Icma.az
close
up
RU
Bakıda Azərbaycan, Türkiyə və Qazaxıstan arasında audit əməkdaşlığı müzakirə olunub

Bakıda Azərbaycan, Türkiyə və Qazaxıstan arasında audit əməkdaşlığı müzakirə olunub

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 14 noyabr, AZƏRTAC

Noyabrın 14-də Azərbaycan Respublikasının Auditorlar Palatası, Türkiyənin İctimai Nəzarət, Mühasibat və Audit Standartları Təşkilatı (KGK) və Qazaxıstan Respublikası Auditorlar Palatasının nümayəndə heyətləri arasında işgüzar görüş keçirilib.

Bu barədə AZƏRTAC-a Palatadan məlumat verilib. Bildirilib ki, görüşün əsas məqsədi Auditorlar Palatası ilə KGK arasında audit və mühasibatlıq sahəsində institusional tərəfdaşlıq mexanizmlərinin yaradılması, auditin keyfiyyətinə nəzarət, ƏL/TM-ə və haqsız rəqabətə qarşı mübarizə, auditorların sertifikasiyası istiqamətlərində əməkdaşlıq imkanlarının müzakirəsi, eləcə də türkdilli dövlətlərin audit və mühasibatlıq qurumlarının vahid birliyinin yaradılması məsələlərinə dair fikir mübadiləsi aparmaq olub.

Görüşdə KGK-nın 2-ci sədri Hayrettin Kurt, sədr müavini Murat Yünlü, Mühasibat uçotu standartları şöbəsinin müdiri Mehmet Şirin, Qazaxıstan Auditorlar Palatasının icraçı direktoru Akan Arıstan, Azərbaycan Auditorlar Palatasının sədr müavini Fəxrəddin İsmayılov, icraçı direktor Səbuhi Gülməmmədov, aparat rəhbəri Qəşəm Bayramov, sədrin müşaviri Fəqan Qarayev, idarə rəisi Qoşqar Əhmədov, idarə rəisinin müavini Afiqə Bayramova, şöbə müdiri Zaur Almazov, İqtisadi Araşdırmalar və Təhlil Mərkəzinin rəhbəri Radil Fətullayev iştirak ediblər.

Tədbir Türkiyənin hərbi nəqliyyat təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə başlayıb.

Auditorlar Palatasının sədri Vahid Novruzov tədbir iştirakçılarına qurumun Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə qəbul edilmiş “Auditor xidməti haqqında” Qanun əsasında yaradılması, fəaliyyətə başladığı ilk gündən etibarən ölkə Prezidentinin tapşırıq və tövsiyələri əsasında auditin təşkili və tənzimlənməsi sahəsində həyata keçirilən tədbirlər barədə geniş məlumat verib. O, həmçinin müasir dövrün çağırışlarına uyğun olaraq auditorların daşıdığı məsuliyyətlər və qarşıda duran vəzifələrdən danışıb.

KGK-nın 2-ci sədri Hayrettin Kurt görüşün təşkilinə görə KGK prezidenti Hasan Özçelik və öz adından minnətdarlığını bildirib. O, qurumunun Auditorlar Palatası ilə auditin təşkili, tənzimlənməsi, audit keyfiyyətinə nəzarət, Beynəlxalq Audit Standartları, Maliyyə Hesabatlarının Beynəlxalq Standartları və Beynəlxalq Dayanıqlı İnkişafa dair Standartların tətbiqi sahəsində sıx əməkdaşlıq etmək niyyətində olduğunu vurğulayıb.

KGK-nın sədr müavini Murat Yünlü və şöbə müdiri Mehmet Şirin Azərbaycanlı həmkarları ilə geniş peşəkar müzakirələr aparıblar.

Görüşün əsas müzakirə mövzularından biri türkdilli dövlətlərin audit və mühasibatlıq qurumlarının vahid birliyinin - Türkdilli Dövlətlərin Audit və Mühasibatlıq Qurumları Birliyinin yaradılması təşəbbüsü olub.

Qeyd edilib ki, belə bir platformanın formalaşdırılması aşağıdakı strateji məqsədlərə xidmət edəcək:

Türkdilli dövlətlər arasında qabaqcıl təcrübənin öyrənilməsi, audit və mühasibatlıq standartlarının ortaq prinsiplərlə tətbiqi;

Auditorların qarşılıqlı tanınması, sertifikatlaşdırma sistemlərinin yaxınlaşdırılması, peşəkar əməkdaşlığın asanlaşdırılması;

Birgə ixtisasartırma və təlim proqramları, ortaq tədris vəsaitlərinin hazırlanması, gənc mütəxəssislərin beynəlxalq səviyyədə yetişdirilməsi;

IFAC kimi nüfuzlu beynəlxalq qurumlara birgə assosiativ üzvlük təşəbbüslərinin irəli sürülməsi, türkdilli ölkələrin maraqlarının müdafiəsi;

İqtisadi şəffaflıq və hesabatlılığın artırılması, regionda sabit maliyyə idarəetməsinin qurulmasına töhfə verilməsi.

Qazaxıstan Auditorlar Palatasının icraçı direktoru Akan Arıstan çıxışında Birliyin yaradılması təşəbbüsünə görə Azərbaycan Auditorlar Palatasına təşəkkürünü ifadə edib və qurumunun rəhbərliyi tərəfindən hazırlanmış rəsmi müraciəti səsləndirib.

Müraciətdə türkdilli dövlətlər arasında peşəkar əlaqələrin gücləndirilməsi, yanaşmaların harmonizasiyası və ortaq layihələrin inkişafına xidmət edəcək Türk Dünyası Ölkələrinin Auditorlar Şurasının yaradılmasına dəstək ifadə olunub. Qazaxıstan tərəfi Şuranın ən qısa müddətdə yaradılmasının vacibliyini qeyd edərək bu məqsədlə işçi qrupunun formalaşdırılmasını təklif edib. Eyni zamanda, ölkələr arasında birliyi ifadə edən rəmzi “qolçan” - beş oxdan ibarət simvol təqdim olunub.

Sonda KGK-nın 2-ci sədri Hayrettin Kurt Auditorlar Palatasının “Fəxri qonaqlar” kitabına ürək sözlərini yazıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:43
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 Noyabr 2025 18:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see236

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see225

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see198

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see196

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see173

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see168

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see166

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see159

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see149

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see147

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see147

Energetik içkilərlə bağlı şok xəbərdarlıq: kor edə bilər

30 Dekabr 2025 09:06see146

Süni intellektin gələcəyi: OpenAI təhlükələrə qarşı mübarizə üçün idarəedici axtarır

30 Dekabr 2025 09:05see143

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see142

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see141

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see139

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see134

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see131

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see131

AYB Sayman Aruzla bağlı qərara aydınlıq gətirib

30 Dekabr 2025 18:30see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri