Icma.az
close
up
RU
Bakıda yaşamaq İrəvan və Tbilisidən daha sərfəlidir!

Bakıda yaşamaq İrəvan və Tbilisidən daha sərfəlidir!

Icma.az, Modern.az portalına istinadən məlumat yayır.

2026-cı ilin ilk yarısında Cənubi Qafqazın ən bahalı şəhəri İrəvan, ən sərfəli şəhəri isə Bakı olub.

Modern.az xəbər verir ki, "Numbeo və Livingcost" platformalarının məlumatları əsasında hazırladığı hesablamalara görə, bölgə paytaxtları arasında həm kirayə, həm ərzaq, həm də kommunal xərclər baxımından ən yüksək göstəricilər İrəvanda qeydə alınıb. Bakı isə bütün əsas kateqoriyalar üzrə ən aşağı xərclərlə seçilib.

Məlumata əsasən, uzunmüddətli mənzil kirayəsi üzrə ən yüksək qiymət İrəvanda qeydə alınıb. Ermənistan paytaxtında şəhər mərkəzində birotaqlı mənzilin aylıq kirayəsi təxminən 760 dollar, Tbilisidə 700 dollar, Bakıda isə 550 dollar hesablanıb.

Ərzaq səbəti üzrə də İrəvan ilk sıradadır. Bir nəfər üçün aylıq əsas ərzaq səbətinin dəyəri İrəvanda təxminən 240 dollar, Tbilisidə 215 dollar, Bakıda isə 180 dollar göstərilib. Hesablamaya süd və süd məhsulları, çörək, düyü, kartof, soğan, yumurta, yerli pendir, ət, eləcə də meyvə-tərəvəz daxildir.

Kommunal xərclər baxımından da Bakı ən sərfəli şəhər sayılıb. 85 kvadratmetrlik mənzil və internet üçün aylıq kommunal xərc Bakıda təxminən 80 dollar, Tbilisidə 103 dollar, İrəvanda isə 138 dollar göstərilib. Bildirilir ki, Bakıda qaz və elektrik enerjisinə tətbiq olunan subsidiyalar kommunal xərclərin daha aşağı qalmasına təsir edir.

Araşdırmada qeyd olunur ki, ərzaq məhsullarının qiymətində İrəvan və Tbilisi bir-birinə yaxın olsa da, Bakı xüsusilə mövsümi tərəvəz, çörək, yumurta və digər əsas məhsulların daha ucuz olması ilə fərqlənir. Bu isə Azərbaycanın daxili kənd təsərrüfatı istehsalının daha geniş olması ilə izah edilir.

Beləliklə, 2026-cı ilin ilk yarısı üzrə kirayə, ərzaq və kommunal xərclərin müqayisəsi göstərir ki, İrəvan Cənubi Qafqazın ən bahalı, Bakı isə ən sərfəli paytaxtıdır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:188
embedMənbə:https://modern.az
archiveBu xəbər 25 İyun 2026 11:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see525

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see486

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see358

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see278

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see273

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see264

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see261

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see258

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see251

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see236

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see235

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see235

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see231

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see219

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see210

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see206

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see200

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see182

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see173

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri