Icma.az
close
up
RU
Bakı Aşqabad əlaqələrində yeni mərhələ...

Bakı Aşqabad əlaqələrində yeni mərhələ...

Icma.az, Yeniazerbaycan saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

TDT çərçivəsində və ikitərəfli səviyyədə tərəfdaşlığın gücləndirilməsi həm bölgənin, həm də ölkəmizin inkişafına xüsusi dividendlər qazandırır

Azərbaycanın xarici siyasət prioritetləri sırasında türkdilli dövlətlər xüsusi yer tutur. Bu ölkələrlə əlaqələrin gücləndirilməsi, hətta müttəfiqlik səviyyəsinə çatdırılması ölkəmizin ən mühüm xarici siyasət hədəflərindən sayılır. Bu gün Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstanla yaxın qardaşlıq münasibətlərinin gücləndirilməsi, iqtisadi-siyasi əlaqələrin genişləndirilməsi, Türk Dövlətləri Təşkilatı çərçivəsində və ikitərəfli səviyyədə tərəfdaşlığın gücləndirilməsi həm bölgənin, həm də ölkəmizin inkişafına xüsusi dividendlər qazandırır.

Azərbaycan dəniz qonşusu olan Türkmənistan ilə də əlaqələrinin güclənməsinə hər zaman maraq göstərib. Bu mənada, qarşılıqlı səfərlər, atılan addımlar və imzalanan sənədlər əlaqələrin yeni mərhələyə qədəm qoymasını şərtləndirib.

Uğurlu əməkdaşlıq...

Qeyd edək ki, iyulun 16-da Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun ölkəmizə səfəri bu əlaqələrin daha da güclənməsinə təkan verəcək. Prezident İlham Əliyev Qurbanqulu Berdiməhəmmədovla görüşdə bildirib ki, bu səfər Türkmənistan-Azərbaycan qardaşlıq əlaqələrinin inkişafına öz töhfəsini verəcək. Xalqlarımızı dərin qardaşlıq ənənələri birləşdirir və müstəqillik dövründə bu əlaqələr daha da gücləndi: “Biz bir çox sahələrdə uğurla əməkdaşlıq edirik və iki ölkə müstəqil siyasət apararaq gələcəyə inamla baxır. Bizim aramızdakı tarixi əlaqələr bugünkü əlaqələr üçün əsas zəmindir və əminəm ki, Sizin səfəriniz bizim münasibətlərimizə yeni təkan verəcək. Siyasi, iqtisadi, humanitar və digər sahələrdə, o cümlədən nəqliyyat, energetika sahələrində bir çox nailiyyətlərimiz var və əlbəttə ki, gələcək əməkdaşlıqla bağlı bu gün fikir mübadiləsi aparacağıq”.

Qeyd edildiyi kimi, iki ölkə arasında tarixi əlaqələr mövcuddur. Eyni kökə malik, tarixin bir sıra məqamlarında hətta eyni dövlətə malik Azərbaycan və Türkmənistan sovet dönəmində də bu münasibətlərin inkişaf etməsinə çalışıblar. Əsasən kənd təsərrüfatı ölkəsi kimi tanınan Türkmənistan sonradan qaz ixracatçısı kimi də şöhrət tapdı. Həmin dövrlərdə Azərbaycan və Türkmənistan SSRİ-nin əsas karbohidrogen ehtiyatlarına malik respublikaları kimi tanınırdılar.

Qarşılıqlı səfərlər əlaqələrin inkişafına müsbət tendensiya qazandırıb

Müstəqillik dövründə isə bu iki ölkə arasında 1992-ci ildə əsası qoyulan əlaqələr 1999-cu il iyunun 8-də Türkmənistanın Azərbaycanda səfirliyinin fəaliyyətə başlaması ilə davam etdi. Sonradan, 2001-ci il iyunun 4-də Türkmənistan tərəfi maliyyə problemlərini əsas gətirərək Azərbaycandakı səfirliyinin fəaliyyətinə müvəqqəti xitam versə də, 2008-ci ildə səfirlik yenidən fəaliyyətini davam etdirdi. 2002-ci ilin avqustundan isə Azərbaycanın Aşqabadda səfirliyi fəaliyyətə başlayıb. Nəzərə almaq lazımdır ki, Saparmurat Niyazovun hakimiyyəti dövründə iki ölkə arasında münasibətlər müəyyən qədər mürəkkəb olub. 2008-ci il mayında Türkmənistanın prezidenti Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana rəsmi səfəri bu canlamanın əsas təkanvericisi rolunu oynadı. 2017-ci ildə edilən ikinci səfər isə əlaqələrin güclənməsində yeni bir mərhələ başlatdı. İki ölkənin fərqli strukturları arasında imzalanan sazişlər əlaqələrin inkişafında xüsusi rol oynadı. Bəli, ölkə başçılarının qarşılıqlı səfərələri ölkələr arasında münasibətlərin keyfiyyətcə yeni mərhələsinin başlanğıcı oldu. Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyevin 28-29 noyabr 2008-ci il, 21-22 noyabr 2018-ci il, 10 oktyabr 2019-cu il tarixlərində Türkmənistana səfərləri baş tutub. Eləcə də, Prezidenti İlham Əliyev 28 noyabr 2021-ci ildə keçirilmiş İqtisadi Əməkdaşlıq Təşkilatının 15-ci Sammitində, 29 iyun 2022-ci ildə Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Toplantısında və 14 dekabr 2022-ci ildə Azərbaycan Respublikası, Türkiyə Respublikası və Türkmənistan Dövlət Başçılarının Birinci Üçtərəfli Zirvə Görüşündə iştirak etmək məqsədilə Türkmənistana işgüzar səfər edib.

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov 19-20 may 2008-ci il, 18 noyabr 2010-cu il, 12 iyun 2015-ci il, 8-9 avqust 2017-ci il, 25 oktyabr 2019-cu il, 11 mart 2020-ci il tarixlərində ölkəmizdə səfərdə olub. Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədov isə 2 mart 2023-cü ildə Bakıda keçirilmiş Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşündə iştirak etmək məqsədilə Azərbaycan Respublikasına işgüzar səfərə gəlib.

Enerji dialoqu: “Dostluq” yatağı yüksək tərəfdaşlıq nümunəsi kimi...

Hər iki ölkə iqtisadi əməkdaşlıq, qarşılıqlı siyasi əlaqələr məsələlərini, energetika kompleksi, nəqliyyat kompleksi ilə bağlı məsələlərin müzakirəsi nəticəsində demək olar ki, bütün sualları cavablandırıb. Bu müsbət əlaqələr bu gün də davam etdirilir. İki ölkə arasında əlaqələrin inkişafında ən mühüm addımlardan biri də 21 yanvar 2021-ci il tarixində Aşqabad şəhərində “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu”nun imzalanması oldu. Bununla bağlı Prezident İlham Əliyevlə Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov arasında videokonfrans formatında görüş keçirildi. Görüşdə Azərbaycanla Türkmənistan arasındakı siyasi dialoqun bugünkü yüksək səviyyəsindən, hər iki ölkənin beynəlxalq səviyyədə bir-birinə qarşılıqlı dəstək göstərməsindən məmnunluq ifadə olundu. Bildirildi ki, siyasi dialoqun yüksək səviyyəsinə adekvat olaraq hər iki dövlət öz imkanlarını təqdim edərək birgə səylərlə regional əməkdaşlığın möhkəmlənməsinə, Avrasiyanın nəqliyyat və enerji xəritəsinin yenidən formalaşmasına sanballı töhfələr verir.

Xatırladaq ki, keçmiş SSRİ dövründə bu yataq Azərbaycanla Türkmənistanın dənizdəki sərhədinin tən ortasında yerləşdiyi üçün “Promejutoçnoe”, yəni “Aralıq” adlandırılıb. “Dostluq” yatağı bizim neftçilər tərəfindən kəşf olunsa da, Azərbaycanla Türkmənistanın dənizdəki sərhədində yerləşdiyinə görə, uzun illər onun işlənməsi mümkün olmamışdı və məsələ ilə bağlı ardıcıl danışıqlar aparılmışdı.

Qardaşlığa əsaslanan əlaqələr...

Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov budəfəki səfəri ilə bağlı bildirib ki, səfərin əsas məqsədi ikitərəfli münasibətləri daha da dərinləşdirmək və inkişaf etdirmək, əldə olunan nailiyyətləri möhkəmləndirmək, yeni layihələrin və istiqamətlərin həyata keçirilməsinə əlavə stimul verməkdir. O bildirib: “Türkmənistan-Azərbaycan dövlətlərarası əlaqələrinin bugünkü səviyyəsini xarakterizə edərkən onları üç sözlə ifadə edərdim: qardaşlıq, mehriban qonşuluq və əməkdaşlıq”.

Həqiqətən də müstəqil Azərbaycanla müstəqil Türkmənistanı yaxınlaşdıran yalnız geosiyasi maraqlar, bugünkü reallıqlar və ortaq coğrafiya deyildir. İki ölkəni bir-birinə yaxın edən amillər tarixin dərin qatlarına bağlıdır. Həm Azərbaycan xalqı, həm də türkmən xalqı ortaq tarixi, mədəniyyəti, milli-mənəvi dəyərləri bölüşürlər. Təsadüfi deyil ki, Türkmənistanla Azərbaycanın münasibətlərinə iki ölkə arasında mədəni-humanitar sahədə əməkdaşlıq xüsusi bir rəng qatır. Mütəmadi olaraq iki ölkənin yazıçılarının, şairlərinin, mədəniyyət xadimlərinin görüşləri keçirilir. Eləcə də Türkmənistanda Azərbaycan mədəniyyəti geniş şəkildə təbliğ olunur. Bu ölkənin xalqı milli musiqimizi, mahnılarımızı çox sevir və el şənliklərində səsləndirirlər. Qardaş ölkədə “Görkəmli adamların həyatı” seriyasından nəfis tərtibatla hazırlanmış “Heydər Əliyev” kitabı işıq üzü görüb və böyük oxucu auditoriyası qazanıb.

Öz növbəsində Azərbaycanda da zəngin türkmən mədəniyyətinə böyük maraq var. Bakıda Türkmənistan şairi Məhtumqulu Fraqinin yaradıcılığına həsr olunan konfranslar keçirilib. Türkmən müəlliflərinin əsərlərinin, o cümlədən Məhtumqulu Fraqinin “Seçilmiş əsərləri”nin, Mollanepesin “Mən bu diyara gəldim” kitabının, Nurməhəmməd Əndəlibin “Şeirlər, poemalar və dastanlar”ının, Sultan Hüseyn Baykarın “Divan”ının və digər müəlliflərin əsərlərinin Azərbaycan dilində nəşri oxucular tərəfindən böyük maraqla qarşılanıb.

Bütün bu faktlardan da göründüyü kimi, iki ölkəni və iki xalqı bir araya gətirən, yaxınlaşdıran dəyərlər, tarixi-mədəni bağlantılar kifayət qədər zəngindir, dil oxşarlığı çox yaxındır. Tarixdən gələn belə dərin oxşarlıq hər iki ölkənin və xalqın böyük sərvətidir. Prezident İlham Əliyev hər zaman bildirib ki, Türkmənistan-Azərbaycan əlaqələrinin təməlində xalqlarımızın birliyi, dostluğu, qardaşlığı dayanır.

İki ölkə arasında geniş müqavilə-hüquq bazası mövcuddur...

Vurğulandığı kimi, Türkmənistan ilə Azərbaycan arasında istər xarici siyasətdə, istər siyasi, iqtisadi, mədəni və humanitar sahələrdə mühüm dialoq mühiti hökm sürür. Əlaqələr geniş əməkdaşlıq gündəliyinə istinad edir. ölkələrin qarşılıqlı səyləri nəticəsində əməkdaşlıq əlaqələri məqsədyönlük və konkretlik qazanıb - münasibətlər sabit və davamlı xarakter alıb. Bunun əsas, həlledici amillərindən biri kimi ölkələrimizin liderləri arasındakı qarşılıqlı anlaşma və etimaddır.

Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov qeyd edib ki, Türkmənistanla Azərbaycan xarici siyasət sahəsində BMT Nizamnaməsinə və tanınmış beynəlxalq hüquq normalarına riayət etməklə prinsipial və qəti mövqedən çıxış edir. Ölkələrimiz dünyada və qitədə, regional məsələlərdə, Xəzər dənizi zonasında sabitliyin və təhlükəsizliyin təmin edilməsinə mühüm töhfə verir.

Vurğulandığı kimi, Azərbaycanla Türkmənistan arasında münasibətlər həm ikitərəfli, həm də çoxtərəfli platformalarda uğurla inkişaf edir. Azərbaycanla Türkmənistanın çoxtərəfli platformada daim bir-birinə dəstək nümayiş etdirmələri də yaxşı nümunədir. Hər iki ölkə BMT, İKT, MDB və digər beynəlxalq qurumlar çərçivəsində bir qayda olaraq konstruktiv mövqe ortaya qoyurlar və müxtəlif məsələlərdə bir-birlərinə dəstək verirlər.

İndiyədək Azərbaycanla Türkmənistan arasında müxtəlif istiqamətləri əhatə edən çoxsaylı sənədlərin imzalanması ölkələrimizin əlaqələrinin dinamikasına geniş hüquqi əsaslar yaradır. Qeyd edək ki, iki ölkə arasında indiyə qədər 100-ə yaxın sənəd imzalanıb. Onlardan ən mühümləri 2017-ci ilin avqustunda imzalanan Azərbaycan Respublikası ilə Türkmənistan arasında Strateji tərəfdaşlıq haqqında Bəyannamədir.

Bundan başqa, 28 noyabr 2008-ci ildə Aşqabadda Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında İqtisadi Əməkdaşlıq üzrə Azərbaycan-Türkmənistan Hökumətlərarası Komissiyası haqda Saziş imzalanıb və 4 mart 2009-cu ildə qüvvəyə minib. Komissiyanın sonuncu 7-ci iclası 28 noyabr 2023-cü ildə Aşqabad şəhərində keçirilib.

Aşqabad Xankəndi Zirvəsində təmsil olunub...

Türkmənistan bu ilin iyulun 3-də Xankəndidə baş tutmuş İqtisadi Əməkədaşlıq Təşkilatının 17-ci zirvə görüşündə də təmsil olunub. Rəsmi Aşaqabadı tədbirdə Türkmənistanın Nazirlər Kabineti Sədrinin müavini, xarici işlər naziri Rəşid Meredov təmsil edib. Tədbirdən öncə Prezident İlham Əliyev qonağı qəbul edib. Görüşdə azərbaycanlılarla türkmənlərin ortaq etnik kökləri, tarix və mədəniyyət bağlantılarına malik iki qardaş xalq olduğu bir daha vurğulanıb. Ölkələrimiz arasında energetika, nəqliyyat, mədəniyyət, humanitar, elm, təhsil və digər sahələrdə əməkdaşlıq məsələlərinə dair geniş fikir mübadiləsi aparılıb. Xüsusilə Azərbaycanda Türkmənistan Mədəniyyət Günlərinin, Türkmənistanda isə Azərbaycan Mədəniyyət Günlərinin keçirilməsi qeyd olunub.

Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov çıxışında Xankəndi Zirvəsinə də toxunaraq, İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin 17-ci Zirvə görüşünün bu yaxınlarda Xankəndi şəhərində uğurla keçirilməsi münasibətilə Azərbaycanı təbrik edib.

P.İSMAYILOV

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 19 İyul 2025 12:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see251

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see199

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see184

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see178

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see175

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see170

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see165

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see162

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see155

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see151

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see146

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see146

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see144

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see143

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see143

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see141

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see140

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see138

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri