Icma.az
close
up
RU
Gələcəkdə yalnız imkanlı şəxslərin mənzili olacaq EKSPERT RƏYİ

Gələcəkdə yalnız imkanlı şəxslərin mənzili olacaq EKSPERT RƏYİ

Sherg.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İnsanların gəlirləri getdikcə azalır, kredit borcları isə artır


Sumqayıt şəhərində daha 208 tam təmirli mənzil satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində vətəndaşlara təklif edilir. Bu barədə İpoteka və Kredit Zəmanət Fondundan bildirilib. Qeyd edilib ki, satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində Sumqayıt şəhəri, Sülh prospekti, Üst trikotaj fabrikinin cənubu, 3-cü məhəllədə yerləşən yaşayış kompleksində 208 yeni, tam təmirli mənzilləri vətəndaşlara təqdim edir. 

Yaşayış sahəsi 1, 2 və 3 otaqlı olmaqla, aylıq ödənişləri 347 manatdan başlayır. Yeni mənzillər seçim üçün 12.09.2025-ci il tarixində saat 15:00-dan etibarən açıq olacaq. Vətəndaşlar təqdim olunan yaşayış sahələrinin siyahısı ilə bu keçid vasitəsilə tanış ola bilərlər. Müraciətlərin qəbulu və mənzil seçimi Elektron Hökumət İnformasiya Sisteminə (e-gov.az) inteqrasiya edilmiş Elektron İpoteka və Kredit Zəmanət sistemi üzərindən həyata keçirilir. Yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayəyə verilməsi qaydası, müraciətlərin qəbulu, yaşayış sahələrinin seçilməsi və rəsmiləşdirilməsi barədə ətraflı məlumatı Fondun internet səhifəsi (www.mcgf.gov.az) və rəsmi "Youtube" kanalından (https://www.youtube.com/@ipotekavekreditzemanetfondu), həmçinin “1549” Çağrı Mərkəzindən əldə etmək mümkündür. Qeyd edək ki, indiyə qədər satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində 7970 kirayə müqaviləsi bağlanılıb.

Kirayədə qalaraq, həmin mənzilə sahiblənmək hansı halda mümkün ola bilər? Məlumatlara görə, kirayə mənzillərə sahiblənmək üçün ilkin ödəniş tələb edilir. Təbii ki, mənzilin kvadrat metrinə görə ödəniş haqqı təyin edilir. 


İqtisadçı Əkrəm Həsənov Sherg.az-a açıqlamasında qeyd etdi ki, kirayə mənzilə sahib olmaq üçün mənzilin dəyəri tam ödənməlidir:

- Ümumiyyətlə, dünyada belə bir tendensiya var, mənzillərin sayı məhdud, əhali sayı isə çoxdur. Əgər kimsə düşünürsə ki, nə vaxtsa hamının mənzili olacaq, yanılır. Hər kəsin mənzili olmayacaq. Yalnız imkanlı şəxslərin mənzili olacaq. Bu gün mənzil, daşınmaz əmlak bazarında qiymətlər çox yüksəkdir. Çünki mənzil tikintisi çox yüksək məbləğə başa gəlir. Deyə bilərsiz ki, mənzillərin real maya dəyəri o qədər də yüksək deyil. Bəli, ola bilər 1 mənzilin tikintisinə 40 min manat xərclənir, amma tikinti şirkətindən o qədər əlavə xərcləri çıxır ki, mənzilin qiyməti də bahalaşır, real maya dəyərindən qat-qat yüksək olur. Dövlət hesabına tikilən evlər məsələsi isə fərqlidir. Dövlət büdcəsindən tikintiyə vəsait ayrılır, amma həmin vəsait büdcəyə qayıtmalıdır. Odur ki, mənzillərə məbləğ təyin edilir, mənzilə sahib olmaq istəyənlərdən də bu məbləği ödəmək tələb olunur. Hətta kirayə mənzillərə sahib olmaq üçün vətəndaş normal əməkhaqqına sahib olmalıdır. Çünki yalnız bu halda banklar ona İpoteka krediti verməyə razı olacaq. Vətəndaş İpoteka krediti almalı, mənzil üçün ilkin ödəniş etməli, bank tərəfindən təyin edilən aylıq ödənişi də hər ay ödəməlidir. Mənzilin dəyəri tam ödənildikdə şəxs o mənzilə sahib ola bilir.   


İqtisadçı qeyd etdi ki, hazırda mənzil sahibi olmaq çətindir: 

- İnsanların gəlirləri getdikcə azalır, kredit borcları isə artır. Bu, nə deməkdir? İnsanlar kredit borclarını əmlakları hesabına ödəyirlər. Nə qədər vətəndaş var ki, evini banka qoyaraq kredit götürüb. Kredit borcunu ödəyə bilmədikdə bank evi şəxsin əlindən alır. Qayda budur. Ona görə evsiz insanların sayı da artır. Mənzil sahibi olanların sayı 10-15 ildən sonra daha da azalacaq. İnsanların evlərini əllərindən alacaqlar. Minimal əmək haqqı ilə mənzil sahibi olmaq mümkün deyil. Sizcə, banklar aylıq gəliri 300-400 manat olana ipoteka krediti verər, yoxsa 1000-2000 olana? Əlbəttə, 1000-2000 manat olana. Bank da bankrot olmamaq üçün işini möhkəm tutmalıdır. Real gəliri olan vətəndaşa kredit verəcək ki, faizini ala bilsin. Azgəlirli işlərdə işləyənlərin daimi iş üstünlüyü yoxdur. Bu gün işləyirlər, sahah işsiz qala bilərlər. Banklar bunu nəzərə alır. Bu o deməkdir ki, hazırda 10-15 evi olanların gələcəkdə evlərinin sayı daha da artacaq, mənzili olmayanların mənzili yenə də olmayacaq. Birinin 10 yerdə evi var, birininsə heç yoxdur. Kapitalizm belədir. Amma hesab edirəm ki, büdcə vəsaiti hesabına tikilən evləri minimum, heç olmasa, orta qiymətə təklif etmək, ipoteka faizlərini də minimal etmək mümkündür. Bütün hallarda o vəsait büdcəyə ödənəcək, 1 il, 1 il gec, amma ödəniləcək. Vətəndaş da mənzil sahibi olacaq. Bununla evsiz vətəndaşların sayını mümkün qədər azaltmaq olar. 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:61
embedMənbə:https://sherg.az
archiveBu xəbər 07 Sentyabr 2025 11:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see255

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see192

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see150

Mahmut Orhanın keçmiş sevgilisi ilə eşq yaşayır

06 Dekabr 2025 17:18see140

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see139

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see139

Dezinformasiya cəmiyyət üçün real təhlükədir

06 Dekabr 2025 18:46see132

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see128

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see127

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see127

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see127

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see126

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see126

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see126

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see126

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see125

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see125

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see124

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see120

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri