Icma.az
close
up
RU
“Türk dünyası dialoqları”nın Bakı təqdimatı

“Türk dünyası dialoqları”nın Bakı təqdimatı

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Dünən Bakıda Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi “Türk dünyası dialoqları: Ortaq gələcək, ortaq vizyon” mövzusunda panel iclası keçirdi.

Toplantıda Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi rəhbərinin köməkçisi Fərhad Pirinççi Bakının Türk dünyası üçün körpü rolu oynadığını vurğuladı. Onun sözlərinə görə, Bakının bu mövqeyi ümummilli lider Heydər Əliyevin qeyd etdiyi kimi, “Bir millət, iki dövlət” tandeminə uyğundur.

Türkiyə Prezidentinin baş müşaviri Seyit Sertçelik Türk Dövlətləri Təşkilatının bugünkü vəziyyətə gəlib çatmasının olduqca qürurverici olduğunu dedi.

İsmayıl Qaspiralı Xarici Siyasət İnstitutunun direktoru Esma Özdaşlı bildirdi ki, bu gün Türkiyə müdafiə sənayesi qlobal səviyyədə rəqabət aparan texnologiyalar ortaya qoyur və bu imkanlar Azərbaycanla da paylaşılır. Esma Özdaşlı qeyd etdi ki, Azərbaycan-Türkiyə hərbi əməkdaşlığında mühüm irəliləyişlər əldə olunub.

Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin sədr müavini Nazim Cəfərov isə dürüstlük və qarşılıqlı etimad əsasında əməkdaşlığın inkişaf etdirilməsi, məsuliyyətsiz yanaşmaların qarşısının alınmasının vacib olduğunu söylədi. O qeyd etdi ki, təşkilat prosesləri diqqətlə təhlil etməli və ortaq layihələr çərçivəsində tərəfdaşlığı daha da gücləndirməlidir.

Dialoqda səsləndirilən fikirlər Türk dünyasında siyasi, iqtisadi, hərbi və informasiya sahələrində əməkdaşlığın perspektivlərinə dair geniş fikir mübadiləsi ilə yadda qaldı.

Panel iştirakçıları XQ-yə özəl açıqlamalarında da Türk dövlətləri arasında əməkdaşlığın daha da dərinləşdirilməsinin vacibliyindən söz açdılar.

Mehmet YÜCE,
Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin Daşkənd müşaviri:

– Türk dövlətləri arasında vahid informasiya məkanının formalaşdırılması olduqca mühüm əhəmiyyət daşıyır. Xüsusilə türk dövlətləri arasında münasibətlərin sürətlə inkişaf etdiyi indiki mərhələdə bu ölkələr haqqında informasiyanın düzgün, obyektiv və etibarlı mənbələr əsasında təqdim olunması vacibdir.

Çünki türk dövlətləri bir-biri haqqında məlumatları çox zaman müxtəlif xarici mənbələrdən əldə edirlər. Bunlar əsasən Rusiya və ya ingilisdilli mənbələr olur. Həmin mənbələr isə hər zaman hadisələri doğru kontekstdə təqdim etməyə və obyektiv informasiya verməyə bilər.

Ona görə də media orqanlarının birbaşa əlaqələr qurması, bir-birindən informasiya əldə etməsi və ortaq informasiya məkanının formalaşdırılması xüsusi əhəmiyyət kəsb edir. Burada digər mühüm məsələ türk mediası arasında vahid kommunikasiya dilinin yaradılmasıdır. Çünki ayrı-ayrı söz və ifadələrin müxtəlif dillərdə fərqli məna çalarları daşıması bəzən fikrin tam anlaşılmamasına səbəb ola bilər.

Bu baxımdan “dildə, fikirdə, işdə birlik” prinsipinin praktiki müstəvidə həyata keçirilməsinin mühüm istiqamətlərindən biri, mənim qənaətimcə, məhz media və informasiya sahəsidir. Çünki xalqların bir-birini daha yaxından tanıması, ortaq dəyərlərin və ortaq düşüncə məkanının gücləndirilməsi ilk növbədə düzgün və etibarlı informasiya mübadiləsindən keçir.

Bu istiqamətdə, əlbəttə, müəyyən işlər görülür. Lakin mövcud əməkdaşlığın daha da genişləndirilməsinə, institusional əsaslarının möhkəmləndirilməsinə və media qurumları arasında əlaqələrin yeni səviyyəyə yüksəldilməsinə ehtiyac var.

Fərid ŞƏFİYEV,
Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzi İdarə Heyətinin sədri:

– Yaxın tarixə nəzər saldıqda, Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının, bütövlükdə isə iki ölkə arasındakı siyasi və iqtisadi münasibətlərin nümunəvi xarakter daşıdığını görmək mümkündür. İkinci Qarabağ müharibəsi zamanı Türkiyənin Azərbaycana göstərdiyi siyasi dəstək və həmrəylik bunun ən bariz nümunələrindən biridir.

Bu gün Azərbaycanın hərbi quruculuq sahəsində həyata keçirdiyi islahatlar və əldə etdiyi təcrübə digər ölkələr tərəfindən də diqqətlə öyrənilir. Türk Dövlətləri Təşkilatının gələcək inkişafı baxımından da hərbi əməkdaşlığın, eləcə də terrorizmə qarşı mübarizə sahəsində birgə fəaliyyətin mühüm istiqamətlərdən birinə çevrilməsi zəruridir.

Bu baxımdan Azərbaycan və Türkiyə arasında illər ərzində formalaşmış hərbi əməkdaşlıq təcrübəsinin digər türk dövlətləri ilə münasibətlərə də tətbiq edilməsi üçün geniş imkanlar mövcuddur. Artıq bu istiqamətdə konkret addımların atıldığını müşahidə edirik.

Məsələn, Azərbaycan və Özbəkistan arasında hərbi sahədə əməkdaşlıq son dövrlərdə əhəmiyyətli dərəcədə inkişaf edib. Azərbaycan, Türkiyə və Özbəkistan arasında formalaşan üçtərəfli əməkdaşlıq formatı da bu baxımdan xüsusi əhəmiyyət daşıyır.

İnanıram ki, bu cür çoxtərəfli əməkdaşlıq mexanizmlərinin genişləndirilməsi Türk Dövlətləri Təşkilatının institusional inkişafına, üzv dövlətlər arasında qarşılıqlı etimadın möhkəmlənməsinə və ortaq təhlükəsizlik imkanlarının artırılmasına mühüm töhfə verəcək.

Fidan ƏLİYEVA
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:157
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 16 Sentyabr 2026 12:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see348

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see340

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see255

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see252

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see243

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see234

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see234

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see226

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see225

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see223

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see220

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see212

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see208

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see204

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see193

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see192

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see189

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see186

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see182

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri