Icma.az
close
up
RU
Bakıda türk iş adamına 10 il həbs verildi 9 milyonluq mənimsəmə

Bakıda türk iş adamına 10 il həbs verildi 9 milyonluq mənimsəmə

Icma.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Baş ofisi Fransada yerləşən "Thales İnternational Western Counties B.V.” transmilli korporasiyasının Azərbaycandakı nümayəndəliyinin direktoru Mehmet Şahan xüsusilə külli  miqdarda yeyintidə təqsirli bilinib.

Ölkə.az-ın "Qafqazinfo”ya istinadən məlumatına görə, türkiyəli iş adamının işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb.

Belə ki, M.Şahan 8 milyon 860 min manat mənimsəmədə ittiham edilib.

İstintaq materiallarında qeyd olunub ki, M.Şahan 2014-2021-ci illər ərzində vəzifə səlahiyyətlərindən sui-istifadə edərək nümayəndəliyin fəaliyyətindən irəli gələn zəruri xərclərin qarşılanması məqsədilə həmin şirkətin mərkəzi ofisi tərəfindən ayrılmış ümumilikdə 8 milyon 860 min manat məbləğində pul vəsaitini rəhbərlik etdiyi qurumun müvafiq bank hesabından nağd, eləcə də başqa şirkətlərə xidmətlərin göstərilməsi adı altında köçürülərək nağdlaşdırılması yolu ilə mənimsəyib.

7 il "Thales”in Azərbaycandakı nümayəndəliyinə rəhbərlik edən M.Şahan 2022-ci ilin fevralında həbs olunub. İş adamı ifadəsində deyib ki, uzun müddət Fransada yaşayıb, fransızcanı mükəmməl bildiyi üçün Azərbaycana şirkət nümayəndəsi göndərilib. O, ittihamlara münasibətdə özünü təqsirli bilməyib.

Buna baxmayaraq, məhkəmə istintaqı ilə M.Şahana verilmiş ittihamlar kifayət qədər dəlil və sübutlar, həmçinin şahid ifadələri ilə təsdiqini tapıb. Hökmə əsasən, o, xüsusilə külli miqdarda mənimsəmə cinayəti törətməkdə təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, M.Şahan haqqında Baş Prokuror yanında Korrupsiya ilə Mübarizə Baş İdarəsinə çoxsaylı müraciətlər edilib. İddia edilirdi ki, şirkətin çalışanlarının əməkhaqları və dövlətin vergi ödənişləri ödənilməyib, nümayəndəliyə məxsus aylıq pul vəsaitləri onun tərəfindən mənimsənilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:214
embedMənbə:https://olke.az
archiveBu xəbər 10 Dekabr 2024 14:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see613

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see324

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see315

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see315

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see307

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see286

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see284

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see280

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see271

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see268

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see250

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see250

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see248

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see243

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see240

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see231

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see230

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see211

Tarixi Zəfərin yol açdığı möhtəşəm Qayıdış

07 Noyabr 2026 13:35see210

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri