Bakıda sevgilisini evindən qovmaq istəyən qadın bıçaqlandı
Moderator.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bakıda qadın sərxoş vəziyyətdə olan sevgilisini evindən qovmaq istədiyi üçün bıçaqlanıb.
Moderator.az oxu.az-a istinadla xəbər verir ki, hadisə paytaxtın Suraxanı rayonu ərazisində baş verib. Cəlilabad rayon sakini, 1997-ci il təvəllüdlü Fərid Azadov (ad və soyad şərtidir) Bakıya işləmək üçün gəlib və bir xanımla tanış olub. Bir müddətdən sonra cütlük arasında münasibət yaranıb və onlar sevgili olublar. Cütlük qadının evində birlikdə yaşamağa qərar verib.
Bir neçə gün öncə Fərid spirtli içki qəbul edərək sərxoş vəziyyətdə evə gəlib. Qadın onun sərxoş olduğunu görüb və buna görə Fəridə irad bildirib. İrad Fəridin xoşuna gəlməyib və cütlük arasında mübahisə yaranıb. Mübahisə zamanı qadın Fəridi evindən qovmaq istəyib. Nəticədə Fərid mətbəxdən bıçağı götürərək qadını qolundan bıçaqlayıb. O, daha sonra sevgilisinə baş və bədənin müxtəlif nahiyələrindən yumruq və təpik zərbələri endirib.
Hadisə yerinə polis əməkdaşları gəliblər və F.Azadov saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb, iş məhkəməyə göndərilib.
Suraxanı Rayon Məhkəməsində keçirilən prosesdə cütlük barışıb və zərərçəkmişə dəymiş ziyan ödənilib. Məhkəmə barışığı nəzərə alaraq, cinayət işinə xitam verib.
Baxış sayı:78
Bu xəbər 11 Dekabr 2025 12:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















