Icma.az
close
up
RU
Bakıda rektorun qızını aldadıb qızıllarını aldılar

Bakıda rektorun qızını aldadıb qızıllarını aldılar

Icma.az bildirir, Pravda.az saytına əsaslanaraq.

Etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirməkdə ittiham olunan şəxs cinayət məsuliyyətinə cəlb edilib. Pravda.az Qafqazinfo-ya istinadən xəbər verir ki, 36 yaşlı Əliyev Mikayıl Mahir oğlu 3 nəfərə qarşı dələduzluqda ittiham olunur.

İstintaq materiallarında yazılanlara əsasən, Mikayıl Əliyevin əməlindən ən çox zərər çəkən Xəlilova Aygün Zöhrab qızıdır. Mikayılla uzun müddətdir tanış olan qadın onun kiməsə borclu olduğuna və ödəməyəcəyi halda həbs ediləcəyi ilə bağlı dediklərinə inanıb. A.Xəlilova sonradan qaytarmaq şərti ilə 57 min 600 manatlıq qızıl-zinət əşyalarını lombarda qoyub pul götürməsi üçün ona verib. Buraya 30 min manatlıq “Van Cleef & Arpels” markalı bir cüt sırğa və digər qızıllar daxildir.

Amma təqsirləndirilən şəxs qızıl-zinət əşyalarını geri qaytarmayıb. İş elə gətirib ki, əvvəl Mikayılın həbsə düşməməsi üçün ona borc verən Aygün sonradan onun həbsi üçün çalışıb.

Məsələ ilə bağlı təqsirləndirilən şəxsin vəkili Vüqar Kazımovla sayt əlaqə saxlayıb. Vəkilin münasibətindən belə aydın oldu ki, müvəkkili özünü heç bir epizod üzrə təqsirli bilmir. Onlar topladıqları dəlil və sübutları məhkəmə istintaqında ortaya qoyacaqlar. Müdafiəçi müvəkkilinə istinadən onu da qeyd edib ki, bu cinayət işinin başlanması üçün şikayət ərizəsini ilk olaraq zərərçəkmiş Aygünün rektor anası İradə Xəlilova yazıb.

Məlumat üçün bildirək ki, fəlsəfə doktoru olan İradə Xəlilova Xəzər Universitetinin rektorudur. O, Xəzər Rayon Polis İdarəsinin (RPİ) İstintaq Şöbəsində müstəntiqə ifadə verib. Rektor məhkəmə istintaqında dindiriləcək şahidlər siyahısına da daxil edilib.

İş üzrə digər zərərçəkənlər İlyasov Fariz Ramiz oğlu və Tağıyev Habil Əli Abas oğludur. Təqsirləndirilən şəxs onlara Gürcüstandan avtomobil gətirəcəyi ilə bağlı yalan vəd verib. Bu iş üzrə əsas zərərçəkən isə Aygündür. Digərlərinin itirdiyi pul cəmi 5 min manatdır.

Mikayıl Əliyevə külli miqdarda dələduzluq ittihamı elan edilərək barəsində həbs qətimkan tədbiri seçilib. Artıq iş üzrə ibtidai istintaq hərəkətləri də tamamlanıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:92
embedMənbə:https://pravda.az
archiveBu xəbər 04 Dekabr 2024 10:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Almaniyanın Moers şəhərində media nümayəndələri ilə Azərbaycanın təbliğinə dair görüş keçirilib

04 İyun 2025 19:12see257

Əbülfət Mədətoğlu: 21 günün ŞEİRİ

05 İyun 2025 10:48see148

Nail 12 kiloqram arıqlayıb

04 İyun 2025 21:30see115

Naringi yeyən qadın boğulub öldü

03 İyun 2025 17:36see114

Settar Kaya: Qərbi Azərbaycana qayıdış hüququna məhəl qoymamaq və ya onu təxirə salmaq olmaz

04 İyun 2025 11:22see112

Nadir xəstəlik səbəbindən daim ölü balıq qoxusu verir FOTO

04 İyun 2025 01:19see112

Çelsi qapıçılarını satır

04 İyun 2025 09:25see111

Trampın səbri tükəndi

03 İyun 2025 22:51see111

Fizika qanunlarına meydan oxuyan top: Şaquli divarda yuvarlanır, amma yerə düşmür

05 İyun 2025 03:20see111

Deyirlər, Kölndə yenə bomba tapılıb...şəhər boşaldılır?...

03 İyun 2025 21:05see110

Qlobal ticarət müharibəsi gerçəkləşir ANALİTİK

04 İyun 2025 15:52see110

Bakı Sumqayıt qatarlarından istifadə edənlərin DİQQƏTİNƏ! KONKRET

03 İyun 2025 16:58see110

“Hörümçək toru” təkrarlana bilər

03 İyun 2025 22:03see110

“Tor” əməliyyatı ABŞ a siqnaldır ki, müharibə onların ərazisində də ola bilər WSJ

04 İyun 2025 16:26see109

Yusif Cabbarov: Ukraynanın titan istehsalçısını güclü və rəqabətədavamlı edəcəyik

04 İyun 2025 16:32see109

Cənubi Koreyanın yeni prezidenti Li Jae Myonq vəzifəsinin icrasına başlayıb YENİLƏNİB

04 İyun 2025 04:15see109

Məşhur rusiyalı model narkotik maddələrin təbliğinə görə hakim qarşısına çıxacaq

05 İyun 2025 01:37see109

Berdıyev Azərbaycandan qaçdı Zənglərə cavab vermir

03 İyun 2025 21:58see109

Azərbaycanın Əməkdar jurnalisti vəfat etdi

04 İyun 2025 02:30see109

Paltardakı ləkələri və sarılığı aradan qaldıran ən ucuz vasitə hansıdır? 2 qaşıq əlavə edin

04 İyun 2025 09:37see108
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri