Azad edilən ərazilərlə bağlı yeni MÜSABİQƏ
Icma.az, Modern.az portalına istinadən məlumat yayır.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması ilə bağlı tədbirlər çərçivəsində Gəncə-Xankəndi-Şuşa, Ağcabədi-Xankəndi-Laçın, Bakı-Cəbrayıl, Bakı-Zəngilan, Bakı-Qubadlı, Mingəçevir-Xankəndi-Laçın, Horadiz-Laçın, Xocalı-Xankəndi-Şuşa, Naftalan-Suqovuşan şəhərlərarası, eləcə də Xankəndi 1 və 2 nömrəli şəhərdaxili avtobus marşrutlarını müsabiqəyə çıxarır.
Modern.az AYNA-ya istinadən xəbər verir ki, müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun olaraq təşkil edilir.
Qeyd edilib ki, Ağcabədi-Xankəndi-Laçın və Mingəçevir-Xankəndi-Laçın müntəzəm şəhərlərarası marşrut xətlərinin tam fəaliyyəti Şuşa şəhərindən Laçın rayonuna qədər olan yol infrastrukturunun vəziyyəti və hava şəraiti nəzərə alınmaqla tənzimlənəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:135
Bu xəbər 16 Noyabr 2024 18:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















