Icma.az
close
up
RU
Bakıda Xəzərlə bağlı xəbərdarlıq: Ciddi təhlükə...

Bakıda Xəzərlə bağlı xəbərdarlıq: Ciddi təhlükə...

Icma.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.

Xəzər dənizinin səviyyəsində müşahidə olunan dəyişiklik onu göstərir ki, adaptasiya tədbirləri həyata keçirilməlidir.

Axar.az Report-a istinadla xəbər verir ki, bunu Ekologiya və təbii sərvətlər nazirinin birinci müavini Ağakərim Səmədzadə Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində "Xəzər regionunda iqlim dəyişikliyinə davamlı şəhərlər və icmalar Şəhər adaptasiyası üçün iqlim maliyyələşdirməsinin təmin edilməsi" adlı sessiyada deyib.

Onun sözlərinə görə, Xəzər dənizi Azərbaycan üçün strateji sərvət olmaqla yanaşı, eyni zamanda ekoloji irs və həssas təbii sistemdir:

"Dünyanın bir çox bölgələri kimi, Xəzər hövzəsi də iqlim dəyişikliyinə yüksək həssaslıq göstərən ərazilərdən biridir. Temperaturun yüksəlməsi, su ehtiyatlarının azalması, uzun müddət davam edən quraqlıq dövrləri, torpaqların deqradasiyası, biomüxtəlifliyin itirilməsi və artan ekstremal hava hadisələri region ölkələri üçün yeni çətinliklər yaradır. Son illərdə Xəzər dənizinin suyun səviyyəsinin aşağı düşməsi artıq ciddi ekoloji təhlükəyə çevrilib. Bu proses sahil ekosistemlərinə, eləcə də şəhər infrastrukturuna, balıqçılığa, logistikaya, turizmə və milyonlarla insanın həyat şəraitinə birbaşa təsir göstərir".

A. Səmədzadə əlavə edib ki, Xəzər dənizinin səviyyəsində müşahidə olunan dəyişikliklər bir daha göstərir ki, region ölkələri uyğunlaşma tədbirlərini daha tez, əlaqələndirilmiş şəkildə və elmi əsaslarla həyata keçirməlidirlər:

"Xəzər hövzəsində baş verən ekoloji proseslər region ölkələrinin ortaq məsuliyyətini və əməkdaşlığını daha da vacib edir. Bu baxımdan, Xəzər dənizinin dəniz mühitinin qorunması haqqında Konvensiya çərçivəsində birgə fəaliyyətlər, eləcə də Xəzəryanı dövlətlərlə ikitərəfli əməkdaşlığın genişləndirilməsi, informasiya və təcrübə mübadiləsinin gücləndirilməsi, birgə elmi tədqiqatların təşviqi və regional uyğunlaşma təşəbbüslərinin inkişafı xüsusi əhəmiyyət kəsb edir".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:154
embedMənbə:https://axar.az
archiveBu xəbər 19 May 2026 17:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see572

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see420

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see296

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see295

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see289

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see268

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see235

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see231

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see219

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see215

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see213

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see212

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see210

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see208

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see202

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see199

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see199

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see189

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see187

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri