Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

Bazar 60 faiz kiçilib...

Vətəndaşların evindəki kompüterlər niyə qeydiyyata alınır? Səbəblər bəlli oldu

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

Mərkəzi Gömrük Hospitalı müasir radiologiya texnologiyaları ilə dəqiq diaqnostika xidmətləri göstərir

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

Diş minasını bu üsulla bərpa etmək OLAR

Havanın çirklənməsi və digər ətraf mühit amilləri gözlərdə quruluq yarada bilər OFTOLMOLOQ

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

Bakıda “Stratcom Public Forum”u çərçivəsində panel müzakirə keçirilib FOTO

Bakıda “Stratcom Public Forum”u çərçivəsində panel müzakirə keçirilib FOTO

Apa.az saytına istinadən Icma.az xəbər verir.

Bakıda Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi və “Stratcom Public Forum”un təşkilatçılığı ilə "Daha Ədalətli Bir Dünya Mümkündür" adlı panel müzakirə keçirilib.

APA xəbər verir ki, Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun tədbirə ünvanlandığı videomüraciətdə BMT-nin fəaliyyətindəki problemlərdən danışıb.

O, BMT daxilində islahatları zəruri sayıb: “Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi olaraq biz 20 fərqli ölkədə “Stratcom Public Forum” çərçivəsində təşkil olunan tədbirləri dəstəkləyirik. BMT-nin fəaliyyətindəki problemlər dünyada sülhün bərqərar edilməsini mürəkkəbləşdirir. Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın yanaşması BMT daxilində islahatların aparılmasına dəstək verilməsi yönündədir. Ölkəmizin təşkilatçılığı ilə keçirilən tədbirlər ayrı-ayrı cəmiyyət nümayəndələri arasında dialoqu dəstəkləyir. Bugünkü tədbirin daha ədalətli dünya qurulması istiqamətindəki tədbirlərə təkan verəcəyinə inanırıq”.
Türkiyənin Azərbaycandakı səfirliyinin media müşaviri Alptekin Cihangir İşbilir beynəlxalq sistemin qlobal sülhü təmin etməkdə çətinliklərlə qarşılaşdığını vurğulayıb:
“Dünya sistemində islahatlara, dəyişikliklərə ehtiyac var. Bu məqsədlə tutarlı tədbirlərin görülməsi son dərəcə zəruridir. Dünya miqyasında sülhə və təhlükəsizliyə töhfə vermək üçün bir sıra qurumlar mövcuddur. Müharibələrin qarşısına sədd çəkmək elə sülhün təminatı mənasına gəlir. Ancaq biz qlobal qurumların bu qırğınları daha da alovlandırdığının şahidi olmaqdayıq”.

APA Media Group-un baş direktoru Vüsalə Mahirqızının sözlərinə görə, bu gün danışılan önəmli mövzu - daha ədalətli bir dünya üçün çalışmaq, əlbəttə ki, mediasız olmaz: “Amma bu peşənin təmsilçisi olaraq, təəssüflənərək, bu gün medianın dünyanın ədaləti üçün çalışdığını söyləməyə çətinlik çəkirəm”.

Vüsalə Mahirqızı qeyd edib ki, bəzi hallarda medianın işi dünyada ədalətin qurulmasından daha çox, müharibələrin alovlanmasına və informasiya manipulyasiyalarına yol açır: “Bir dəfə Qərb ölkələrinin səfirlərindən biri mənə Azərbaycan mediasının Rusiya-Ukrayna müharibəsi ilə bağlı ədalətli və obyektiv mövqe ortaya qoyduğunu, hər iki tərəfin mövqeyinə yer verdiyini, bunu diqqətlə izlədiklərini və təşəkkür etdiyini bildirdi. O zaman da bildirdim ki, medianın funksiyası budur, medianın işi münaqişə tərəflərindən birinin mövqeyini işıqlandırmaq, digərini isə ofsaydda saxlamaq deyil. Bu, yalnız münaqişə tərəfi olan ölkənin mediası üçün başa düşülən ola bilər”.

Vüsalə Mahirqızı qeyd edib ki, Rusiya-Ukrayna müharibəsi dünya mediasının, konkret olaraq beynəlxalq media anlayışı ilə işləyənlərin iflası oldu: “Bu mövqe eynilə sosial mediaya da aid edildi. Hətta sosial mediada əks mövqeni paylaşanlar ban edilirdi və proses indi də davam edir”.

