Bakıdakı Rus evində Azərbaycanın Xalq artistinin yaradıcılıq gecəsi keçirilib AZƏRTAC
Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakı, 9 dekabr, AZƏRTAC
Bakıdakı Rus evində Azərbaycanın Xalq artisti, Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin bədii rəhbəri və baş dirijoru Fəxrəddin Kərimovun “Mədəniyyətlərin qovşağında tale” adlı yaradıcılıq gecəsi keçirilib.
Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin (RİMM) mətbuat mərkəzindən AZƏRTAC-a bildirilib ki, tədbirdə F.Kərimovun yaradıcılıq taleyinə təsir edən mühüm hadisələrdən bəhs edilib.
Musiqiçinin dostları və həmkarları gecəni maestronun yaradıcılığına heyranlıqlarını ifadə etdikləri çıxışlarla tamamlayıblar. Yaradıcılıq gecəsinin baş qəhrəmanını və zaldakı tamaşaçıları musiqili sürprizlər gözləyirdi. Rus klassiklərinin ölməz şah əsərləri - “Muza” romansı və S.Rahmaninovun do minor şəkil etüdu Azərbaycanın Əməkdar artisti Fəridə Məmmədova, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) Baş müəllimi Yuliya Kərimova, həmçinin BMA-nın tələbəsi Xəlil Mütəllibovun ifasında səsləndirilib.
Görüşün sonunda dinləyiciləri maraqlandıran suallar verildi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 09 Dekabr 2024 22:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















