Icma.az
close
up
RU
Bakıda tarixi görüş: Türkiyə və İsrail arasında sülhün yolu açılır ŞƏRH

Bakıda tarixi görüş: Türkiyə və İsrail arasında sülhün yolu açılır ŞƏRH

Sherg.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycana etimad böyükdür, sözümüzün imzamız olduğu gerçəyini hər iki dövlət bilir


İsrailin Baş naziri Benyamin Netanyahu 7-11 may tarixlərində Azərbaycanda səfərdə olacaq. Hökumət başçısının beş günlük səfər proqramına bir sıra maraqlı məsələlər daxildir. “Times of Israel” bundan əvvəl səfərlə bağlı iki məsələyə diqqət çəkib. Nəşrin iddiasına görə, B.Netanyahunun səfəri çərçivəsində Türkiyə və İsrail arasında gərginliyin azaldılmasında rəsmi Bakının vasitəçiliyi və Azərbaycanın “İbrahim sazişləri”nə qoşulması gündəmdə olacaq. Azərbaycanın iki ölkə arasındakı vasitəçiliyinə gəlincə, bu məsələ yeni deyil. 2023-cü ildə məhz rəsmi Bakının vasitəçiliyi ilə İsrail və Türkiyə arasında gərginlik hiss olunan dərəcədə azaldılmışdı. Bakının vasitəçiliyi uzun illərdən sonra iki ölkə arasında qarşılıqlı şəkildə səfirliklərin bərpası və həmin ilin sentyabrında Nyu-Yorkda (ABŞ) Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və İsrail Baş naziri Benyamin Netanyahunun görüşü ilə nəticələnmişdi. Həmçinin 2022-ci ildə son 14 ildə ilk dəfə olaraq İsrail Prezidenti İshaq Hersoq Türkiyəyə səfər etmişdi. Amma 2023-cü ilin oktaybrında HƏMAS-ın İsrailə hücumundan sonra Qəzza zolağında başlayan müharibə münasibətləri yenidən gərginləşdirmişdi. Bundan sonra səfirləri geri çağıran Türkiyə və İsrail diplomatik münasibətləri və qarşılıqlı ticarəti dayandırmışdı. 2024-cü ilin dekabrında Suriyada Bəşər Əsəd rejiminin devrilməsindən sonra Türkiyə və İsrail arasında münasibətlər yenidən gərginləşdi. Bu ilin əvvəlindən dünya mediası Suriyada mümkün İsrail-Türkiyə toqquşması barədə yazmağa başladı. Məsələ gündəmdəki yerini saxlayarkən, aprelin 10-da Türkiyə və İsrailin yüksək rütbəli təhlükəsizlik rəsmilərinin Bakıda görüşü barədə xəbərlər yayıldı. Məlumat ard-arda həm Ankara, həm də Təl-Əviv tərəfindən təsdiqləndi. Bildirildi ki, tərəflər Bakı görüşündə Suriyada özünü büruzə verən İsrail-Türkiyə gərginliyinin azaldılmasını müzakirə ediblər və təmasları davam etdirmək, qarşıdurmadan yayınma mexanizminin formalaşdırılması barədə razılığa gəliblər. Görünən budur ki, Bakı yenə də Ankara-Təl-Əviv xəttində vasitəçiliyini davam etdirir və bunun nəticələri də var. Ehtimala görə, liderlər Bakıda görüşərək münasibətlərin normallaşdırılması yollarını və bu yöndə atıla biləcək konkret addımları müzakirə edəcəklər. 


Politoloq Natiq Miri "Sherg.az"a deyib ki, Bakıda İsrail Baş naziri Benyamin Netanyahu ilə Türkiyə Prezidenti R.T.Ərdoğanın, yaxud iki ölkə rəsmilərinin görüşü mümkündür. Ekspert vurğulayıb ki, səfər tarixlərinin üst-üstə düşməsi təsadüf deyil: 


"Bu, Azərbaycan dövlət rəhbərliyinin ciddi əməli fəaliyyəti ilə əlaqəlidir. Hər iki lider eyni zaman çərçivəsində Bakıda olacaqlar. Əgər iki lider eyni günlərdə Azərbaycanda səfərdə olacaqsa, görüş ehtimalı böyükdür. O baxımdan bu, Azərbaycan dövlətinin böyük geosiyasi uğuru sayıla bilər. Çünki bu gün regionda, xüsusən Yaxın Şərqdə, Suriyada Türkiyə-İsrail toqquşması ehtimalı mövcuddur. Paralel bir də bunu istəyən başqa regional qüvvələr də var. Belə bir vəziyyət onların geosiyasi maraqlarına xidmət edərdi. Suriyanın parçalanmasını istəyən, bulanıq suda balıq tutmaq arzusunda olan regional güclər var. Bu kontekstdə Türkiyə-İsrail münasibətlərini yaxınlaşdırmaq istəyən nə regional, nə də qlobal güc mərkəzi var. Belə bir vəziyyətdə Azərbaycan dövlətinin vasitəçiliyə yönəlik təşəbbüsü təqdirəlayiq olduğu qədər Yaxın Şərqdə sabitliyə xidmət edir. Bununla yanaşı, Suriyanın bütünlüyünə, dirçəlməsinə töhfə verir. Eyni zamanda qardaş Türkiyə ilə İsrailin potensial qarşıdurmasının qarşısını alır. Belə bir görüş baş tutarsa, bu, ilk növbədə İsrailin perspektiv təhlükəsizliyinə çox ciddi töhfə olacaq. Təbii ki, bu reallığı İsrailin millətçi rəhbərliyi də anlamalıdır". 


Analitik vurğulayıb ki, Türkiyə-İsrail qarşıdurmasının qarşısını almaq konkret mexanizmlərin yaradılması ilə mümkün ola bilər: 

"Bu, praktikada artıq istifadə olunub. Suriyada Rusiya, ABŞ və onun rəhbərlik etdiyi koalisiya qüvvələri ilə normal səviyyədə fəaliyyət göstərə bilirdi. Eyni mexanizmi Suriyada da tətbiq etmək olar. Ancaq bu, məsələnin həlli deyil. Davamlı sülh və sabitlik üçün İsrailin maksimalist siyasətdən vaz keçməsinə ehtiyac var. Bu kontekstdə düşünürəm ki, Türkiyə və İsrail arasında yenidən normal danışıqlar və diplomatik əlaqələrin bərpasına zərurət var. Bu yöndə Azərbaycan ən əhəmiyyətli vasitəçidir. Azərbaycan bəlkə də yeganə ölkədir ki, hər iki dövlətin inamını, etimadını qazanıb. Ölkəmiz istənilən razılaşmanın təminatı kimi çıxış edə bilər. Çünki Azərbaycana etimad böyükdür, sözümüzün imzamız olduğu gerçəyini hər iki dövlət bilir. Qəzzada ciddi problemlər var, bölgə blokadadır. İsrail dövləti əraziyə humanitar yardımların çatdırılmasına imkan vermir. Tərəflər arasında danışılacaq məsələlər çoxdur. Anlaşmaq üçün mütləq mənada qarşılıqlı güzəştlərə ehtiyac var. Həmin ərəfədə İranın xarici işlər nazirinin müavini də Bakıda olacaq ki, onu da təsadüfi saymıram".  

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://sherg.az
archiveBu xəbər 03 May 2025 10:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

AzTV sədrinin əcəl, yoxsa dirçəliş zəngi? Helikopter arzusu və 6 7 minlik qonorar...

06 Noyabr 2025 08:35see272

Şəbnəmin fanatına etdiyi hərəkət qınandı VİDEO

05 Noyabr 2025 22:09see203

Bu il Şahdəniz yatağından qaz və kondensat hasilatı sabit qalıb

06 Noyabr 2025 14:50see182

Serialların uşaq psixologiyasına MƏNFİ TƏSİRLƏRİ

06 Noyabr 2025 23:04see165

Bu bölgədə məktəblər üçün yeni avadanlıqlar alınacaq 715 minlik LAYİHƏ

06 Noyabr 2025 19:30see165

Mərkəzi Bankın sədri özünə daha bir müşavir təyin edib

05 Noyabr 2025 09:50see144

İbrahim Kalın HAMAS la Qəzzada atəşkəsi müzakirə edib

06 Noyabr 2025 06:01see143

Azərbaycanlıların qışda ən çox yediyi yeməklə bağlı həkimdən XƏBƏRDARLIQ

05 Noyabr 2025 08:44see140

“Brügge” “Barselona” ilə oyunda hesabda 3 dəfə irəli çıxsa da, qələbə qazana bilməyib VİDEO

06 Noyabr 2025 02:26see136

“Qalatasaray”dan qələbə, “Barselona” xal itirdi Çempionlar Liqası

06 Noyabr 2025 02:45see136

Necə rahat oynadığımızı gördünüz? “Qarabağ”ın prezidenti

06 Noyabr 2025 01:16see136

Dalğalan, Vətənimin hürriyyət carçısı!

05 Noyabr 2025 11:48see134

“İsrail dayanmayacaq” Katzdan SƏRT XƏBƏRDARLIQ KONKRET

05 Noyabr 2025 17:59see132

İxrac etdiyimiz yağ daxildə satılandan niyə ucuzdur?

05 Noyabr 2025 08:31see132

Kadi Borgesin “Çelsi” ilə oyunda aldığı zədəsi ciddi ola bilər

06 Noyabr 2025 01:11see130

Araz Naxçıvan ın kapitanı: Püşk səbətində yer alan komandalar arasında zəif rəqib yox idi

06 Noyabr 2025 23:55see128

Rusiya müharibəyə danışa bilməyən əlil əsgərlər göndərir...

07 Noyabr 2025 00:06see125

Paramount antisemit aktyorların qara siyahısını tərtib etdi

06 Noyabr 2025 07:01see124

Deputat: “AMEA nın 80 illik yubileyi münasibətilə təbrik məktubu ünvanlayıb“

05 Noyabr 2025 12:49see124

TƏBİB də tabeli tibb müəssisələrinin fəaliyyəti ilə bağlı müzakirələr aparılıb

05 Noyabr 2025 18:44see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri