Icma.az
close
up
RU
Bakıda yanğınlar getdikcə xarakterik hal almaqdadır EKSPERT RƏYİ

Bakıda yanğınlar getdikcə xarakterik hal almaqdadır EKSPERT RƏYİ

Sherg.az saytına istinadən Icma.az xəbər verir.

Ticarət obyektləri, satış köşkləri bir-birinə çox yaxın olduğundan yanğın, partlayış zamanı ziyan böyük olur


Paytaxtda 2 güclü yanğın hadisəsi baş verib. Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, Ağasadıq Gəraybəyli küçəsindəki “Tayqa” market və Nəsimi rayonu, Nizami küçəsindəki anbarda baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. “Tayqa” market Dərnəgüldə köçkünlərin müvəqqəti məskunlaşdığı yataqxananın qarşısındakı küçədə yerləşir. Şahidlər bildirib kiİ, əvvəlcə güclü partlayış səsi eşidilib, sonra isə alovun yüksəldiyini görüblər. Qorxuya düşən sakinlər mənzillərindən küçəyə çıxıblar. 

Çağırışa gələn FHN Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən yanğının söndürülməsinə nail olunub. Məlumata görə, yanğın "Tayqa" marketin anbarında baş verib. Yanğın zamanı ətraf ərazilərə də böyük ziyan dəyib, yaxınlıqda olan avtomobillər də yanıb. Bu barədə FHN-dən bildirilib. Məlumatda qeyd olunub ki, yanğın nəticəsində ümumi sahəsi 1600 kv.m. olan metal konstruksiyalardan ibarət marketə məxsus anbar 650kv.m. sahədə, 50 p.m. elektrik kabeli, anbarın qarşısında dayanmış "Toyota", "Mercedes", VAZ-2107 və "Hyundai" markalı minik avtomobillərinin yanar hissələri və "Opel" markalı minik avtomobilinin dam hissəsi yanıb. Dünən səhər saatlarında isə paytaxtın Nəsimi rayonu, Nizami küçəsində anbarda yanğın olması barədə FHN-ə məlumat daxil olub. FHN-nin xəbərinə görə, məlumatla əlaqədar Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar. Yanğının ətraf ərazilərə yayılmasının qarşısı alınıb. 

Bu cür yanğınlar təəəsüf ki, getdikcə xarakterik hal almaqdadır. Vaxtaşırı müxtəlif obyektlərdə - bazar, satış məntəqələri, iaşə obyektlərində yanğınlar baş verir, gah qaz balonları, gah da elektrik naqilləri partlayışlara və yanğına səbəb olur. 


Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev “Sherg.az”a açıqlamasında qeyd etdi ki, bütün təyinatlı obyektlər yanğın təhlükəsizliyi və yanğından mühafizə qaydaları və təlimatlarına ciddi riayət etməlidir. Bu tələb qanunvericilikdə də təsbit olunub: 


- Təyinatından asılı olmayaraq idarə, müəssisə, təşkilat, istər ticarət, satış təyinatlı olsun, istərsə də ictimai iaşə, xidmət obyekti, hər biri yanğından mühafizə qaydalarına əməl etməli, hər bir obyektin spesifikasına uyğun olaraq yanğın təhlükəsizliyinə qarşı ilkin od söndürmə vasitələrindən tutumuş, yanğın dolabları, ehtiyat su çəni, yanğın xəbərdarlığı vasitəsi, təxliyə yolları olmalıdır. Bütün işçilər məlumatlanmalı, təhlükəsizlik qaydalarını, təhlükə zamanı nə etməli olduqlarını, yanğına həssas, tez alışan materiallarla necə davranılmalı olduğunu, yanğının qarşısını almaq üçün nə edilməlidir, necə mühafizə olunmalıdır, bilməlidirlər. Elektrik naqilləri saz vəziyyətdə olmalıdır. Təhlükəli qızdırıcı vasitələrdən, qaz sobalarından istifadə edilməməlidir. Təhlükənin qarşısının alınması böyük ölçüdə elektrik təsərrüfatının payına düşür. Əgər kabel və naqillərin izolyasiyası düzgün deyilsə, elektrik naqilləri normadan artıq yüklənirsə, naqillər köhnədirsə, qısaqapanma və yanğın labüddür. Elektrik təsərrüfatı ixtisaslaşmış müəsssisə tərəfindən vaxtaşırı yoxlanmalı, elektrik naqillərinə daim baxış keçirilməlidir. Bunlar kompleks tədbirlər planıdır. Obyektlərdə arakəsmə divarlar yanğına davamlı materiallardan olmalıdır ki, yanğın bir otaqdan digərlərinə keçməsin. İşçilər də məlumatlı və təlimatlı olmalı, yanğın zamanı necə davranacaqlarını, hara müraciət ediləcəyini bilməlidirlər ki, yanğının qarşısı vaxtında alınsın. 


Ekspert paytaxtın bir çox ərazilərində ticarət obyektlərinin, satış köşklərinin bir-birinə çox yaxın, hətta bitişik yerləşdiyindən yanğın, partlayış zamanı ziyanın böyük olduğunu da dedi: 


- Obyektlər bir-birinə çox yaxın yerləşir, bir obyektin divarı, damı digərinə bitişikdir. Baxın, xüsusən metrostansiyaların keçidləri üzərində nə qədər ticarət obyektləri, satış köşkləri var. Həddindən artıq sıxlıqdır. Belə yerlərdə, Allah göstərməsin, fövqəladə bir hadisə baş verdikdə, bir deyil, bir neçə obyektə ziyan dəyir. Çünki hamısı iç-içədir. Təhlükəsizlik qaydalarına əməl edilməyib, nəzarət edib, irad bildirən də yoxdur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:185
embedMənbə:https://sherg.az
archiveBu xəbər 22 Aprel 2025 13:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see545

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see406

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see298

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see293

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see287

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see279

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see269

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see268

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see256

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see247

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see235

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see228

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see221

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see201

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see192

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see185

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see184

Məktəbli geyimi, hicab və iqtisadiyyatın yeni rəqəmləri Həftənin əsas xəbərləri

17 Oktyabr 2026 13:33see183

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see174

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri