Icma.az
close
up
RU
Bakıda təqaüdə çıxmış hərbçi faciəvi şəkildə öldü FOTOLAR

Bakıda təqaüdə çıxmış hərbçi faciəvi şəkildə öldü FOTOLAR

News24 saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bu ilin 22 may tarixində Suraxanı rayonu, Hövsan-Türkan yolunda qeydə alınmış ağır qəzada ölən şəxsin təqaüdə çıxmış hərbçi olması məlum olub.

News24.az Publika.az-a istinadla bildirir ki, 1992-ci il təvəllüdlü Əliquliyev Seymur Ağa Əhməd oğlunun idarə etdiyi “Hovo” markalı yük avtomobili ilə toqquşan “Opel”də vəfat edən Abdullayev Baxşəli Əziz oğlu zabit olub və kapitan rütbəsində ikən təqaüdə buraxılıb. Belə ki, Vətən müharibəsində Şuşa döyüşləri zamanı ağır yaralanan Baxşəli Abdullayev xeyli müalicə olunduqdan sonra təqaüdə çıxıbmış. O, təqaüdə çıxdıqdan sonra dostuna məxsus “Opel” markalı avtomobillə taksi fəaliyyəti göstərirmiş. Hadisə də gecə saatlarında Baxşəli Abdullayev taksi fəaliyyəti ilə məşğul olarkən baş verib. Onun sürdüyü avtomobilin yük maşını ilə toqquşması nəticəsində Baxşəli hadisə yerində vəfat edib. Onun 2 azyaşlı övladı qalıb.

Hadisədən sonra yük maşınının sürücüsü Seymur Əliquliyev barəsində cinayət işi açılıb.

B.Abdullayevin həyat yoldaşı bildirib ki, hadisədən bir neçə saat əvvəl əri onu və uşaqlarını maşınla evə aparıbmış:

“Biz 2018-ci ildə ailə qurmuşuq, bu nikahdan 2019 və 2021-ci il təvəllüdlü övladlarımız dünyaya gəlib. Baxşəli keçmiş hərbi qulluqçu idi, 44 günlük müharibənin iştirakçısı olub, hərbi kapitan rütbəsi daşıyırdı. Son döyüşlərdən sonra ağır yaralandığına görə hərbidən təqaüdə çıxmışdı. Təqaüdə çıxdıqdan sonra isə taksi fəaliyyəti ilə məşğul olurdu. Hər gün səhər tezdən saat 08:00 radələrində evdən çıxıb məni işə aparırdı və uşaqları bağçaya qoyurdu, sonradan isə öz işləri ilə məşğul olurdu. Həmişə olduğu kimi, 22 may 2024-cü il tarixdə saat 21:00 radələrində Baxşəli bizi evə qoyub çıxıb getdi. Gecə saat 02:00 radələrində sonuncu dəfə onunla danışdıq. Sonradan isə 03:30 radələrində məlum oldu ki, həyat yoldaşım qəzaya düşüb”.

Mərhumun həyat yoldaşı S.Əliquliyevin dəymiş zərərə görə köməklik etdiyini və ondan şikayətçi olmadığını bildirib.

Suraxanı Rayon Məhkəməsi qəzaya səbəb olan yük avtomobilinin sürücüsünün barəsindəki cinayət işinə baxıb və ona hökm oxunub. Məhkəmənin 26 noyabr 2024-cü il tarixli hökmü ilə yük avtomobili sürücüsü 1 il 6 ay sürücülük hüququndan məhrum edilməklə 3 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:161
embedMənbə:https://news24.az
archiveBu xəbər 06 Dekabr 2024 21:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see391

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see388

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see356

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see344

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see315

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see287

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see269

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see262

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see245

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see240

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see234

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see228

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see218

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see216

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see209

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see203

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see196

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see194

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see175

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri