Icma.az
close
up
RU
Bakıda restoranda dava: Kababçı ofisianta xəsarət yetirdi

Bakıda restoranda dava: Kababçı ofisianta xəsarət yetirdi

Demokrat.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakının Sabunçu rayonunda restoranda dava düşüb, kababçı ofisianta xəsarət yetirib. 
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə rayonun  Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsində fəaliyyət göstərən “Səma” restoranının qarşısında baş verib. 
Masallı rayon sakini, 1981-ci il təvəllüdlü Tural kababçı işlədiyi “Səma” restoranının qarşısında həmin restoranda ofisiant işləyən Rəsulun onu təhqir etməsi səbəbindən onunla mübahisə edib. 
Aralarında yaranmış şəxsi münasibətlərin pozulması zəminində mübahisə zamanı yumruq zərbələri ilə iki dəfə Rəsulun üz nahiyəsinə zərbələr vurub. 
Hadisəni törədən Turalın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
İş üzrə izahat verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, zərərçəkmiş Rəsul onu təhqir edib: “Mübahisə zamanı əsəbiləşərək zərərçəkmiş şəxsin üz nahiyəsindən iki dəfə yumruq zərbəsi ilə vurdum. Əməlimdən peşmanam, onunla barışmışam”.
İş üzrə zərərçəkmiş Rəsulun sözlərinə görə, “Səma” restoranında olarkən oranın sahibi Cümşüd uzun müddətdir tanıdığı və tanışlıq əlaqəsi olan kababçı işləyən Turalı işdən çıxarıb: “Bu səbəbdən Tural Cümşüd ilə mübahisə etməyə başladı. Həmin vaxt Turalı mübahisə etməsin deyə oradan uzaqlaşdırdım. Bir qədər sonra siqaret çəkmək üçün restoranın qarşısına çıxdım. Bu zaman Turalın da restoranın qarşısında olmasını gördüm və müdürlə niyə mübahisə etməsini bildirdim. Bundan sonra Tural yanıma yaxınlaşaraq qəsdən iki dəfə yumruq zərbəsi ilə üz nahiyəmdən vuraraq mənə xəsarət yetirdi. Sonra oradan uzaqlaşdı”. 
Bu cinayət işinə Sabunçu Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Turala 8 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.
Təqsirləndirilən şəxsin yaşadığı evi cəza çəkmə müddətində axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulub. 
Bundan başqa, onun bu müddət ərzində Bakı şəhəri ərazisini tərk etməsi qadağan edilib. Məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməsi tapşırılıb.
Təqsirləndirilən şəxsin üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulub. Hökmün icrasına nəzarət məhkumun yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilib.
Qeyd edək ki, Tural bundan əvvəldə məhkum olunub. O, Masallı Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) maddəsi ilə təqsirli bilinib və  2 il 10 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. 
Fariz Məlikli
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:173
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 25 Avqust 2025 15:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see780

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see521

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see310

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see286

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see281

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see264

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see254

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see243

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see239

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see239

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see231

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see228

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see225

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see222

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see211

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see202

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see199

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see197

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see187

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri