Icma.az
close
up
RU
Bakıda tarixi görüş: Bakı Aşqabad yaxınlaşması yeni reallıqların diktəsi

Bakıda tarixi görüş: Bakı Aşqabad yaxınlaşması yeni reallıqların diktəsi

Olke.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Dünyada və regionda sürətlə dəyişən geosiyasi proseslər dövlətləri yeni əməkdaşlıq formatları axtarmağa vadar edir. Qlobal güc mərkəzləri arasında rəqabətin dərinləşdiyi, enerji və nəqliyyat marşrutlarının yenidən formalaşdığı, yeni iqtisadi blokların meydana çıxdığı bir dövrdə Azərbaycan və Türkmənistan arasında münasibətlərin daha yüksək səviyyəyə qaldırılması artıq sadəcə ikitərəfli maraq deyil, həm də regional zərurətə çevrilib”.

Bunu Ölkə.az-a açılamasında  Milli Məclisin deputatı Tahir Mirkişili deyib.

Deputat bildirib ki,  bu baxımdan Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədovun Bakıya səfəri Azərbaycan-Türkmənistan münasibətlərinin inkişafında növbəti mühüm mərhələ kimi qiymətləndirilə bilər: “Səfər təkcə ikitərəfli münasibətlərin genişləndirilməsi baxımından deyil, həm də Mərkəzi Asiya–Cənubi Qafqaz–Avropa xəttində formalaşan yeni geosiyasi və geoiqtisadi reallıqlar kontekstində xüsusi əhəmiyyət daşıyır.

Bu gün Azərbaycan Xəzər hövzəsinin əsas nəqliyyat, logistika və enerji mərkəzinə çevrilib. Türkmənistan isə Mərkəzi Asiyanın ən böyük enerji ehtiyatlarına malik dövlətlərindən biridir. Hər iki ölkənin potensialının birləşdirilməsi Orta Dəhlizin güclənməsinə, Türk Dövlətləri Təşkilatı çərçivəsində inteqrasiyanın dərinləşməsinə və Avrasiya məkanında yeni iqtisadi əməkdaşlıq modelinin formalaşmasına xidmət edir.

Səfər çərçivəsində imzalanan sənədlər sənədlər nəqliyyat, logistika, gömrük, ticarət, energetika, kənd təsərrüfatı, rəqəmsal inkişaf, humanitar və mədəni əməkdaşlıq sahələrini əhatə etməklə iki ölkə arasında strateji tərəfdaşlığın daha da möhkəmlənməsinə imkan yaradacaq. 

Əslində, Bakıda keçirilən görüşlər təkcə Azərbaycan və Türkmənistan arasında münasibətlərin müzakirəsi deyil. Bu görüşlər Xəzər regionunun gələcək iqtisadi xəritəsinin müəyyənləşdirilməsi, Orta Dəhlizin yükdaşıma imkanlarının artırılması, Transxəzər əməkdaşlığının genişləndirilməsi və Türk dünyasının iqtisadi inteqrasiyasının sürətləndirilməsi baxımından da mühüm əhəmiyyət kəsb edir”, - o vurğulayıb.

O əlavə edib ki, Azərbaycanın son illərdə həyata keçirdiyi uğurlu xarici siyasət nəticəsində Bakı Mərkəzi Asiya ölkələrinin Avropaya açılan əsas qapısına çevrilib: “Bu səbəbdən Serdar Berdiməhəmmədovun Bakı səfəri təkcə dost və qardaş ölkəyə edilən rəsmi səfər deyil, həm də Azərbaycanın artan geosiyasi çəkisinin və regional liderliyinin növbəti təsdiqi kimi qiymətləndirilə bilər.

Bu səfər göstərir ki, Xəzərin hər iki sahilində yerləşən qardaş ölkələr artıq münasibətlərini ənənəvi dostluq müstəvisindən çıxararaq yeni geostrateji əməkdaşlıq mərhələsinə daşıyırlar. Yeni reallıqlar fonunda Bakı-Aşqabad xətti Avrasiyanın ən perspektivli əməkdaşlıq platformalarından birinə çevrilmək potensialına malikdir.

Orta Dəhlizin yüksəlişi Bakı və Aşqabadı yaxınlaşdırır
Bu gün Avropa ilə Asiyanı birləşdirən ən perspektivli nəqliyyat arteriyası hesab olunan Orta Dəhlizin uğuru böyük ölçüdə Azərbaycan və Türkmənistanın əməkdaşlığından asılıdır. Xəzərin iki sahilində yerləşən bu dövlətlər Şərq-Qərb marşrutunun əsas halqaları hesab olunur.
Azərbaycanın son illər ərzində yaratdığı müasir nəqliyyat infrastrukturu – Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı–Tbilisi–Qars dəmir yolu, yeni magistral yollar və logistika mərkəzləri ölkəni Avrasiyanın mühüm tranzit qovşağına çevirib. Türkmənistan isə Mərkəzi Asiyanın enerji və nəqliyyat potensialına malik əsas ölkələrindən biridir.

Bu baxımdan Rumıniya, Gürcüstan, Azərbaycan və Türkmənistan arasında imzalanan "Qara dəniz–Xəzər dənizi" beynəlxalq nəqliyyat marşrutu haqqında saziş xüsusi əhəmiyyət daşıyır. Yeni marşrut Mərkəzi Asiyadan Avropaya yüklərin daha sürətli və təhlükəsiz çatdırılmasını təmin etməklə yanaşı, region ölkələrinin iqtisadi inteqrasiyasını da gücləndirəcək.
Eyni zamanda Bakı–Tbilisi–Qars dəmir yolu Türkmənistan da daxil olmaqla bütün Mərkəzi Asiya ölkələrinin Avropa bazarlarına çıxışını asanlaşdırır. Bu marşrutun geniş imkanları Türkmənistan üçün alternativ ixrac və tranzit kanalları yaradır.

Enerji əməkdaşlığında yeni mərhələ
Azərbaycan və Türkmənistan arasında münasibətlərin inkişafında enerji amili xüsusi yer tutur. Xəzər dənizində yerləşən "Dostluq" yatağı üzrə əldə olunan razılaşma iki ölkə arasında uzun illər davam edən fikir ayrılıqlarının aradan qaldırılmasının və qarşılıqlı etimadın möhkəmlənməsinin göstəricisi oldu.

Avropanın enerji təhlükəsizliyi məsələsinin aktuallaşdığı bir dövrdə Türkmənistanın zəngin qaz ehtiyatlarının dünya bazarlarına çıxarılması məsələsi yenidən gündəmə gəlir. Bu prosesdə Azərbaycanın enerji infrastrukturu və tranzit imkanları Aşqabad üçün mühüm əhəmiyyət kəsb edir.

Bakı artıq təkcə enerji istehsalçısı deyil, həm də enerji tranziti və enerji diplomatiyasının aparıcı mərkəzlərindən birinə çevrilib. Bu amil Türkmənistanın Azərbaycanla strateji əməkdaşlığını daha da vacib edir.

Ticarət əlaqələri potensiala uyğun deyil
Bütün müsbət siyasi dinamika fonunda iqtisadi göstəricilər hələ də mövcud potensialdan xeyli geri qalır.
Azərbaycan Dövlət Statistika Komitəsinin 2026-cı ilin ilk dörd ayına dair məlumatlarına görə, Azərbaycanın Türkmənistana ixracı cəmi 16,9 milyon dollar, idxalı isə 12,63 milyon dollar təşkil edib. İxracın əsas hissəsini şəkər, armatur, sürtkü yağları və ərzaq məhsulları təşkil edir. Türkmənistandan idxal isə əsasən təyyarə yanacağı, gübrələr və kimya məhsulları üzərində qurulub.

Bu rəqəmlər göstərir ki, ortaq tarixə, mədəniyyətə və strateji maraqlara malik iki qardaş ölkə arasındakı ticarət dövriyyəsi real imkanları əks etdirmir. Halbuki nəqliyyat-logistika, energetika, kənd təsərrüfatı, sənaye kooperasiyası, rəqəmsal iqtisadiyyat və investisiya sahələrində əməkdaşlıq dəfələrlə artırıla bilər. Əminəm ki, səfər  qarşılıqlı iqtisadi-ticari əlaqələrə də öz töhfəsəni verəcək.

Türk dünyasının inteqrasiyasında Bakı-Aşqabad xətti
Azərbaycan və Türkmənistan arasındakı əməkdaşlığın əhəmiyyəti yalnız ikitərəfli münasibətlərlə məhdudlaşmır. Bu əməkdaşlıq Türk Dövlətləri Təşkilatı çərçivəsində inteqrasiyanın dərinləşməsinə, vahid iqtisadi və nəqliyyat məkanının formalaşmasına da mühüm töhfə verir.

Türk dünyasının Xəzərin hər iki sahilində yerləşən əsas dövlətləri arasında əlaqələrin güclənməsi Orta Dəhlizin rəqabət qabiliyyətini artırır, Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında inteqrasiyanı sürətləndirir və bütövlükdə Avrasiya məkanında yeni əməkdaşlıq platformasının formalaşmasına xidmət edir.

Bu gün Bakı artıq yalnız regional paytaxt deyil. Azərbaycan Prezidentinin həyata keçirdiyi çoxşaxəli xarici siyasət nəticəsində ölkə Avrasiyanın əsas geosiyasi mərkəzlərindən birinə çevrilib. Qlobal enerji təhlükəsizliyindən tutmuş beynəlxalq nəqliyyat marşrutlarına qədər bir çox strateji layihələr Bakının iştirakı olmadan reallaşa bilmir.

Yeni reallıqlar Bakının geosiyasi çəkisini artırır
Mövcud geosiyasi proseslər göstərir ki, Azərbaycan-Türkmənistan əməkdaşlığı yaxın illərdə daha da dərinləşəcək. Çünki bunun arxasında təkcə tarixi və mədəni yaxınlıq deyil, həm də ciddi geoiqtisadi və geosiyasi maraqlar dayanır.

Bu gün Bakı Avropa ilə Asiyanı, Şimal ilə Cənubu birləşdirən əsas körpü rolunu oynayır. Türkmənistan isə Mərkəzi Asiyanın enerji və tranzit potensialına malik mühüm dövlətidir. Bu iki ölkənin imkanlarının birləşməsi təkcə onların milli maraqlarına deyil, həm də geniş Avrasiya məkanında sabitlik, iqtisadi inkişaf və inteqrasiyanın güclənməsinə xidmət edəcək.
Yeni geosiyasi reallıqlar fonunda Azərbaycan-Türkmənistan strateji tərəfdaşlığının güclənməsi Bakının regional liderliyini və geosiyasi çəkisini daha da artıran əsas amillərdən biri kimi çıxış edir. Azərbaycan artıq hadisələrin izləyicisi deyil, regionun siyasi və iqtisadi gündəmini müəyyənləşdirən başlıca mərkəzlərdən birinə çevrilib. Bu reallıq isə Aşqabad üçün Bakı ilə əməkdaşlığın strateji əhəmiyyətini daha da yüksəldir”.

 Mürtəza

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:138
embedMənbə:https://olke.az
archiveBu xəbər 22 İyun 2026 16:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri