Icma.az
close
up
RU
Azərbaycan Qazaxıstan: Qardaşlıq münasibətləri möhkəmlənir

Azərbaycan Qazaxıstan: Qardaşlıq münasibətləri möhkəmlənir

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Astana, 19 sentyabr, AZƏRTAC

Qazaxıstanın paytaxtı Astanada Dünya və ənənəvi dinlər liderləri Qurultayının Katibliyinin 23-cü iclası çərçivəsində Qazaxıstan Senatının sədri Maulen Aşımbayev Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadəni qəbul edib.

AZƏRTAC xəbər verir ki, Maulen Aşımbayev Azərbaycanla Ermənistan arasında Vəşinqtonda imzalanan bəyanat münasibətilə təbriklərini ifadə edib və bunu Azərbaycan dövlətinin tarixi uğuru və nailiyyəti adlandırıb.

Görüş zamanı şeyxülislam Allahşükür Paşazadə qardaş Qazaxıstana hər zaman böyük məmnuniyyətlə gəldiyini və qazax xalqına dərin hörmət bəsləndiyini vurğulayıb.

QMİ sədri qeyd edib ki, vaxtilə Ulu Öndər Heydər Əliyevin dövründə müstəqillik illərində Azərbaycanla Qazaxıstan arasında əsası qoyulmuş münasibətlər bu gün prezidentlər İlham Əliyev və Qasım-Jomart Tokayev tərəfindən qardaşlıq əlaqələri əsasında uğurla davam etdirilir.

Şeyxülislam Allahşükür Paşazadə Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında - Füzulidə Qazaxıstanın hədiyyəsi olan Uşaq Yaradıcılıq Mərkəzinin tikintisini xüsusi qeyd edərək, bu addımı qazax xalqının Azərbaycana qardaş hədiyyəsi kimi dəyərləndirib və dərin minnətdarlığını ifadə edib.

QMİ sədri Qazaxıstan dövlətinin dinlərarası dialoq və əməkdaşlıq sahəsindəki zəngin təcrübəsini yüksək qiymətləndirərək Astana qurultaylarının bəşəri əhəmiyyətini xüsusi vurğulayıb.

"Azərbaycan Qazaxıstanın dinlərarası dialoq sahəsindəki təşəbbüslərinə hər zaman dəstək verib və Astana qurultaylarında mütəmadi iştirak edir" - deyə şeyxülislam Allahşükür Paşazadə bildirib.

O, eyni zamanda Azərbaycanda keçirilən dinlərarası dialoq tədbirlərində Qazaxıstanın yüksək səviyyədə iştirakının vacib olduğunu vurğulayıb.

QMİ sədri qeyd edib ki, Azərbaycanın qazandığı nailiyyətlərdə qardaş türk dövlətlərinin, xüsusilə qardaş Qazaxıstanın da öz töhvəsi var.

Görüş zamanı Qazaxıstan Senatının sədri Maulen Aşımbayev "Dünya və Ənənəvi Dinlərin Liderləri 8-ci Qurultayı" haqqında ətraflı məlumat verərək keçiriləcək panel iclaslar və Gənclər Forumu barədə təfərrüatlı məlumat təqdim edib.

Tərəflər dinlərarası dialoq və sivilizasiyalar arası əməkdaşlıq müstəvisində dövlətlər arasında gələcək əməkdaşlıq perspektivlərini müzakirə edib. Görüş zamanı Azərbaycan-Qazaxıstan münasibətlərinin inkişafından məmnunluq ifadə olunub və gələcək əməkdaşlığa dair planlar müzakirə edilib.

Hər iki tərəf dinlərarası dialoq və regional əməkdaşlıq sahəsində fəaliyyətin davam etdirilməsində maraqlı olduqlarını bildiriblər.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://azertag.az
archiveBu xəbər 16 Sentyabr 2025 15:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see640

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see271

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see245

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see229

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see205

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see198

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see192

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see182

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see179

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see176

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see162

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see160

Əl gücünün zəifləməsi nəyə işarə edə bilər?

01 Fevral 2026 05:11see156

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see152

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see149

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see147

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see144

Amerikalı diplomat: ABŞ İranda Liviya ssenarisinin təkrarlanmasını istəmir

01 Fevral 2026 06:07see143

Türkiyənin Ticarət Nazirliyi: Hindistandan idxal rüsumlarının azaldılması planlaşdırılmır

01 Fevral 2026 04:41see139

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri