Bakıda Şaxta Baba və Qar Qız olmaq istəyən YOXDUR Qiymət AÇIQLANDI
Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Yeni ilin gəlişinə qısa müddət qalıb. Artıq ölkənin dörd bir yanında iaşə obyekləri, binalar Yeni il ab-havasına bürünüb.
Buna baxmayaraq, paytaxt Bakıda Yeni ilin simvolları hesab edilən Şaxta Baba və Qar Qız görünmür. Ümumiyyətlə son illərdə Şaxta Baba və Qar Qız kimi faəliyyət göstərmək istəyənlərin sayında azalıb.
Mövcud qaydalara görə, paytaxtda Şaxta Baba və Qar Qız kimi fəaliyyət göstərmək istəyən şəxslər Bakı Şəhər İcra Hakimiyyətinin strukturu olan Ticarət və Xidmət Departementinə müraciət etməlidir. Onlar Departamentdən müvafiq icazə alındıqdan sonra faəliyyət göstərə bilərlər.
Modern.az məsələ ilə bağlı sözügedən Departementlə əlaqə saxlayıb.
Qurumdan sorğuya cavab olaraq bildirilib ki, indiyədək Şaxta Baba və Qar Qız olaraq fəaliyyət göstərmək üçün müraciət edən olmayıb.
Qeyd edilib ki, lisenziya qiymətlərində dəyişiklik olmayıb, əvvəlki illərdə oldiğu kimi qiymət 60 manatdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 11 Dekabr 2024 17:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















