Icma.az
close
up
RU
Türkiyə və İsrail rəsmiləri Bakıda Tarixi GÖRÜŞ

Türkiyə və İsrail rəsmiləri Bakıda Tarixi GÖRÜŞ

Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Türkiyə və İsrail arasında Suriya ərazisində qarşıdurmadan yayınmaq məqsədilə yeni bir mexanizm yaradılması üçün danışıqlar başlayıb.

Modern.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindəki (MSB) mənbələr TRT-yə bildiriblər.

Məlumata görə, bu istiqamətdə ilk texniki görüş Bakıda baş tutub. 

Mənbələr Suriya ərazisində planlaşdırılmayan insidentlərin qarşısını almaq üçün "qarşıdurmasızlıq mexanizmi" yaradılmasının gündəmdə olduğunu bildiriblər. Məlumata görə, bu istiqamətdə ilkin texniki danışıqlar aprelin 9-da Azərbaycan paytaxtı Bakı şəhərində keçirilib.

Qeyd edək ki, bu təşəbbüs İsrailin Suriyadakı hərbi mövqelərə hücumları fonunda gündəmə gəlib. Türkiyə tərəfi isə vurğulayıb ki, onun əsas məqsədi Suriyanın ərazi bütövlüyünü qorumaq, bölgədə sabitliyi və təhlükəsizliyi təmin etmək, eyni zamanda terror təşkilatlarına qarşı mübarizədə Suriya hökumətinə dəstək olmaqdır.

Türkiyə Müdafiə Nazirliyi bölgədə həyata keçiriləcək bütün fəaliyyətlərin Suriya ilə qarşılıqlı razılaşma çərçivəsində və beynəlxalq hüquqa uyğun şəkildə aparıldığını, üçüncü ölkələri hədəf almadığını xüsusi vurğulayıb. 

Bakıdakı bu görüş, bölgədə gərginliyin azaldılması və diplomatik kanalların işə salınması baxımından əhəmiyyətli addım kimi qiymətləndirilir. Tərəflər arasında danışıqların davam etdirilməsi gözlənilir.

Qeyd edək ki, ötən gün Prezident İlham Əliyev də Türkiyə və İsrail arasında vasitəçilikdən bəhs edib.

"Hər iki ölkə Azərbaycanın yaxın dostudur. Biz Türkiyə ilə müttəfiqik. Biz 2021-ci ildə Şuşa Bəyannaməsini imzalamışıq və rəsmi surətdə müttəfiq olmuşuq. Baxmayaraq ki, bizim müttəfiqlik münasibətlərimiz de-fakto bu formal prosedurdan uzun müddət əvvəl mövcud olub: İsrail Azərbaycana dost ölkədir. Uzun illər ərzində hər ikimiz üçün çətin zamanlarda qarşılıqlı dostluq nümayiş olunub. Ona görə də, əlbəttə ki, bu iki ölkə arasındakı gərginlik bizim üçün çox narahatlıq doğurur. Artıq məlum olduğu kimi, - baxmayaraq ki, biz özümüz bunu açıq şəkildə heç vaxt bəyan etməmişik, bu, artıq kifayət qədər geniş şəkildə yayılıb, - Türkiyə ilə İsrail arasında ilk uğurlu barışıq müəyyən dərəcədə Azərbaycanın vasitəçiliyi ilə əldə olunub. Çünki indi iki ölkə arasında baş verənlər ilk böhran deyil, yaxın keçmişdə ikincidir. İlk böhran zamanı biz ölkələri yaxınlaşdırmağa çalışmaq üçün fəal rol oynadıq. Bu, təkcə Azərbaycan deyildi, lakin deyərdim ki, Azərbaycan bu prosesdə birinci yerdə idi".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:193
embedMənbə:https://modern.az
archiveBu xəbər 10 Aprel 2025 13:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see481

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see374

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see365

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see361

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see337

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see332

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see289

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see272

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see267

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see254

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see245

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see242

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see240

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see237

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see229

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see225

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see220

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see213

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see205

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri