Tanınmış şirkət ləğv olundu
Icma.az bildirir, Metbuat portalına istinadən.
Azərbaycanın süd məhsulları istehsalçısı "Milk Pro" MMC ləğv olunduğunu elan edib.
Metbuat.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsan yolu, ev 29, 6-cı km ünvanına bildirə bilərlər.
Xatırladaq ki, "Milk-Pro" 2004-cü ildə yaradılıb. 2023-cü ilə qədər İqtisadiyyat Nazirliyinə məxsus “Azərbaycan İnvestisiya Şirkəti” ASC şirkətdə 20 % paya malik olub. Kommersiya qurumu dəfələrlə vergi hesabatını və yaxu donu əvəz edən arayışı vaxtında təqdim etmədiyi üçün ona qarşı maliyyə sanksiyası tətbiq edilib.

Bakıda tanınmış şirkət ləğv olundu
17 Mart 2025 10:07
Tanınmış şirkət batareya istehsalını dayandırır FOTO
01 Sentyabr 2025 19:41
Bu şirkət LƏĞV OLUNDU
04 Dekabr 2024 12:14
Bu şirkət ləğv olundu
08 Mart 2025 12:35
Dövlət Agentliyi iki tanınmış şirkət barəsində iş qaldırıb
30 İyul 2025 15:38

