Icma.az
close
up
RU
Bakıda sumo turniri KEÇİRİLƏCƏK

Bakıda sumo turniri KEÇİRİLƏCƏK

Icma.az, Bizim media saytına istinadən bildirir.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Tokioya rəsmi səfəri çərçivəsində yaponiyalı həmkarı Toşimitsu Moteqi ilə görüşüb.
Bizim.Media xəbər verir ki, bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) "X"dəki rəsmi səhifəsində paylaşım edilib.
"Səfər iki ölkənin ikitərəfli münasibətləri dərinləşdirmək və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığı genişləndirmək niyyətini nümayiş etdirir", - məlumatda qeyd olunub.
Azərbaycan XİN-in görüşlə bağlı məlumatında bildirilib ki, Azərbaycan və Yaponiya arasında ikitərəfli münasibətlərin cari vəziyyəti və inkişaf perspektivləri, siyasi dialoqun genişləndirilməsi, iqtisadi, ticarət, investisiya, enerji, nəqliyyat, rəqəmsal transformasiya, innovasiya, təhsil, turizm, idman, iqlim dəyişmələri ilə mübarizə və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub.
 

Nazirlər 2027-ci ildə Azərbaycan Respublikası ilə Yaponiya arasında diplomatik münasibətlərin qurulmasının 35 illiyinin qeyd olunacağını vurğulayaraq, ötən dövr ərzində qarşılıqlı hörmət, etimad və dostluq prinsiplərinə əsaslanan əməkdaşlığın müxtəlif istiqamətlər üzrə uğurla inkişaf etdiyini məmnunluqla qeyd ediblər. Bu əlamətdar yubileyin ikitərəfli münasibətlərin daha da dərinləşdirilməsi üçün əlavə imkanlar yaratdığı bildirilib.


Görüşdə iqtisadi əməkdaşlığın genişləndirilməsi imkanları nəzərdən keçirilib. Azərbaycan-Yaponiya Birgə İqtisadi Komissiyasının fəaliyyəti və 2025-ci ilin sentyabr ayında keçirilmiş Komissiyanın 12-ci iclasının nəticələri yüksək qiymətləndirilib. Tərəflər Azərbaycan-Yaponiya İnvestisiya Sazişinin tezliklə yekunlaşdırılmasının vacibliyini vurğulayıblar.
Nazir Ceyhun Bayramov Yaponiya vətəndaşları üçün Azərbaycan tərəfindən tətbiq olunması nəzərdə tutulan vizasız rejim təşəbbüsü barədə məlumat verib. Nazirlər bunun insanlar arasında təmasların, turizm və işgüzar əlaqələrin inkişafına əlavə töhfə verəcəyini qeyd ediblər.
Nazir Ceyhun Bayramov Azərbaycanın beynəlxalq nəqliyyat və logistika qovşağı kimi artan rolundan bəhs edərək, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun regional və qlobal bağlantıların gücləndirilməsi baxımından əhəmiyyətini diqqətə çatdırıb. Silkway şirkətinin Yaponiya bazarında 10 ildən artıq fəal iştirakı məmnunluqla qeyd edilib.
 

Bununla yanaşı, ölkəmizin Xəzər hövzəsində mühüm infrastruktura, 9 beynəlxalq hava limanına, ticarət limanına və ən böyük ticarət donanmasına, Ələt Azad İqtisadi Zonasına malik olduğu və iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi üçün geniş imkanların olduğu bildirilib.


Tərəflər enerji təhlükəsizliyi sahəsində uzunmüddətli əməkdaşlığın əhəmiyyətini vurğulayaraq, Azərbaycanın qlobal enerji təhlükəsizliyinin təmin edilməsində oynadığı mühüm rolu qeyd ediblər. Azəri-Çıraq-Günəşli yatağı və Bakı-Tbilisi-Ceyhan boru kəməri çərçivəsində mövcud uğurlu əməkdaşlıq nümunələri yüksək qiymətləndirilib.
Tələbə mübadiləsi proqramları, ölkəmizdə iki universitetdə yapon dilinin tədrisinin, mədəni və humanitar tədbirlər və beynəlxalq inkişaf layihələrinin iki xalq arasında qarşılıqlı anlaşmanın və dostluğun möhkəmlənməsinə töhfə verdiyi diqqətə çatdırılıb.
Bununla yanaşı, idman sahəsində əməkdaşlıq, bu ilin oktyabr ayında Dünya Sumo Yarışının Bakıda keçirilməsi məmnunluqla qeyd edilib.
 

Görüş zamanı, nazir Ceyhun Bayramov qarşı tərəfə postmünaqişə dövründə regionda mövcud vəziyyət, işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işləri, eləcə də Azərbaycan-Ermənistan normallaşma prosesi barədə ətraflı məlumat verib.


Tərəflər həmçinin Yaxın Şərqdə və Ukraynada vəziyyət də daxil olmaqla regional və beynəlxalq təhlükəsizlik məsələləri, çoxtərəfli əməkdaşlıq, iqlim fəaliyyəti, davamlı inkişaf və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyət məsələləri ətrafında fikir mübadiləsi aparıblar.
BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə, o cümlədən dövlətlərin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə hörmətin vacibliyi vurğulanıb.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər müzakirə olunub.
Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:190
embedMənbə:https://bizim.media
archiveBu xəbər 10 İyun 2026 16:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see292

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see275

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see267

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see259

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see258

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see254

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see249

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see249

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see239

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see231

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see225

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see223

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see217

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see212

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see209

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see208

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see206

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see191

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see191

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri