Bakıda “Qələbə qaçışı”: Qaliblər müəyyənləşdi
Icma.az, Apasport portalına istinadən məlumat yayır.
Bakıda Vətən müharibəsində qazanılan tarixi Zəfərin altıncı ildönümü münasibətilə ənənəvi “Qələbə qaçışı”nın qalibləri bəlli plub.
Apasport.az xəbər verir ki, altıncı dəfə təşkil olunan yarışda 2000-ə yaxın şəxs iştirak edib.
Bu, tədbirin tarixində rekord göstərici olub.
10 kilometr məsafəyə təşkil olunan yarışda kişilər arasında Bəxtiyar Əsgərli, qadınların mübarizəsində isə Anna Yusubova birinci yeri tutub.
Açılış mərasimində əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ardınca Vətən uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Dənizkənarı Milli Parkda, “Yeddi gözəl” fəvvarəsinin yaxınlığından start götürən iştirakçılar 10 kilometrlik məsafəni qət ediblər.
Gənclər və İdman Nazirliyi ilə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə keçirilən yarış bu il də “Qürurla irəli” şüarı altında baş tutub.
Xeyriyyə xarakterli tədbirə qatılan hər bir iştirakçı qeydiyyat zamanı minimum 20 manat ianə edib. Toplanan vəsaitin hamısı “YAŞAT” Fonduna köçürüləcək.
Finiş xəttini ilk keçən iştirakçılar mükafatlandırılacaqlar. Yarışdan sonra isə iştirakçılar və qonaqlar üçün konsert proqramı təşkil olunacaq. Konsertdə Xalq artisti Röya, Murad Arif və digər tanınmış ifaçılar çıxış edəcəklər.
Qeyd edək ki, “Qələbə qaçışı” 2021-ci ildən etibarən hər il ənənəvi olaraq keçirilir.
AMADA nümayəndələri beynəlxalq vebinarda iştirak ediblər Azərbaycanın kamandan oxatma üzrə qadınlardan ibarət yığması Asiya Kubokunda qızıl medal qazanıb Süleyman İsmayılzadə və Məryəm Cavadova Dakar-2026-da Azərbaycanın bayraqdarları olacaq Zəfər Gününə həsr olunan kamandan oxatma turniri keçirilib Azərbaycan nümayəndələri Rusiyada beynəlxalq idman forumunda iştirak edirlər
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:144
Bu xəbər 01 Noyabr 2026 11:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















