Bakıda sürücü avtobusu qapısı açıq sürdü? VİDEO
Moderator.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Sərnişinlə dolu avtobus qapısı açıq şəkildə hərəkət edir.
Moderator.az xəbər verir ki, görüntüləri vətəndaşlardan biri çəkərək "Xəzər TV"nin vatsap qaynar xəttinə göndərib.
İddialara görə, Binəqədi qəsəbəsindən "Azadlıq" metrostansiyası istiqamətində hərəkət edən 100 nömrəli müntəzəm marşrut avtobusu qapıları açıq və sərnişinlərlə dolu halda hərəkət edib.
Şikayətçi bunu iddia etsə də, sərnişinlərin bəziləri bu halla rastlaşmadıqlarını deyirlər.
Məsələ ilə bağlı daşıyıcı şirkətlə əlaqə saxladıq. Bildirildi ki, məsələdən məlumatlıdırlar. Sərnişinlərə xidmət zamanı avtobusun qapısında texniki nasazlıq yaranıb. Bir müddət sonra sürücü bu barədə qaraja məlumat verib və dərhal avtobus xətdən kənarlaşdırılıb. O da bildirildi ki, mütəmadi olaraq daşayıcı şirkət sürücülərə avtobusları qapısı açıq idarə etməməklə bağlı göstəriş verir. Bu qaydalara əməl etməyən sürücülər barəsində qanunamüvafiq addımlar atılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 29 Avqust 2026 12:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















