Bakıda sərxoş halda yola kreslo qoyub oturan şəxs həbs edildi
Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakının Nizami rayonunda yolun ortasına kreslo qoyaraq oturan şəxs həbs edilib.
Oxu.Az "Qaynarinfo"ya istinadən xəbər verir ki, 1988-ci il təvəllüdlü A.C. saxlanılaraq, barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə protokol tərtib olunub, iş baxılması üçün məhkəməyə göndərilib.
Məhkəmədə məlum olub ki, A.C. içkili halda yolun ortasına kreslo qoyaraq oturub. Polis onu ərazidən uzaqlaşdırsa da, təqsirləndirilən şəxs bu dəfə "Koroğlu" metrostansiyasının yaxınlığında yerləşən qəzet köşkündə satıcı işləyən xanıma sataşıb. O, qadına yaxınlaşaraq dostunun ondan xoşu gəldiyini, onunla münasibətə razılıq verməyi tələb edib. Bundan sonra zərərçəkmiş qadının yaxınları polisə şikayət ediblər.
Məhkəmənin qərarı ilə A.C. səkkiz gün müddətinə inzibati qaydada həbs edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 31 Mart 2025 16:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















