Icma.az
close
up
RU
Bakıda tıxacın həlli yolu nədir? AÇIQLAMA FOTOLAR

Bakıda tıxacın həlli yolu nədir? AÇIQLAMA FOTOLAR

Avtosfer portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Tıxac böyük şəhərlərdə, həmçinin Bakıda da müşahidə edilən problemdir. Tıxacın həlli yolları üçün hərəkət istiqamətinə uyğun təklif formalaşdırırlar. Avtosfer.az-ın məlumatına görə, bu barədə "Azərtac"a açıqlama verən nəqliyyat üzrə ekspert Rauf Ağamirzəyev bildirib ki, bu günə kimi paytaxtda tıxacın qarşısını almaq üçün icra olunan layihələrin bir hissəsini yüngül islahat hesab etmək olar. Yəni, daha az xərclə daha tez həyata keçən islahatdır.

Onun sözlərinə görə, bura paytaxtda ayrılmış mikromobillik zolağı, avtobus yolları aiddir.

“Bunun davamı olaraq dövlət proqramı reallaşdırılır. 2025-2030-cu ilə kimi piyada infrastrukturu abadlaşır. Piyada infrastrukturu özündə qısa keçidləri ehtiva edir. Yəni, küçənin bir tərəfindən digər tərəfinə uzun yol qət etmədən hərəkətetmə prosesi eyni səviyyədə olmalıdır. Daha sərt islahat dedikdə böyük şəhərlərin mobilliyinə təsir edən nəqliyyatın relsli növləridir. Bura yeraltı metro, yerin üstündə metro funksiyasını daşıyan şəhərətrafı elektrik qatarı şəbəkəsi, həmçinin şəhərdə yüngül növlü relslərə aid olan tramvaylar daxildir. Bunun vacib olmasının səbəbi odur ki, relsli növlər zaman ərzində qısa intervallarla sərnişini bir məntəqədən digər məntəqəyə daşıma, eyni zamanda, uzunmüddətli istismar imkanına malikdir. Bu da həmin nəqliyyat növlərinin üstünlüyünü ön plana çəkir”, - deyə Rauf Ağamirzəyev vurğulayıb.

Ekspert qeyd edib ki, ümumiyyətlə 30 kilometrdən çox olan səfərlər dəmir yolu ilə daha komfortludur:

“Düşünürəm ki, dəmir yolu varsa onun intensiv hərəkəti təmin olunmalı, stansiyaların sayı artırılmalı, stansiyalarda inteqrasiya olmalıdır. Yəni, bir keçiddən digərinə rahat hərəkət təmin olunmalıdır. Bundan başqa, insanların vaxtını səmərəli keçirməsi üçün yerlər təşkil edilməlidir ki, zamanlarını daha səmərəli istifadə etsinlər”, - deyə o vurğulayıb.

Nəqliyyatın relsli növlərinin əhəmiyyətinə diqqət çəkmək üçün Rauf Ağamirzəyev vurğulayıb ki, hər hansı istiqamətdə nəqliyyatın hərəkətində baş verən sıxlıq o istiqamətdə relsli nəqliyyat növlərinin kifayət qədər inkişaf etmədiyini göstərir:

“Bu da nəqliyyat şəbəkəsinin istənilən səviyyədə təşkil olunmamasının göstəricisidir”.

Rauf Ağamirzəyev problemin həllində digər variant metronun fəaliyyətini göstərib. Onun sözlərinə görə, Bakı metrosunun 58 yaşı var 40 kilometrdən artıq şəbəkəyə sahibdir:

“Amma sakinlərinin sayı çox olan Bakı kimi şəhərdə 70 stansiyanın olmasına ehtiyac var”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:192
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 21 Dekabr 2025 22:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see268

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see251

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see237

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see226

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see225

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see222

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see208

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see207

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see204

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see197

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see197

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see196

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see186

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see179

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see178

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see178

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see173

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see166

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see162

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri