Icma.az
close
up
RU
Naftalanda “İnsan Hüquqları Aylığı” çərçivəsində maarifləndirmə tədbiri təşkil olunub

Naftalanda “İnsan Hüquqları Aylığı” çərçivəsində maarifləndirmə tədbiri təşkil olunub

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 5 iyun, AZƏRTA

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının və Naftalan Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Naftalanda “İnsan Hüquqları Aylığı” çərçivəsində “Konstitusiya və Suverenlik İli”nə həsr edilmiş maarifləndirmə tədbiri təşkil olunub.

Bu barədə AZƏRTAC-a Ombudsman Aparatından məlumat verilib.

Bildirilib ki, tədbirdə ombudsman Səbinə Əliyeva və Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov çıxış ediblər.

Ombudsman Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi altında ölkəmizdə kompleks hüquqi islahatların aparıldığını, 1998-ci il iyunun 18-də ilk “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı”nın təsdiq olunduğunu və insan hüquqlarının təmin olunmasının dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edildiyini bildirib.

Bu siyasəti uğurla davam və inkişaf etdirən Prezident İlham Əliyevin 2007-ci il iyunun 18-də imzaladığı Sərəncama əsasən həmin tarixinin Azərbaycan Respublikasında İnsan Hüquqları Günü kimi təsis olunduğunu, bu əlamətdar günlə əlaqədar Ombudsman tərəfindən hər il ənənəvi olaraq 18 may - 18 iyun tarixlərinin ölkəmizdə “İnsan Hüquqları Aylığı” elan edildiyini söyləyib.

Müvəkkil Aylıq çərçivəsində paytaxtda və ölkəmizin bütün regionlarında insan hüquqlarının müdafiəsi ilə bağlı aktual mövzuları əhatə edən maarifləndirici tədbirlərin təşkil olunduğunu, geniş hüquqi təbliğat işinin aparıldığını bildirib və bugünkü tədbirin məhz həmin məqsədlərə xidmət etdiyini diqqətə çatdırıb.

Daha sonra Ombudsman Aparatının nümayəndələri “İnsan hüquq və azadlıqlarının təşviqi, müdafiəsi və təmini vəziyyətinin monitorinqində Ombudsmanın rolu”, “Ombudsmanın informasiya əldə etmək hüququnun təmini sahəsində fəaliyyəti”, “Bərabərlik hüququnun təmini, təbliği və ayrı-seçkiliyin qarşısının alınması” mövzularında məruzələrlə çıxış edib, təqdimatlar nümayiş olunub.

Yekunda mövzular üzrə ətraflı fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://azertag.az
archiveBu xəbər 05 İyun 2025 16:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see487

Formula 1: Mövsümün qalibi müəyyənləşdi

07 Dekabr 2025 18:47see176

Tramp “Netflix” “Warner Bros.” anlaşmasına mane ola bilər

07 Dekabr 2025 16:43see152

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see143

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see142

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see136

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see135

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see133

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see130

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see130

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see130

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see130

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see129

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see129

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see129

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see128

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see128

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see127

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see127

Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”

07 Dekabr 2025 17:01see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri