Icma.az
close
up
RU
Bakıda təmir işləri sürücülərə necə təsir edəcək? Mütəxəssisdən AÇIQLAMA

Bakıda təmir işləri sürücülərə necə təsir edəcək? Mütəxəssisdən AÇIQLAMA

Icma.az, Avtosfer portalına istinadən məlumat yayır.

Bakının bir sıra küçələrində aparılan təmir işləri ilə əlaqədar nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək.
Avtosfer.az xəbər verir ki, 14 İyul küçəsində (Suraxanı rayonu) – 11 avqust 2026-cı il saat 09:00-dan; Sergey Yesenin küçəsində (Xəzər rayonu) – 11 avqust 2026-cı il saat 10:00-dan; Əbdülvahab Salamzadə küçəsində (Nəsimi rayonu) – 11 avqust 2026-cı il saat 18:00-dan nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq. Bəs Bakının üç küçəsində yolların bağlanması zamanı sürücülər hansı səhvlərdən çəkinməlidirlər və alternativ yollara keçərkən hansı təhlükələr yarana bilər?

Mövzu ilə bağlı qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov Avtosfer.az-a açıqlamasında bildirib ki, şəhərimizdə yenidənqurma işləri çərçivəsində yollar və infrastruktur yenilənir:


"Yollara yeni asfalt örtüyü çəkilir, yol xətlərinin yenilənməsi və işıqlandırma işləri aparılır. Bu, təqdirəlayiq haldır. Amma eyni zamanda bir neçə əsas yolda təmir işlərinin paralel aparılması sürücülər üçün müəyyən çətinliklər yaradır. Yaxşı olardı ki, küçələr mərhələli şəkildə təmir olunsun. Bir küçədə işlər başa çatdıqdan sonra digər küçədə təmirə başlanılması sürücülərin üzləşdiyi çətinlikləri azalda bilər. Sürücülər də nəzərə almalıdırlar ki, görülən bütün bu işlər onların təhlükəsizliyi və rahatlığı üçün həyata keçirilir. 
Yolların yaxşı vəziyyətə gətirilməsi, işıqlandırmanın təmin olunması və yol nişanlanmalarının yenilənməsi birbaşa sürücülərin xeyrinədir. Ona görə də sürücülər belə hallarda təmkinli və səbirli olmalı, vəziyyəti anlayışla qarşılamalıdırlar. Bir neçə küçədə tıxac yarandıqda və ya yollar bağlandıqda alternativ küçələrin nəqliyyat yükü artır. Bu zaman sürücülərdən daha diqqətli və ehtiyatlı davranmaları tələb olunur. Risk məsələsi də birbaşa ehtiyatlılıqla bağlıdır. Sürücülər diqqətli və təmkinli hərəkət etsələr, küçələrdə təmir işləri aparıldığı və alternativ yolların yükləndiyi vaxtlarda belə qəzaların sayını əhəmiyyətli dərəcədə azaltmaq mümkündür".

Fatimə

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:154
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 11 Avqust 2026 17:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see427

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see413

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see396

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see377

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see265

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see261

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see258

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see248

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see245

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see237

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see228

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see221

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see213

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see207

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see191

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see188

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see184

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see182

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see181

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri