Icma.az
close
up
RU
Bakıda “qorxu ev“ləri artır Valideynlərə XƏBƏRDARLIQ

Bakıda “qorxu ev“ləri artır Valideynlərə XƏBƏRDARLIQ

Moderator.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Son illər adrenalin yaşamaq, qorxu hissini sınamaq və dostlarla fərqli əyləncə təcrübəsi qazanmaq istəyənlərin üz tutduğu "qorxu evləri" xüsusilə yeniyetmələr və gənclər arasında populyarlaşıb. Lakin son vaxtlar bu məkanlarda azyaşlıların fiziki və psixoloji təzyiqə məruz qalması ilə bağlı yayılan görüntülər və valideynlərin şikayətləri bu əyləncə növünün təhlükəsizliyi ilə bağlı ciddi suallar yaradıb.

Musavat.com-a daxil olan müraciətlərdə də bəzi valideynlər övladlarının belə məkanlardan çıxdıqdan sonra uzun müddət qorxu, təşviş və psixoloji sarsıntı yaşadıqlarını bildiriblər.

Mütəxəssislərin fikrincə, adrenalin hissi yaşatmaq məqsədilə qurulan bu məkanlar hər kəs üçün eyni dərəcədə təhlükəsiz deyil. Xüsusilə uşaqlar, yeniyetmələr, həssas psixikaya malik və ya travma keçirmiş şəxslərdə bu təcrübə ciddi psixoloji fəsadlara səbəb ola bilər.

Bəs "qorxu evləri" insan psixologiyasına necə təsir edir? Adrenalin axtarışı hansı hallarda təhlükəli həddə çevrilə bilər və valideynlər nələrə diqqət etməlidirlər?

Misal üçün, bir müddət əvvəl Musavat.com-a müraciət edən valideynlərdən biri demişdi ki, Phobia Games” (tərcümə: qorxu oyunları) adlı qorxu evi uşaqlar üçün əyləncə yeri yox, əsl “dəhşət otağına” çevrilib. Onun redaksiyamıza təqdim etdiyi görüntülərdə (https://musavat.com/news/qorxu-evi-qalmaqali-boyuyur-15-yasli-qizin-ardinca-novbeti-video-sacindan-tutub-suruyur_1221625.html ) azyaşlıların saçından sürükləndiyi, itələndiyi, bəzilərinə isə açıq-aşkar fiziki təzyiq göstərildiyi görünürdü.

Kadrlarda həmçinin uşaqların qorxu içində titrədiyi, bəzilərinin isə küncə sıxışdırıldığı anlar diqqət çəkir. Valideyn bildirir ki, övladı və digər uşaqlar məkanı tərk edəndən sonra uzun müddət özlərinə gələ bilməyiblər, hətta “orada baş verənlərin təsirindən sarsıntı yaşadıqlarını” deyiblər. Uşaqların davranışında müşahidə edilən “kəskin qorxu”, “psixoloji gərginlik” və “həyəcanlı danışıq tərzi” yayılan görüntülərlə paralel şəkildə narahatlıq doğurur.

Psixoloq Ülviyyə Murtuzova Musavat.com-a fikrini bölüşüb: “Qorxu elə bir hissdir ki, onu tamamilə bədənimizdən silib atmağı düşünsək də, reallıqda bu hissin insanda olması labüddür, onu tamamilə yox etmək düzgün deyil. Lakin qorxunun təzahür formaları fərqlidir. Çox vaxt elə bilirik ki, qorxu yalnız qışqırmaq, bağırmaq və ya aşkar vahimə və təlaşla yaşanır. Halbuki insanı daxildən gizlicə gəmirən, səssiz gələn qorxular da var ki, sonradan daha ciddi fəsadlara yol açır. Xüsusilə söhbət azyaşlılardan və yeniyetmələrdən gedirsə, onlar çox vaxt qorxu hissinin nədən və necə yarandığını tam dərk edə bilmirlər. Bu gün "adrenalin" və ya əyləncə adlandırdığımız bəzi qorxu məkanlarındakı gedişatı uşaqlar sadəcə bir oyun hesab edirlər. Onlar bu yaşda həmin təcrübələrin şüur və təfəkkürə vurduğu ağır zərbələrin fərqində deyillər. Böyüklərin bu cür yerlərdə deyib-gülməsini görən uşaqlar baş verənləri normal bir hal kimi qəbul edirlər.

Digər tərəfdən, elə bir təbəqə də var ki, onlar daxillərindəki utancaqlıq hissini büruzə verməmək, "mənə heç bir təsir etmədi" imici yaratmaq üçün özlərini sakit aparmağa çalışırlar. Lakin həmin yeniyetmənin o anda keçirdiyi daxili təlatüm və təşviş bəlkə də bizim təsəvvür etdiyimizdən qat-qat güclüdür. Onlar sadəcə bunu bəlli etmirlər. Evə qayıtdıqda özlərinə qapanır, valideynləri soruşduqda isə aciz görünməkdən və ya dostları arasında rişxənd hədəfinə çevrilməkdən qorxduqları üçün susmağa üstünlük verirlər. Bu cür gizli qalan qorxular illər keçdikdən sonra elə bir ciddi formada üzə çıxır ki, artıq elm və tibb də bunun fəsadlarını təsdiqləyir. Bu sarsıntılar gələcəkdə özünü müxtəlif formalarda göstərən və ya müstəqil bir xəstəlik olan təşviş pozuntusunun əsasını qoyur”.

Psixoloq vurğulayıb ki, xüsusilə şəxsiyyətin hələ tam formalaşmadığı dövrdə, yəni 13–14 yaşınadək uşaqların bu cür qorxu məkanlarına daxil olması qəti qadağan edilməlidir: “Əks halda, onlar qorxu hissini normal həyat tərzi və əyləncə ilə eyniləşdirəcək ki, bu da gələcəkdə böyük psixoloji problemlərin yaranmasına gətirib çıxaracaq. Buna görə də həmin əyləncə mərkəzlərinə giriş üçün ciddi yaş həddi müəyyən olunmalı, azyaşlıların valideyn icazəsi və müşayiəti olmadan bu məkanlara daxil edilməsi tamamilə qadağan edilməlidir. Kiminsə sadəcə qazanc məqsədilə belə yerlər açmasına icazə verilməməli, ciddi nəzarət mexanizmi qurulmalıdır. Unutmaq olmaz ki, insanların psixikasını və düşüncəsini zədələmək gələcəkdə bütöv bir cəmiyyətin mənəvi-psixoloji aşınmasına yol açmaqla bərabər, ciddi xəstəlikləri də yaranmasına səbəb ola bilər”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:129
embedMənbə:https://moderator.az
archiveBu xəbər 30 İyun 2026 08:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see413

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see300

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see296

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see289

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see281

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see271

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see270

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see258

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see253

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see237

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see230

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see223

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see204

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see194

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see193

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see188

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see180

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see180

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see168

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri