Icma.az
close
up
RU
Türkiyə İsrail problemi Bakıda çözülür ŞƏRH

Türkiyə İsrail problemi Bakıda çözülür ŞƏRH

Icma.az bildirir, Bakivaxti portalına istinadən.

Türkiyə və İsrail rəsmiləri Suriyada arzuolunmaz insidentlərin qarşısının alınması üçün gərginliyin azaldılması mexanizminin yaradılması ilə bağlı Azərbaycanda texniki görüş keçirib.

Bakıvaxtı.az-ın məlumatına görə, yüksək çinli israilli məmur “Tayms of İsrail” nəşrinə açıqlamasında deyib ki, görüş zamanı İsrail Suriyada xarici qoşunların yerləşdirilməsi ilə bağlı hər hansı dəyişikliyin, xüsusən də Palmira ərazisində Türkiyə bazalarının yaradılmasının qırmızı xətt olduğunu açıqlayıb:

“İsrail açıq şəkildə bildirdi ki, hər hansı bu cür fəaliyyətin qarşısını almaq Dəməşq hökumətinin üzərinə düşür. İsraili təhdid edən istənilən fəaliyyət Suriya Prezidenti Əhməd əş-Şaraanın hakimiyyətini təhdid edəcək”.

İsrail Baş nazirinin Ofisi məlumat yayıb ki, Türkiyə ilə Suriya üzrə danışıqlar sabitliyi qorumaq məqsədi daşıyır: "Dünən gecə İsrailin milli təhlükəsizlik müşaviri Tzachi Haneqbinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda türkiyəli həmkarları ilə görüşüb. İsrail nümayəndə heyətinə Müdafiə Nazirliyi və təhlükəsizlik agentliyinin yüksək rütbəli rəsmiləri daxil olub". Netanyahunun ofisi danışıqlara ev sahibliyi etdiyi üçün Azərbaycana təşəkkür edib.

Siyasi şərhçi Həsrət Rüstəmov Bakıvaxtı.az-a açıqlamasında deyib ki, Türkiyə İsrail münasibətlərinin Bakıda danışaraq yoluna qoyulmasına cəhd edilməsi bizim üçün müsbət haldır.

Ekspert vurğulayıb ki, bu, regionun iki güclü dövləti ilə isti münasibətlərimizin daha bir təsdiqidir:

"İsrailə qarşı Türkiyənin iradları əsasən Qəzzadakı soyqırımla bağlıdır. İsrail nə qədər Bakının dostu olsa da, onun bölgədəki hərbi fəaliyyəti aşırı zorakı və bütün bölgə üçün arzuolunmazdır. Türkiyə İsraildən fərqli olaraq bölgədə aşırı güc tətbiq etməkdən qaçır və daha çox diplomatik-siyasi yollarla maraqlarını həll etməyə çalışır”.

Həsrət Rüstəmov: İsrailin Suriya ilə bağlı Türkiyəyə hər hansı diktə etməsi qeyri-mümkündü

Müsahibimiz vurğulayıb ki, Türkiyə regionun hər cəhətdən ən güclü dövlətidir. Dediyinə görə, Trampın son Ərdoğan bəyənatı da təsdiq edir ki, ABŞ və onun bölgədəki gücü olan İsrail Türkiyə ilə hesablaşmağın vacibliyini anlayırlar:

“Ona görə İsrail də Türkiyənin regiondakı maraqlarını qəbul etməyə məhkumdur. İsrailin Suriya ilə bağlı Türkiyəyə hər hansı diktə etməsi qeyri-mümkündü. Çünki İsrailin Qəzzadakı yumuşaq desək bərbad fəaliyyətindən fərqli olaraq rəsmi Ankara Suriyada ağıllı və təmkinli siyasət yürüdür”.

“Hesab edirəm ki, Bakı görüşü tərəflərin dialoqa başlaması baxımından əhəmiyyətlidir. Amma iki ölkə arasında sürətli siyasi yaxınlaşmanın hələ tez olduğunu düşünürəm", - deyə Həsrət Rüstəmov qeyd edib.

Aydın Baxış

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:191
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 14 Aprel 2025 17:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see312

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see296

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see281

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see280

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see253

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see236

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see232

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see225

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see218

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see217

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see212

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see212

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see210

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see209

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see200

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see197

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see189

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see189

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see186

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri