Öz rahatlıqlarını düşünüb digər sürücülərin yolunu kəsdilər VİDEO
Avtosfer saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bakıda dayanma-durma qaydasını pozan sürücülər yolda sıxlığa səbəb olublar. Avtosfer.az xəbər verir ki, hadisə oktyabrın 22-də, paytaxtın Həsən Əliyev küçəsində baş verib.
Belə ki, 99-LZ-212 qeydiyyat nişanlı "Mercedes" markalı, 10-LY-775 qeydiyyat nişanlı "Toyota Prius" markalı, 99-CL-074 qeydiyyat nişanlı "BYD" markalı və 90-ZA-223 qeydiyyat nişanlı "Mazda" markalı avtomobilin sürücüsü ikinci cərgədə dayanaraq sağ zolağı zəbt ediblər. Arxadan gələn sürücülər həmin avtomobillərə görə, sol zolağa keçməyə məcbur qalıblar. Bu zaman yolda sıxlıq yaranıb.
Paytaxtda yaranan tıxacların səbəbindən biri də sürücü məsuliyyətsizliyidir. Hər bir avtomobilin qayda pozuntusu yolda sıxlığın yaranmasına səbəb olur. Ona görə də sürücülər diqqətli olmalı və ən xırda səhvlərə belə yol verməməlidir.
Qeyd edək ki, bu qayda pozuntusuna görə, İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsilə 2 bal 80 manat məbləğində cərimə nəzərdə tutulub.
Fərid
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 20 Noyabr 2024 11:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