Baş direktor xatırladıb ki, əgər burda medianın yanaşmasında söhbət işğalçıya münasibətdən gedirdisə, o zaman başqa örnəklərdə daha fərqli yanaşmalar müşahidə edilib: “Rusiya-Ukrayna müharibəsində işğalçı tərəf Rusiyadır. Bu, doğrudur. Ermənistan-Azərbaycan münaqişəsində də işğalçı tərəf Ermənistan idi. Amma biz burda nəyi müşahidə edirdik, yeri gəlmişkən, hələ də bu yanaşma davam edir. Ermənistana beynəlxalq media daha çox yer verir, faktları Ermənistanın xeyrinə daha çox saxtalaşdırır, nəinki Azərbaycanın haqlı mövqeyinə. Axı Ermənistan da işğalçıdır. Demək ki, yanaşma işğal, beynəlxalq hüququn pozulması deyil, bu mediaların birbaşa və ya dolayısı ilə bağlı olduqları ölkələrin maraqlarıdır”.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Dünya beşdən böyükdür” tezisini xatırladan Vüsalə Mahirqızı qeyd edib ki, bu elə beynəlxalq mediaya da aiddir: “Dünya güclərinin öz qüdrətlərini orduları, silah sənayeləri, iqtisadi inkişafları, təhsil sistemləri ilə yanaşı və günün reallığında daha çox media ilə göstərirlər. Bu gün ədalətli dünya üçün informasiya monopoliyasının da dağılmasına ehtiyac var. Dünya informasiya məkanı 5-6 beynəlxalq informasiya yayıcısının məlumatları ilə idarə olunmamalıdır. Dünya ölkələri bir-birindən informasiyanı yerli informasiya mənbələri vasitəsilə almalıdırlar. Məsələn, Azərbaycan və Türkiyə mediaları bu iki ölkədə olan məlumatları nəyə görə, üçüncü ölkənin informasiya agentliyi və ya televiziyası vasitəsilə almalıdır? Əlbəttə, bu məqamdan bizim çox ciddi diqqət etməli olduğumuz məsələ budur: üçüncü ölkənin informasiya vasitəsi həmin məlumatı nə qədər manipulyativ təqdim edəcək? Sual budur”.

Vüsalə Mahirqızı vurğulayıb ki, bu cür informasiya manipulyasiyalarının qarşısını almaq üçün Azərbaycan və Türkiyə prezidentlərinin idarəsi ilə qurulmuş Türkiyə - Azərbaycan Ortaq Media Platformasının fəaliyyəti çox vacibdir: “Bu platforma iki ölkənin cəmiyyətinin bir-birindən doğru xəbər alması, informasiya manipulyasiyalarına yol verilməməsi üçün çalışır. Fikrimcə, bu fəaliyyət daha da genişləndirilməlidir. Gələcəkdə iki ölkənin mediasının qarşılıqlı olaraq Türkiyə və Azərbaycan ekspertlərinə yer verməsi, daha əhatəli proqramlar və xəbərlər hazırlamasına, cəmiyyətlərimizin bir-birini daha dərindən tanıması üçün çalışmaları artırmasına ehtiyac var”.

Vüsalə Mahirqızı deyib ki, Türkiyə-Azərbaycan Ortaq Media Platformasının əhatə dairəsinin genişləndirilməsi, Türk dövlətlərinin ortaq media platformasının inkişafı da qarşıda dayanan məsələlərdəndir: “Biz dünyanın daha çox informasiya ilə idarə edildiyi çağda özümüzü və ulusumuzu informasiya manipulyasiyalarından qorumaq məcburiyyətindəyik. Sosial şəbəkələr, hər gün artan yazılımlar, süni zəkanın inkişafı hər nə qədər bunu çətinləşdirsə də, identifikliyi qorumağın yolu həm də informasiya təhlükəsizliyini təmin etməkdən keçir. Fikrimcə, eynilə içində olduğumuz coğrafiyanı nəzərə alaraq, gələcəkdə İslam ölkələri arasında da ortaq media platformasının inkişafına ehtiyac var. Bu platformalar bizim cəmiyyətlərimizə daha ədalətli, obyektiv və manipulyasiyadan kənar xəbər təqdim etməyimizə kömək edər”.
Türkiyə Maarif Vəqfinin Azərbaycan üzrə təmsilçisi Sərdar Gündoğan Türkiyə ilə Azərbaycan arasında təhsil sahəsindəki əlaqələrə toxunub:
“Ölkəmizdə təhsil alan 136 min əcnəbi tələbə təhsil almaqdadır ki, onların da 27 min nəfəri azərbaycanlıdır. Türkiyə Maarif Vəqfi olaraq təşkilatımızın 56 ölkədə rəsmi nümayəndəlikləri fəaliyyət göstərməkdədir. Vəqfimiz fəaliyyət göstərdiyi ölkələrdə 70 min nəfər gənci təqaüdlə təmin edir”.
Panellərdən sonra sual-cavab sessiyası olub.
Tədbirin sonunda tədbirin iştirakçılarına xatirə hədiyyələri təqdim olunub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:223
embedMənbə:https://apa.az
archiveBu xəbər 04 Mart 2025 14:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see776

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see315

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see312

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see281

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

06 Noyabr 2026 16:51see268

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

06 Noyabr 2026 14:01see266

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see263

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

06 Noyabr 2026 13:49see258

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

06 Noyabr 2026 17:48see256

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see253

Vətəndaşların evindəki kompüterlər niyə qeydiyyata alınır? Səbəblər bəlli oldu

06 Noyabr 2026 16:14see247

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

06 Noyabr 2026 13:44see244

Mərkəzi Gömrük Hospitalı müasir radiologiya texnologiyaları ilə dəqiq diaqnostika xidmətləri göstərir

06 Noyabr 2026 17:20see233

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see229

Diş minasını bu üsulla bərpa etmək OLAR

06 Noyabr 2026 17:32see224

Havanın çirklənməsi və digər ətraf mühit amilləri gözlərdə quruluq yarada bilər OFTOLMOLOQ

06 Noyabr 2026 14:09see212

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see211

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see209

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see204

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri