Icma.az
close
up
RU
Bakıda yaşamaq Tbilisidən daha ucuzdur

Bakıda yaşamaq Tbilisidən daha ucuzdur

Icma.az, Xalqcebhesi portalına istinadən məlumat verir.

Araşdırma məlumatları göstərir ki, kirayə qiymətləri nəzərə alınmadan Bakıda yaşamaq Tbilisi ilə müqayisədə 10,5% daha ucuza başa gəlir. Kirayə qiymətləri də daxil olduqda isə, ay ərzində Tbilisidə yaşamaq Bakıya nisbətən 17% daha baha başa gəlir.

Daha dəqiq desək, Tbilisidə bir aylıq yaşayış (kirayə daxil olmaqla) təxminən 8 400 lariyə başa gəlirsə, Bakıda bu məbləğ 6 975 lari təşkil edir.

Aktual xəbər verir ki, "Numbeo" Araşdırma şirkətinin statistikasına görə, Bakıda kirayə qiymətləri də Tbilisidən aşağıdır. Məsələn, Bakının mərkəzində bir otaqlı mənzilin kirayəsi ayda 1 289 lari təşkil edir, Tbilisidə isə 1 922 lariyə başa gəlir. Üç otaqlı mənzilin kirayəsi isə Gürcüstan paytaxtının mərkəzində 3 698 lari olduğu halda, Azərbaycanın paytaxtında 2 598 lari təşkil edir.

Bundan əlavə, Bakıda mənzil almaq da Tbilisidən ucuzdur. Daha dəqiq desək, Bakının mərkəzində 1 kvadratmetrin orta qiyməti 5 879 laridirsə, Tbilisidə 6 min 19 lari təşkil edir. Şəhər ətrafında isə qiymətlər Bakıda 3 143 lari , Tbilisidə isə 3 578 lari civarındadır.

Digər göstəricilərdən fərqli olaraq, Tbilisidə orta əməkhaqqı Bakıya nisbətən 20% yüksəkdir. Daha dəqiq desək, Tbilisidə orta aylıq əməkhaqqı 1 721 lari olduğu halda, Bakıda 1 376 lari təşkil edir.

Yaşayış xərcləri indeksində Bakının restoran və ərzaq məhsullarının qiymətləri də daha aşağıdır. Məsələn, restoranda yemək Tbilisi ilə müqayisədə təxminən 11,1% ucuz, ərzaq məhsullarının qiymətləri isə 13,2% aşağıdır.

Qeyd edək ki: Bu rəqəmlər "Numbeo"nun istifadəçilər tərəfindən təqdim edilən məlumatlarına əsaslanır və real bazarda dəyişikliklər ola bilər.

Cavid

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 29 Avqust 2025 08:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see483

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see363

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see324

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see295

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see267

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see264

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see261

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see231

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see217

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see213

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see213

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see212

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see212

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see210

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see208

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see208

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see205

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see198

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see179

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri