Icma.az
close
up
RU
Bakıda təqaüdə çıxmış hərbçi faciəvi şəkildə öldü FOTO

Bakıda təqaüdə çıxmış hərbçi faciəvi şəkildə öldü FOTO

Redaktor.az saytına istinadən Icma.az xəbər verir.

Bu ilin 22 may tarixində Suraxanı rayonu, Hövsan-Türkan yolunda qeydə alınmış ağır qəzada ölən şəxsin təqaüdə çıxmış hərbçi olması məlum olub.

Redaktor.az xəbər verir ki, 1992-ci il təvəllüdlü Əliquliyev Seymur Ağa Əhməd oğlunun idarə etdiyi “Hovo” markalı yük avtomobili ilə toqquşan “Opel”də vəfat edən Abdullayev Baxşəli Əziz oğlu zabit olub və kapitan rütbəsində ikən təqaüdə buraxılıb. Belə ki, Vətən müharibəsində Şuşa döyüşləri zamanı ağır yaralanan Baxşəli Abdullayev xeyli müalicə olunduqdan sonra təqaüdə çıxıbmış. O, təqaüdə çıxdıqdan sonra dostuna məxsus “Opel” markalı avtomobillə taksi fəaliyyəti göstərirmiş. Hadisə də gecə saatlarında Baxşəli Abdullayev taksi fəaliyyəti ilə məşğul olarkən baş verib. Onun sürdüyü avtomobilin yük maşını ilə toqquşması nəticəsində Baxşəli hadisə yerində vəfat edib. Onun 2 azyaşlı övladı qalıb.

Hadisədən sonra yük maşınının sürücüsü Seymur Əliquliyev barəsində cinayət işi açılıb.

B.Abdullayevin həyat yoldaşı bildirib ki, hadisədən bir neçə saat əvvəl əri onu və uşaqlarını maşınla evə aparıbmış:

“Biz 2018-ci ildə ailə qurmuşuq, bu nikahdan 2019 və 2021-ci il təvəllüdlü övladlarımız dünyaya gəlib. Baxşəli keçmiş hərbi qulluqçu idi, 44 günlük müharibənin iştirakçısı olub, hərbi kapitan rütbəsi daşıyırdı. Son döyüşlərdən sonra ağır yaralandığına görə hərbidən təqaüdə çıxmışdı. Təqaüdə çıxdıqdan sonra isə taksi fəaliyyəti ilə məşğul olurdu. Hər gün səhər tezdən saat 08:00 radələrində evdən çıxıb məni işə aparırdı və uşaqları bağçaya qoyurdu, sonradan isə öz işləri ilə məşğul olurdu. Həmişə olduğu kimi, 22 may 2024-cü il tarixdə saat 21:00 radələrində Baxşəli bizi evə qoyub çıxıb getdi. Gecə saat 02:00 radələrində sonuncu dəfə onunla danışdıq. Sonradan isə 03:30 radələrində məlum oldu ki, həyat yoldaşım qəzaya düşüb”.

Mərhumun həyat yoldaşı S.Əliquliyevin dəymiş zərərə görə köməklik etdiyini və ondan şikayətçi olmadığını bildirib.

Suraxanı Rayon Məhkəməsi qəzaya səbəb olan yük avtomobilinin sürücüsünün barəsindəki cinayət işinə baxıb və ona hökm oxunub. Məhkəmənin 26 noyabr 2024-cü il tarixli hökmü ilə yük avtomobili sürücüsü 1 il 6 ay sürücülük hüququndan məhrum edilməklə 3 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib (publika.az). 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:237
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 06 Dekabr 2024 13:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see586

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see539

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see495

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see398

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see310

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see289

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see271

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see260

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see250

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see247

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see245

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see225

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see218

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see217

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see216

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see215

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see215

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see210

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see208

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri