Icma.az
close
up
RU
Bakıda yağış problemi yalnız 2035 dən sonra həll olunacaq? EKSPERT RƏYİ

Bakıda yağış problemi yalnız 2035 dən sonra həll olunacaq? EKSPERT RƏYİ

Icma.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Paytaxtı su basmağa davam edəcək, problemin həlli üçün daha 10 il gözləməliyik

Yağış suları fəlakətindən sonra ictimaiyyətə açıqlama verən rəsmi şəxs hələ ki yalnız Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılovdur. Sədrin problemlə bağlı müsahibə verməsi, bəzi detallar barədə açıq danışması həm təqdir edilir, həm də ondan bundan daha artığını söyləməsi istənilir. Azərbaycan İnternet Forumun prezidenti, Multimedia Mrəkəzinin direktoru Osman Gündüz ADSEA sədrinin müsahibəsindən çıxan nəticə barədə fkrini bildirib.

“Sherg.az” xəbər verir ki, O.Gündüz “deməli yalnız 2035-ci ildə "normadan artıq yağan yağışlar" Bakını iflic etməyəcək”, söyləyərək problemin yaxın zamanda həllinin çətin olacağını, 2035-ci ilədək gözləməli olacağımızı diqqətə çatdırıb: 

- Bir neçə gün öncə Bakıda “normadan artıq yağan yağışlar” nəticəsində yaranan problemlərlə bağlı hesabatlılıq məsələsinə toxunmuşdum. Xüsusilə də, “Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026–2035-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı açıq məlumatların olmamasını qeyd etmişdim. Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov bu mövzu ilə bağlı ötən həftə geniş müsahibə verib. Müsahibədə axtardığım fikir təbii ki, problemin nə zaman həll olunacağı ilə bağlıyı. Və dərhal da tapdım. Zaur müəllim müsahibədə bildirib ki, ilk nəticələr 2028–2030-cu illərdə görünəcək, problemin tam həlli isə 2035-ci ilə planlaşdırılır. Yəni bu o deməkdir ki, nəzəri olaraq 2035-ci ildən sonra bu tip yağışlar Bakını iflic etməməlidir. Müsahibədə 12 yeni kollektor tikiləcəyi, 9 təmizləyici qurğu qurulacağı və s. bildirilib. Amma bu hədəflərin nə dərəcədə real olduğu ilə bağlı ciddi suallar hələlik açıq qalır. Proqramın maliyyə mənbələri tam aydın deyil. Görəsən Layihələr əsasən dövlət büdcəsi hesabına maliyyələşəcək, yoxsa abonent ödənişləri və digər mənbələrdən olacaq? Eyni zamanda konkret icra qrafiki, prioritet layihələr və ayrılacaq vəsaitlər barədə ictimaiyyət üçün əlçatan məlumatlar hələlik yoxdur. İctimai nəzarətin əsas gücü məhz açıq və faydalı informasiyadır. Bu məlumatlar olmadan nə prosesin gedişini, nə də nəticələrin effektivliyini obyektiv qiymətləndirmək mümkündür. Bununla belə, cavabdeh qurum rəhbərinin ictimai çağırışları nəzərə alaraq Proqarmla və görüləcək işlərlə bağlı açıqlamalar verməsi təqdirəlayiqdir. Ümid edirəm qarşıdakı dövlərdə Proqarmın şəffaf formada icrasını və problemlərin də addım-addım aradan qaldırılmasını müşahidə edəcəyik. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://sherg.az
archiveBu xəbər 13 Aprel 2026 20:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see305

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see289

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see274

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see272

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see245

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see234

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see231

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see216

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see216

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see213

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see211

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see209

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see207

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see203

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see198

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see195

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see187

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see184

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see183

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri