Bakıda qeyri adi əməliyyat: Ədəbiyyatda və praktikda belə şey olmayıb
Icma.az bildirir, Qaynarinfo saytına əsaslanaraq.
Bakıda əməliyyat zamanı qadının qarnından 3 metr 55 sm uzunluğunda mioma çıxarılıb.
Qaynarinfo xəbər xəbər verir ki, əməliyyat Bakıdakı xəstəxanaların birində laparoskopik miomektomiya marselyator texnikası ilə icra olunub.
Əməliyyatı icra edən həkim ədəbiyyatda və praktik təcrübədə bu uzunluqda mioma rast gəlinmədiyini qeyd edib.
Həkim dünyada ilk dəfədıir ki, bu ölçüdə bir miomanın laparoskopik yolla çıxarıldığını vurğulayıb.
Qeyd edək ki, mioma (uşaqlıq fibroidi) uşaqlığın əzələ toxumasından inkişaf edən, çox rast gəlinən xoşxassəli şişdir. Əsasən 30-45 yaşlı qadınlarda hormonal dəyişikliklər nəticəsində yaranır, xərçəngə çevrilmə riski çox aşağıdır (1%). Miomalar ölçüsünə və yerləşməsinə görə ağrılı menstrual qanaxma, qarın nahiyəsində təzyiq və ya sonsuzluq yarada bilər.
Miomanın əsas xüsusiyyətləri:
Xoşxassəlilik: Çox vaxt simptomsuz olur, lakin böyüdükdə narahatlıq yaradır.
Hormonal asılılıq: Estrogen hormonunun təsiri ilə böyüyür, menopauza dövründə isə adətən kiçilir.
Diaqnostika: Ultrasəs (USM) müayinəsi vasitəsilə asanlıqla aşkarlanır.
Müalicə: Ölçü və şikayətlərə görə dərman müalicəsi, miomektomiya (şişin çıxarılması) və ya histerektomiya (uşaqlığın götürülməsi) tətbiq olunur.
Əlamətləri:
* Ağır və uzun sürən menstrual qanaxmalar.
* Qarnın aşağı hissəsində ağrı və doluluq hissi.
* Sidik kisəsinə və ya bağırsaqlara təzyiq nəticəsində tez-tez sidiyə getmə və ya qəbizlik.
* Böyük miomalar hamiləlikdə fəsadlar və ya sonsuzluğa səbəb ola bilər.
* Müntəzəm ginekoloji müayinə (ildə 1-2 dəfə) miomaların erkən diaqnostikası üçün vacibdir.
Bahar Rüstəmli
Baxış sayı:164
Bu xəbər 10 Fevral 2026 11:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















