münasibətlərinə həsr olunmuş dəyirmi masa keçirilib.

525.az xəbər verir ki, tədbirdə Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel, Milli Məclisinin deputatı Azər Allahverənov, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev, Cənubi Qafqaz Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov, “Cənubi Qafqaz” Politoloqlar Klubunun rəhbəri İlqar Vəlizadə, Qafqaz Tarixi Mərkəzinin direktoru Rizvan Hüseynov, STEM Analitik Mərkəzinin direktoru Orxan Yolçuyev, “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu, diplomatlar iştirak ediblər.

Ekspertlər Prezident Kasım-Jomart  Tokayevin Türk Dövlətləri Təşkilatının XII Zirvə Görüşündə iştirak etmək üçün Azərbaycana səfərinin, eləcə də 2025-ci ilin oktyabr ayında Prezident İlham Əliyevin Qazaxıstana baş tutan dövlət səfərinin nəticnəticələrini yüksək qiymətləndiriblər. Qeyd olunub ki, ikitərəfli siyasi dialoqun misli görünməmiş intensivliyi bütün istiqamətlər üzrə əməkdaşlığın artmasına şərait yaradır, energetika və nəqliyyat sahələrində bir sıra birgə strateji layihələrin reallaşdırılmasına təkan verir.

Bu kontekstdə Alim Bayel Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM), Qazaxıstan nefti və uranının Azərbaycan ərazisi ilə ixracı, tamamlanması 2026-cı ildə planlaşdırılan Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsi kimi iri layihələrin əhəmiyyətini qeyd edib. Diplomat, Qazaxıstanın 2025-ci ildə ilk dəfə olaraq Azərbaycan bazarına buğdanın əsas tədarükçüsünə çevrildiyini vurğulayıb və bu uğurun möhkəmləndirilməsinə ümidvar olduğunu ifadə edib.

Səfir, həmçinin 2025-ci ilin sentyabrında Qazaxıstan dövlət başçısının xalqına ünvanladığı müraciətin əsas tezisləri barədə azərbaycanlı ekspertləri məlumatlandırıb. Xüsusilə, diplomat qarşıdan gələn parlament islahatına və Qazaxıstanda süni intellektə verilən böyük əhəmiyyətə toxunub. 
Söhbət zamanı ekspertlər Türk Dövlətləri Təşkilatının əhəmiyyətinin artdığını qeyd edib və bu təşkilata sədrliyi dövründə Azərbaycanın əsas prioritetləri ilə bağlı fikirlərini bölüşüblər. Deputat A. Allahverənov, katibliyi Bakıda yerləşəcək TDT-yə üzv ölkələrin QHT platformasının yaradılması ilə bağlı Azərbaycanın təşəbbüsünü qeyd edib. Öz növbəsində, Orxan Yolçuyev TDT-yə üzv ölkələrdən olan gənc alimlər və peşəkarlar üçün aviauçuşların subsidiyalaşdırılmasını təklif edib. Onun fikrincə, bu yolla qardaş ölkələr arasında mədəni-humanitar qarşılıqlı əlaqələr gücləndirilə bilər. Azərbaycanın bu yaxınlarda Mərkəzi Asiya ölkələrinin əməkdaşlıq formatına daxil edilməsi kontekstində Fərid Şəfiyev 2026-cı ildə C6 analitik mərkəzləri forumunun keçirilməsini təklif edib. Həmçinin analoji forumun AQEM çərçivəsində keçirilməsi də təklif olunub. 

Öz növbəsində, Fərhad Məmmədov Azərbaycanla Ermənistan arasında normallaşması prosesindən danışıb. Onun sözlərinə görə, Azərbaycan tərəfi 2026-cı ildə bu istiqamətdə daha da irəliləyiş gözləyir. Onun fikrincə, mühüm addımlardan biri bu yaxınlarda Qazaxıstan taxılının Azərbaycan vasitəsilə Ermənistana tədarükünün başlaması olub.

Bundan əlavə, tədbir çərçivəsində energetika və nəqliyyat-logistika əməkdaşlığı, elmi-ekspert kooperasiyası, mədəni-humanitar əlaqələr məsələləri üzrə ekspertlərin fikirləri dinlənilib.

Pərvanə Sultanova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:131
embedMənbə:https://525.az
archiveBu xəbər 15 Dekabr 2025 16:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see514

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see236

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see227

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see213

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see211

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see204

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see198

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see188

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see187

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see183

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see182

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see162

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see160

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see157

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see154

Tramp əlindəki göyərmələrdən danışdı: 5 saat yatıram...

28 Yanvar 2026 23:33see150

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see147

Kartdan səbəbsiz pul çıxırlar Unibank dan ŞİKAYƏT

29 Yanvar 2026 11:00see142

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see137

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri