Bakıda beynəlxalq Turan Kuboku yarışının açılış mərasimi keçirilib FOTOLAR
Sia Az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bakıda kəndirlə mübarizə idman növü üzrə beynəlxalq "Turan Kuboku"nun açılış mərasimi keçirilib. SİA xəbər verir ki, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbir bədii hissə ilə davam edib. Burada müxtəlif ölkələrin rəqs növləri izləyicilərə nümayiş etdirilib.
Yarışda 10 ölkə - Azərbaycan, Türkiyə, Qazaxıstan, Türkmənistan, Pakistan, İran, Hindistan, Sudan, Səudiyyə Ərəbistan və Gürcüstan mübarizə aparacaq.
Yarış Kəndirlə Mübarizə İdmanı Cəmiyyətinin, Gənclər və İdman Nazirliyinin, Milli Olimpiya Komitəsinin, Milli İdman Növləri Assosiasiyasının, Avropa Kəndirlə Mübarizə Federasiyasının, həmçinin Beynəlxalq Kəndirlə Mübarizə Federasiyasının birgə təşkilatçılığı ilə keçirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:61
Bu xəbər 31 May 2025 02:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















