Bakıda sürücülərin yolunu zibil qutuları ilə kəsdilər FOTO
Icma.az, Bakupost portalına istinadən məlumat yayır.
Bakının "İnşaatçılar" metrostansiyası yaxınlığında təhlükəli vəziyyət yaranıb.
Bakupost.az xəbər verir ki, söhbət zibil qutularının birbaşa avtomobil yolunun hərəkət hissəsinə yaxın düzülməsindən gedir.
Ərazidə yaşayan sakinlər redaksiyamıza bildirir ki, bu addım həm sürücülər, həm də piyadalar üçün risk yaradır. Onların sözlərinə görə, insanlar zibil atmaq üçün məcbur olub yolun hərəkət hissəsinə çıxırlar. Bu isə hərəkətin intensiv olduğu ərazidə qəza ehtimalını artırır. Digər tərəfdən, yol kənarında yerləşdirilən qutular sürücülərin də diqqətini yayındırır.
Mövzu ilə bağlı nəqliyyat eksperti Eldəniz Cəfərov Bakupost.az -a bildirib ki, Şəhərsalma və tikinti qaydalarına əsasən, zibil qutuları avtomobil yolunun hərəkət hissəsində yerləşdirilə bilməz:
“Kommunal xidmətlər adətən bu qutular üçün xüsusi yerlər müəyyən edir. Ona görə də bu vəziyyətin necə yarandığı araşdırılmalıdır. Ehtimal ki, ərazidə aparılan tikinti və ya hansısa yer dəyişiklikləri nəticəsində zibil qutuları öz əvvəlki yerlərindən çıxarılıb və nəzarətsiz şəkildə yol kənarına qoyulub”.
Ekspertin sözlərinə görə, zibil qutularının bu formada yerləşdirilməsi nəqliyyatın hərəkətinə mane olmaqla yanaşı, xüsusilə küləkli hava şəraitində əlavə təhlükə yaradır:
“Belə hallarda qutuların aşma və ya yolun üzərinə çıxma ehtimalı artır. Bu isə qəza riskini daha da yüksəldir. Məsələ ciddi şəkildə araşdırılmalı və zibil qutuları əvvəlki, təhlükəsiz yerlərinə qaytarılmalıdır”.



Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 01 İyul 2026 15:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















