Icma.az
close
up
RU
Bakıda tez tez baş verən avtomobil yanmalarının SƏBƏBLƏRİ

Bakıda tez tez baş verən avtomobil yanmalarının SƏBƏBLƏRİ

Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Son zamanlar paytaxtda avtomobillərin yanması ilə tez-tez qarşılaşırıq. Buna səbəb nədir? Sürücülər nələrə diqqət etməlidir?

Mövzu ilə bağlı Modern.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert Rövşən Həsənov bildirib ki, bu, olduqca dərin və vacib mövzudur:

“İndi qış mövsümü olduğuna görə günlər qısalır, avtomobillərdə əlavə quraşdırılan işıqlardan istifadə edilir. Yüksək voltajlı işıqlar avtomobilə qoşulan zaman müəyyən prosedurlar həyata keçirilməlidir ki, standartlara uyğun olsun. Elektrik işləri görüləndə naqillərin təmasına xüsusi diqqət yetirilməlidir. Naqillər sadəcə burmaqla calanmamalıdır. Fəsadlar daha çox qış aylarında görünür. Vətəndaşlar yaxşı olar ki, standartlardan kənara çıxmasınlar. Beləcə nə avtomobillərdə yanma baş verməz, nə də qarşıdakılara narahatlıq yaranmaz. Ümumiyyətlə parametrlər nədirsə, dəyişikliklər ona uyğun edilməli, digər üsullara əl atılmamalıdır. Bu kimi halların qarşısını almaq və vətəndaşları çəkindirmək üçün cərimə tətbiqləri görülsə də, bu hər zaman işə yaramır”.

Müsahibimiz qeyd edib ki, indiki halda avtomobillərdə edilən bütün dəyişikliklər Dövlət Yol Polisi İdarəsinin icazəsi ilə həyata keçirilməlidir:

“Bu olmadığı halda nəqliyyat vasitəsi mütləq şəkildə cərimə meydançasına aparılır. Standarta uyğun olmayan, kustar şəkildə edilən dəyişikliklər aydın məsələdir ki, bu qeyri-qanunidir və texniki xidmət kitabçasında qeyd olunmur. Avtomobillərin yanacağının qazla əvəz edilməsi halları ilə nadirən də olsa qarşılaşmaq olur. Statistikaya baxsaq, 3-5%-dən çox belə hallara rast gəlmərik. Biz həmin kütləyə müraciət edərək bildirmək istəyirik ki, bu addımı atmasınlar. Qonşu Rusiyada Dağıstan ərazisində bu səbəbdən hər il yanğınlar, partlayışlar olur. İnsanların yanacağa qənaət etmək üçün belə addım atması doğru deyil. Avtomobillərdəki dəyişikliklərin standarta uyğun şəkildə edilməsi zamanı isə heç bir problem müşahidə olunmur. Çünki oradan çəkilən borulardan tutmuş, quraşdırılan qaz balonuna qədər tam şəkildə standartlara cavab verir. Həmin hissələr elə materialdan hazırlanmalıdır ki, partladığı halda kimisə zədələməsin”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:202
embedMənbə:https://modern.az
archiveBu xəbər 18 Yanvar 2025 12:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see337

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see267

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see256

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see225

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see220

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see217

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see213

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see212

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see208

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see207

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see198

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see197

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see195

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see189

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see188

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see188

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see188

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see182

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see179

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri