Icma.az
close
up
RU
TikTokla bağlı valideynlərə XƏBƏRDARLIQ

TikTokla bağlı valideynlərə XƏBƏRDARLIQ

Icma.az, Modern.az saytına istinadən bildirir.

“TikTok” sosial şəbəkəsində müxtəlif adlar altında əyləncə yarışları təşkil etməklə əxlaqsızlığı təbliğ edən şəxslərə qarşı polis əməkdaşları tərəfindən tədbirlər görülür. Vətəndaşların narazılığına səbəb olan bir sıra "TikTok" istifadəçiləri saxlanılıb.

Burada əsas səbəb əxlaqsız davranışların sərgilənməsi olub.

Modern.az-a danışan Mətbuat Şurasının üzvü Fərid Pərdəşünas bildirib ki, valideynlər övladları ilə mübarizə apara bilmirlər, onların üz tutduqları platforma məhz "TikTok" olur:

"Şəxsən düşünürəm ki, həmin məzmunlar arasında xuliqanlığı təbliğ edən detallar da olduğuna görə Daxili İşlər Nazirliyi məsələyə müdaxilə etməli olub. Son məlumatlara görə bu istiqamətdə bir neçə nəfər həbs olunub. Ümumiyyətlə, statistika göstərir ki, TikTok Azərbaycanda kifayət qədər populyardır. Sosial şəbəklər arasında "TikTok" istifadəçi sayına görə Azərbaycanda birinci yerdədir. Təəssüf ki, "TikTok" sosial şəbəkəsi nə qədər azyaşlı istifadəçinin olduğunu açıqlamır. Əsaslı ehtimallar deməyə imkan verir ki, azyaşlılar bu platfomada üstünlük təşkil edir. Ümumiyyətlə yetkinlik və sosial şəbəkədən istifadə yaşına çatmayan 13 yaşına qədər olan uşaqlar belə öz yaşlarını dəyişdirərək bu platformadan istifadə edirlər. Artıq valideynlər evdə övladları ilə mübarizə apara bilmirlər. Onların ilk üz tutduqları platforma məhz "TikTok"dur. Bu sosial şəbəkədə canlı yayımlar son zamanlar aktivləşib. Qeyri-etik, əxlaqı olmayan məzmunlar göstərilir,bəzən də narkotik vasitələrin təbliğatı aparılır. Məzmunlar son dövrlərdə daha da pisləşib. Bu, cəmiyyətdə rezonans doğurdu. Ümumiyyətlə son baş verənlər, yaradılan realiti şou-lar, burada yarışmaçıların bir-birilərinə atmacaları, atmacadan daha çox təhqirləri, qeyri-əxlaqi ifadələr cəmiyyətdə müzakirə mövzusuna çevrildi. Son olaraq, Daxili İşlər Naizrliyinin bu istiqamətdə müdaxiləsini gördük".

Fərid Pərdəşünas valideynlərin də üzərinə vəzifə düşüyünü deyib:

"Dünyada bir çox ölkələrdə "TikTok" sosial şəbəkəsinin bloklanması aktual məsələdir. Lakin bu, qeyri-əxlaqi məsələlərə görə yox, istifadəçilərin normal təhlükəsizliyi ilə əlaqədardır. Həmin ölkələr bu platformanı Çin hökuməti ilə bağlayırlar. Düşünürlər ki, Çin hökuməti dünya üzrə istifadəçilərin datalarını yığır. Azərbaycanda platformanın bloklanması məsələsi hələki müzakirə olunmur. Sadəcə olaraq, platfomrada olan cəmiyyətə mənfi təsir edə biləcək məzmunlar istehsal edən aktiv istifadəçilərə qarşı tədbirlər görülür. Düşünürəm ki, platfomraları bağlamaq çıxış yolu deyil. Cəmiyyəti maarifləndirib, formalaşdırmaq lazımdır ki, onlar normal məzmunlara daha çox önəm versinlər. Təbii ki, valideynlər uşaqlarına qarşı ehtiyyatlı olmalıdırlar. Bu kimi məzmunlarla yetkinlik və sosial şəbəkədən istifadə yaşına çatmamışlar qarşılaşmamalıdırlar. Burada həm valideynlərin, həm cəmiyyətin, həm də dövlətin üzərinə böyük yük düşür. Kompleks tədbirlər görülməlidir ki, bu məzmunların Azərbyacanda yayılmasının qarşısını alaq".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:187
embedMənbə:https://modern.az
archiveBu xəbər 25 Dekabr 2024 10:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1437

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see712

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see566

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see489

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see478

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see467

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see450

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see415

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see398

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see353

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see320

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see305

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see300

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see296

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see291

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see288

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see274

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see272

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see272

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see271
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri