Bakıda tanınmış şirkət ləğv olundu
Icma.az bildirir, Metbuat saytına əsaslanaraq.
Ləğv prosesində olan Azərbaycan Dövlət Tərcümə Mərkəzinin (ADTM) törəmə şirkəti "ADTM Tərcümə Agentliyi" MMC ləğv olunduğunu elan edib.
Metbuat.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetinə istinadən xəbər verir.
Məlumata görə, kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nərimanov rayonu, Şahin Mustafayev küçəsi, ev 27/121A ünvanına bildirə bilərlər.
Xatırladaq ki, "ADTM Tərcümə Agentliyi" 2020-ci ildə 200 manat nizamnamə kapitalı ilə yaradılıb, təsisçisi ilə eyni hüquqi ünvanda qeydiyyatdan keçib. Onun qanuni təmsilçisi Rüstəm Rövşən oğlu Məmmədovdur.
ADTM Prezident İlham Əliyevin ötən il noyabrın 21-də imzaladığı sərəncamla ləğv olunub.
Baxış sayı:101
Bu xəbər 17 Mart 2025 10:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















